Azer Askerov

  • ПОЗИЦИЯ
  • ЯЗЫК
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • БИОГРАФИЯ
  • ДЕЯТЕЛЬНОСТЬ
    • БИЗНЕС
      • Строительство
      • Рестораны
      • Отели
      • Сельское хозяйство
    • СПОРТ
    • БЛАГОТВОРИТЕЛЬНОСТЬ
    • СОБЫТИЯ
  • ПОЗИЦИЯ
  • О НАС
  • ФОТОГАЛЕРЕЯ
    • профессиональная деятельность
    • деловая жизнь
    • на меропрятиях
    • прекрасный глава семьи
    • свободное время
    • мастер спорта
      • Стоп кадр
      • Paris 2024
      • Azman Holding — Paris 2024
  • ПРОЕКТЫ
НАПИШИ МНЕ
  • Home
  • Новости
  • «Judo Club 2012» komandalar arasında ölkə birincisi oldu

«Judo Club 2012» komandalar arasında ölkə birincisi oldu

Четверг, 05 декабря 2024 / Published in Без рубрики

«Judo Club 2012» komandalar arasında ölkə birincisi oldu

Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatına dekabrın 1-də komanda yarışları ilə yekun vurulub.

Bakı İdman Sarayında təşkil olunan turnirin son günündə final görüşlərindən əvvəl bir neçə idmançıya dan sertifikatı təqdim olunub. Ardınca ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə «Azman Holdinq» şirkətinə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, komanda yarışlarında, qadınlar arasında 7, kişilərin mübarizəsində isə 9 komanda kubok uğrunda mübarizə aparıb. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.

Həm kişilərin, həm də qadınların komanda yarışlarında mübarizə aparan «Judo Club 2012» klubu turniri 1 qızıl və 1 gümüş medalla başa vurub. Həlledici görüşdə «Atilla» komandası üzərində əzmkar qələbə qazanan kişilərdən ibarət komandamız turnirin qızıl medalına layiq görülüb. «Judo Club 2012″nin qadınlardan ibarət komandası isə üçüncü yer uğrunda həlledici görüşdə «Azəri» cüdo klubu üzərində qələbə qazanaraq bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə fərdi yarışlarda mübarizə aparan «Judo Club 2012″nin idmançıları 3 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında üçüncü yeri tutmuşdu.

Komandamıza qızıl medalları Fidan Əlizadə (-63 kq), Hüseyn Allahyarov (-60 kq) və Murad Fətiyev (-90 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Aslan Kotsoyev (-90 kq) gümüş, Leyla Atayeva (-63 kq),  Məhərrəm İmamverdiyev (-81 kq) və Məmmədrza Hacızadə (-90 kq) isə bürünc medallara layiq görülüb.

Qeyd edək ki, «Azman Holdinq» və onun tərkibinə daxil olan «Mangal Steak House» restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.

Turnirdən sonra paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House — Bayıl” restoranında «Azman Holdinq” şirkətinin təşkilatçılığı ilə yarış iştirakçıları, hakimlər və məşqçilər üçün qala şam yeməyi təşkil edilib.

What you can read next

Judo Club 2012 побеждает на «Кубке Рагуфа Оруджева» В ПАМЯТЬ О ЛЕГЕНДАРНОМ РАЗВЕДЧИКЕ…
Поздравляю!
Да будет так всегда!

Искать сообщения

Recent Posts

  • История подвига, спасения и возрождения страны

    0 comments
  • Апрельская война 2016 года – начало пути к великой Победе

    0 comments
  • Здравствуй наш древний и вечно молодой Новруз байрамы

    0 comments

Он профессиональный мастер дзюдо, бизнесмен, меценат и прекрасный семьянин.

  • БИОГРАФИЯ
  • ДЕЯТЕЛЬНОСТЬ
  • ПРОЕКТЫ
  • БИЗНЕС
  • СПОРТ
  • БЛАГОТВОРИТЕЛЬНОСТЬ

СОЦИАЛЬНЫЕ МЕДИА

Judo Club 2012

ТОП