İDMAN

Azər Əsgərov yeddi yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəlcə sərbəst güləş, sonra cüdo məşqlərinə gedib. Orta təhsilini respublika olimpiya ehtyatları idman məktəbində (indiki Olimpiya İdman Liseyi) davam etdirib. Respublika və ümumittifaq birinciliklərində iştirak edib, mükafatalayiq yerlər tutub. Orta məktəbi cüdo üzrə ustalığa namizəd idman dərəcəsi ilə bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitunda (indi Akademiyadır) ali təhsil alıb. İxtisasca məşqçi-müəllimdir.

Azər Əsgərov Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibidir. Onun Azərbaycanda idmanın inkişafına töhfə vermək məqsədilə yaratdığı “Judo Club 2012” idman klubunun nailiyyətləri ilbəil artır. Klubun yetirmələri yerli və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr göstərirlər.

Ətraflı məlumat: http://judoclub2012.az

ÜST