Azər Əsgərov: “Harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər”
2018-ci il sentyabrın 20-dən 27-dək Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə növbəti dünya çempionatı keçirildi.
Cüdonun vətəni olan Yaponiyanın milli komandası dünya çempionatına hazırılığn son mərhələsini Azərbaycanda keçməyi qərara alaraq iki ay əvvəl öz nümayəndələrini Bakıya göndərmişdi. Yapon mütəxəssislər öz komandalarının tələblərinə və standartlarına uyğun yer seçmək üçün bir slra idman arenalarına baş çəkdikdən sonra yekdilliklə “Judo Club 2012”-nin üzərində dayandılar. Qonaqlar buradakı zalların və köməkçi infrastrukturun məşqləri ən yüksə
k səviyyədə təşkil etməyə imkan verdiyini bildirdilər. Xalqımızın qonaqpərvərlik ənənəsinə əsasən, bütün bu təsərrüfatın Yaponiya komandasının istifadəsinə təmənnasız olaraq verilməsi barədə klub rəhbərliyinin qərarını isə gündoğar ölkənin nümayəndələri böyük minnətdarlıq hissi ilə qarşıladılar.
Dünya şöhrətli yapon cüdoçular sentyabrın 14-dən Bakıya gəldilər. “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olmuş Azər Əsgərov qonaqlarla görüşdü, onlara ölkəmizdə idmana göstərilən dövlət qayğısı, Azərbaycanda cüdonun tarixi və mövcud vəziyyəti, Azəbaycan Cüdo Federasiyasının fəaliyyəti, “Judo Club-2012”-də yaradılmış məşq şəraiti, klub idmançılarının uğurları barədə ətraflı məlumat verdi. “Harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər,” – deyən A.Əsgərov intensiv və səmərəli məşq üçün klubda bütün imkanların olduğunu, mövcud infrastrukturun tam olaraq yapon cüdoçularun istifadəsinə veriləcəyini bildirdi.
Yaponiya komandası Azrbaycanda ilk dəfə keçiriləcək cüdo üzrə dünya çempionatına, idmançılar, məşqçilər və yardımçı heyət daxil olmaqla, 90 nəfərlik heyətlə gəlmişdilər.
Dünya çempionatında tam heyətlə – 18 cüdoçu təmsil olunan Yaponiya komandasının üzvləri 16 çəki dərəcəsində mükafata layiq yerlər tutdular. Onlar 7 qızıl, 5 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.
“Gündoğar ölkə”nin cüdoçuları bu möhtəşəm uğurda “Judo Club-2012”nin də payının olduğunu bildirlər.
Azərbaycanda gördüikləri qonaqpərvərliyə cavab olaraq yaponlar çempionat başa çatdıqdan sonra “Judo Club-2012” idman klubunda master-klass təşkil etdilər. Master-klassa ölkəmizin tanınmış klublarından məşqçilər və idmançılar da dəvət olunmuşdular.
Azər Əsgərov master-klasda veteran idmançı kimi iştirak etdi, buradakı yapon cüdo ustaları ilə söhbətləşdi, cüdonun müasir vəziyyəti ilə bağlı fikilərini onlarla bölüşdü.
Yaponiya komandasına “Judo Club-2012” idman klubunun rəhbərliyi adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim olundu. Qonaqlar isə Azər Əsgərovu və klubun digər rəhbərlərinə xüsusi diplomla mükafatlandırdı.
Sonra yapon cüdo ustaları – dünya çempionu (2010) Akimodo Hiroyuki, dünya (2003) və olimpiya (2004) çempionu Sudzuki Keiji, üçqat dünya çempionu, Sidney Olimpiadasının (2000) qalibi İnoue Kosey və qadınlar arasında Afina olimpiadasının (2004) qalibi, dünya çempionu (2007) Tsukada Maki öz ustalıqlarını nümayiş etdirib, müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verib, azərbaycanlı məşqçilərin suallarını cavablandırdılar.