Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • Qarabağın dirçəldilməsinə özəl sektor da öz töhfəsini verəcəkdir

Qarabağın dirçəldilməsinə özəl sektor da öz töhfəsini verəcəkdir

Cümə, 29 January 2021 / YAYIMLANIB MÖVQE

Qarabağın dirçəldilməsinə özəl sektor da öz töhfəsini verəcəkdir

Şanlı Qələbə ili olan 2020-ci il başa çatdı, yeni – 2021-ci ildə qarşımızda mühüm vəzifələr durur. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusnunun işğaldan azad etdiyi ərazilərə Böyük qayıdışın başlanmasına hazırlıq aparılır. Həmin ərazilərin dirçəldilməsi ölkəmizim iqtisadi imkanlarını genişləndirəcək. Dövlətimizin başçısının tapşırığı ilə ərazilərin, şəhər və kəndlərin bərpası üzrə vahid konsepsiya hazırlanır. Qarabağ Dirçəliş Fondunun yaradılması bu sahədə məqsədyönlü addımların atılmasında, həmçinin işğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsində  mühüm rol oynayacaqdır.

Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci ilin yekunları ilə əlaqədar videoformatda keçirdiyi müşavirədə dinamik iqtisadi inkişafın təmin edilməsi istiqamətində  vəzifələri müəyyənləşdirib.

Dövlətimizin başçısının verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində yanvarın  25-də keçirilən müşavirədə müzakirə olunub.

Hökumət 2021-ci ilin prioritetləri sırasında özəl sektorun da yerini bir daha müəyyənləşdirib. Hökumət investisiya layihələrinin maliyyələşdirilməsinə özəl sektorun cəlb edilməsini, dövlət-özəl sektor tərəfdaşlığının təşviqinin davam etdirilməsini, prioritet sahələrə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasını və s. tədbirləri nəzərdə tutur.

Əminliklə demək olar ki, Azərbaycan iqtisadiyyatının sütunlarından olan özəl sektor işğaldan azad edilmiş ərazilərimizin bərpası, şəhər və kəndlərimizin yenidən qurulması, dogma yurduna qayıdan həmvətənlərimizin məşulluğunun təmin edilməsi, bir sözlə, Qarabağın dirçəldilməsi prosesində fəal iştirak edəcək və dövlətimizin başçısının tapşırıqlarının icrasına öz töhfəsini verəcəkdir.

Bundan sonra nə oxuya bilərsiniz?

Qürur və qəhrəmanlıq tariximiz!
Gənc cüdoçularımız ənənələrə sadiqdirlər
Paralimpiyaçılarımızı təbrik edirəm!

Saytda axtarış

Recent Posts

  • Mənəvi birliyimizin, həmrəyliyimizin rəmzi

    0 comments
  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST