Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • 27 sentyabr – Azərbaycan tarixinə əbədi həkk olunmuş bir gündür

27 sentyabr – Azərbaycan tarixinə əbədi həkk olunmuş bir gündür

Cümə axşamı, 25 September 2025 / YAYIMLANIB MÖVQE

27 sentyabr – Azərbaycan tarixinə əbədi həkk olunmuş bir gündür

Zaman necə də tez keçir… Azərbaycanın düşmənin növbəti təxribatına cavab olaraq azadlıq müharibəsinə başlamasının beş ili tamam olur. 2020-ci ilin 27 sentyabr günü – Böyük Qələbə ilə yekunlaşan 44 günlük Vətən Müharibəsinin başlanğıcı kimi xalqımızın yaddaşında əbədi olaraq qalacaq bir tarixdir.

Yaxşı xatırlayıram ki, o vaxt bütün Azərbaycan nə ilə yaşayırdı. Müharibənin ilk günlərində hər birimizdə həyəcan və narahatlıqla yanaşı, həm də böyük inam və ümid vardı. Ölkənin hər yerində insanlar cəbhədən xəbər gözləyir, orduya ürəkdən dəstək verir, bacardıqları qədər kömək etməyə çalışırdılar. Şəhər və kəndlərdə isti paltarlar hazırlanır, gənclər hərbi səfərbərlik idarələrinə axışır, könüllü olaraq cəbhəyə getmək istəyənlərin bir çoxu geri qaytarılırdı. Hətta Müdafiə Nazirliyi xalqa müraciət etməli oldu ki, cəbhəyə ərzaq, geyim və digər zəruri əşyalar göndərilməsi dayandırılsın – dövlətimiz ordunu lazım olan hər şeylə təmin etdiyindən buna ehtiyac yox idi.

Lakin xalqımızın əzmkarlığı əvəzsiz idi. Bu birliyi sözlə təsvir etmək çətindir. O günlərdə Azərbaycanda gənclə ahıl, şəhərli ilə kəndli arasında fərq yox idi, hansı millətin nümayəndəsi olursa-olsun, hamının fikri və duyğuları bir məqsədə yönəlmişdi: Vətən qorunsun, işğal altındakı torpaqları azad edilsin ki, gələcək nəsillər bu ağır yükü daşımadan yaşaya bilsinlər.

Və ordumuz bu etimadı doğrultdu. Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əsgər və zabitlərimiz mükəmməl hazırlıq və əzmkarlıq göstərərək Qələbəni günbəgün, addımbaaddım metr-metr yaxınlaşdırırdılar. Azad edilmiş hər bir şəhər, düşməndən təmizlənmiş hər bir kənd təkcə hərbi gücün deyil, həm də xalqın sarsılmaz ruhunun simvoluna çevrilirdi.

İndi, beş il sonra biz o günləri qürurla xatırlayırıq. Biz – indiki nəsil öz missiyasmızı yerinə yetirdik – ədaləti bərpa etdik, ölkənin ərazi bütövlüyünü bərpa etdi və bütün dünyaya göstərdik ki, mövzu Vətəndirsə, Azərbaycan xalqı vahid cəhbədə birləşməyə hazırdır.

Bu Qələbə bizim hüquqlarımızı bərpa etməklə yanaşı, regionda sülh və sabitlik üçün də möhkəm zəmin yaratdı. Və açıq şəkildə göstərdi ki, Azərbaycana qarşı istənilən təcavüz uğursuzluğa məhkumdur. Biz azad edilmiş torpaqlarda gələcək qururuq və bu, bizi əbədi münaqişəyə təhrik etmək arzusunda olanlara ən gözəl cavabdır.

Bir torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçənlərin, şəhidlik arzusunda olanları və başqalarının yaşaması üçün öz həyatını qurban verənlərin xatirəsini ehtiramla yad edirik.

27 sentyabr həmişə cəsarət, birlik və özünəinam günü olaraq qalacaqdır!

Azər Əsgərov

Bundan sonra nə oxuya bilərsiniz?

Yüksək döyüş və qələbə ruhu bizi zirvələrə ucaldır
Təbrik edirəm! Əziz qardaşım, Elnur!
Müdrikliyiniz, sevginiz və səbriniz…

Saytda axtarış

Recent Posts

  • Bilik dünyasına yolunuz açıq olsun!

    0 comments
  • “At gücü” – klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib.

    0 comments
  • 26 İyun – bizə güvən və inam verən ordumuzun günüdür!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST