Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • Azərbaycan tarixinin möhtəşəm dövrü

Azərbaycan tarixinin möhtəşəm dövrü

Bazar ertəsi, 16 October 2023 / YAYIMLANIB MÖVQE

Azərbaycan tarixinin möhtəşəm dövrü

“20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Bunu Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılmasından sonra çıxışı zamanı deyib.

İlham Əliyevin bu sözləri möhtərəm liderimizin ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ilin 15 oktyabrını xatırladaraq, parlaq bir günəş şüası kimi ürəyimə yayıldı! Torpaqlarımızda öz tarixi miqyasına görə nə qədər müxtəlif əhəmiyyət kəsb edən hadisələrin baş verdiyini hər bir Azərbaycan vətəndaşı bilir.

Və hər birimiz, əminəm ki, əziz Vətənimizin Prezidentinin ömrünün 20 ilini xalqına verdiyi vədin yerinə yetirilməsinə – Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qarabağ torpağının işğaldan azad olunmasına, ölkənin yüksək beynəlxalq standartlara cavab verən sosial-iqtisadi inkişafının təmin edilməsinə həsr etmiş İlham Əliyevin olmasının böyük əhəmiyyətini dərk edirik.

İlham Əliyevin Xankəndində Qələbə bayrağını ucaltmaqla çoxəsrlik münaqişə tarixinə məntiqi son qoydu və əsl həqiqət zəfər çaldı. 2023-cü il oktyabrın 15-i Azərbaycan tarixinə əbədi həkk olundu və bütün dünyaya sübut etdi ki,  “Qarabağ Azərbaycandır!”

Sizinlə fəxr edirik, cənab Prezident!

Azər Əsgərov

Digər xəbərlər

Azərbaycan cüdosunun uğurları bu il daha da artacaq  
Aprel Zəfəri Vətən Müharibəsindəki Qələbənin təməli oldu
Şəhidlərə ehtiramımız sonsuzdur!

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST