XEYRİYYƏÇİLİK

Azər Əsgərovun həmtəsisçisi olduğu “Azman Holdinq” xeyriyyəçilik fəaliyyəti də göstərir. Bu zaman gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və idmanın inkişafı məsələləri ön plana çəkilir.

Belə ki, “Azman Holdinq” şirkətlər qrupunun tərkibinə daxil olan  “Judo Club 2012” idman klubunun, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO), Azərbaycan Kikboksinq Federasiyasının və Qusar Rayon İcra Hakimiyyətinin təşkililatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi “ilə 2017-ci il aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.

Bundan başqa, “Judo Club 2012” idman klubu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə əfsanəvi kəşfiyyatçı, 2016-cı ilı Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Beynəlxalq “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") cüdo turniri təşkil edir. Yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandalarının iştirak etdiyi turnir 2017-ci ildən başlayaraq hər ilin aprel ayında keçirilir və artıq ənənəvi idman tədbirinə çevrilib.

Holdinqin təkibindəki “Azİmport” MMC isə şərəfli zabit ömrü yaşamış polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun həyatından və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının hazırlanmasına və nəşrinə sponsorluq edib. Kitab 2017-ci ildə ilk dəfə 500 tirajla çapdan çıxıb. Sonrakı illərdə kitabın 2 minə yaxın əlavə nüsxəsi çap edilib.

“Azman Holdinq” çoxsaylı sosial-mədəni layihələrə, gənclərin müxtəlif təşəbbüslərinə dəstək verir, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir.

 

ÜST