HƏYAT YOLU
1966

BAKIDA DÜNYAYA GƏLDİ

Azər Əsgərov 29 may 1966-cı ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib.

1973

ORTA MƏKTƏB

1973-cü ildə Bakıdakı ingilis dili təmayüllü 189 nömrəli məktəbin 1-ci sinfinə gedib. Eyni vaxtda valideynləri onu sərbəst güləş bölməsinə yazdırıblar. Həmin dövrdə keçmiş SSRİ-də cüdo idman növü ilə məşğul olmağa rəsmi icazə verildiyi üçün Bakıda da cüdö bölmələri açılıb.

1976

İDMAN FƏALİYYƏTİ

1976-cı ildən Azər Əsgərov orta təhsilini respublika olimpiya ehtyatları idman məktəbində (indiki Olimpiya İdman Liseyi) davam etdirib. Onun ilk məşqçisi Ruslan Abdullayev olub. 23 yaşlı gənc məşqçi bölməyə gələn uşaqlara çox böyük həvəslə cüdonun sirlərini öyrədirmiş...

1983

İDMAN USTALIĞI

1983-cü ildə orta məktəbi bitirərkən o, artıq idman ustalığına namizəd idi. Həmin il Azər Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman İnstituna (indi Akademiyadır) daxil olub.  Ali məktəbin birinci kursunda oxuyarkən cüdo üzrə respublika çempionatında iştirak edib və mükafata layiq yer tutmaqla idman ustası normasını ödəyib.

1984

HƏRBİ XİDMƏT

1984-cü ildə hərbi xidmətə idman ustası kimi yollanıb.

Moskva vilayətinin Odintsovo şəhərində hərbi təlim-tədris mərkəzində xidmətə başlayıb və həmin dövrdə Moskva Hərbi Dairəsinin idman şərəfini qoruyub. SSRİ Silahlı Qüvvələrinin idman yarışlarında hələ cüdoya yer verilmədiyi üçün sərbəst və yunan-Roma güləşi, sambo üzrə birinciliklərdə iştirak edib və mükafatlar qazanıb.

Hərbi xidmətdini başa çatdırdıqdan sonra Azər Əsgərov ali təhsilini davam etdirib və 1989-cu ildə institutu məşqçi-müəllim ixtisası ilə bitirir.

1989

BİZNES FƏALİYYƏTİ

Həmin dövrdə sovet iqtisadiyyatında başlanmış islahatlar nəticəsində müxtəlif sahələrdə şəxsi və kollektiv bizneslə məşğul olmağa imkan yaranmışdı. Azər Əsgərov qənnadı və çörək məmulatları istehsalı üzrə biznesə başlamağı qərara alır. Bu məqsədlə dostları ilə birlikdə kooperativ yaradır. Az sonra ictimai iaşə sahəsində özünü sınayır.

Azərbaycanda müstəqil dövlət quruculuğu və yeni iqitisadi münasibətlərə keçid başlananda Azər Əsgərovun artıq özəl sektorda müəyyən təcrübəsi vardı. Respublikada əlverişli biznüs mühitinin yaradıldığı, sahibkarlığın inkişafına dövlət dəstəyi göstərildiyi bir vaxtda o, daha böyük layihələrdə iştirak etmək qərarına gəlir. Çörəkbişirmə sahəsindəki faəliyyəti zamanı Azər Əsgərov ölkəmizdə taxıl məhsullarına yüksək tələbat olduğundan yaxşı xəbərdar idi.

1997

BİZNES ƏLAQƏLƏRİ

1997-ci ildən Qazaxıstandan Azərbaycana taxıl idxalı ilə məşğul olmağa başlayır.

1999 - 2003

BİZNES ƏLAQƏLƏRİ

1999-cu ildən isə öz biznesini Qazaxıstana köçürür və 2003-cü ilədək bu ölkədən Azərbaycana taxıl tədarükündə fəal iştirak edir.

2004

AZƏRBAYCAN BİZNESİNDƏ İNKİŞAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-2 mart 2004-cü ildə Qazaxıstana səfəri zamanı burada yaşayıb-işləyən azərbaycanlı iş adamlarına çağırışı, onları öz vətənlərinə investisiya qoymağa dəvət etməsi Azər Əsgərovun da biznes fəaliyyətində dönüş yaradıb. Həmin vaxt o, taxıl tədarükü ilə yanaşı Qazaxıstanın inşaat sektorunda da uğurlu layihələr həyata keçirirdi. Azərbaycan rəhbərinin çağırışı ilə Bakıya üz tutan Azər Əsgərov burada tikinti işləri məşğul olmaq üçün “Azİmport” şirkətini yaradır. Dövlət başçısının sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən ruhlanaraq tikinti sektorunda fəaliyyətə başlayan iş adamının ilk layihələri özünün müasirliyi və keyfiyyəti diqqəti cəlb edir. Bundan sonra Azər Əsgərovun şirkəti dövlət sifarişlərinin icrasında iştirak etməyə dəvət olunur.

2008

YENİDƏNQURMA İŞLƏRİ

Bu sahədə həyata keçirilən ilk layihə Bakı şəhərindəki M.Ə.Sabir bağının yenidən qurulmasıdır. Bərbad vəziyyətə düşmüş bağ milli arxitektura ənənələri əsasında tamamilə yenidən qurulur.

2008-ci ilin Novruz bayramı ərəfəsində bağ şəhər sakinlərinin istifadəsinə verilir. Bağın açılışında iştirak edən Prezident İlham Əliyev burada görülmüş işləri yüksək qiymətləndirir. Bundan sonra paytaxtın abadlaşdırılması üzrə bir sıra digər layihələrin icrası da Azər Əsgərovun şirkətinə tapşırılır. Daha sonra paytaxtın 6, 18, 23, 41, 132, 134 nömrəli məktəblərinin yeni binalarının tikintisi həyata keçirilir.

2008-ci ildə Bakının Dənizkənarı bulvarının üç kilometrlik mövcud hissəsinin təmiri uğurla başa çatdırlır. Burada görülən işlər də yüksək qiymətləndirilir və 2014-cü ilədək “Azİmport” Dənizkənarı bulvarın 16 kilometrədək uzadılması işlərini yerinə yetirir. Bu zaman məşhur “Venesiya” kafesi tamamilə yenidən qurulur.

2007-2017

YENİDƏNQURMA İŞLƏRİ

2007-ci ldən 2014-cü ilədək olan müddətdə “Azİmport” Bayraq meydanının ətrafında 65 hektar ərazini abadlaşdırır:  yollar çəkir, səkilər düzəldir, yaşıllaşdırma və işıqlandırma işləri görür... Dənizkənarı bulvarın ümumi ərazisinin Bibiheybətdən Ağ şəhərədək  - 2,45 kilometrdən 16 kilometrə çatdırılması işlərini bütünlüklə “Azİmport” şirkəti yerinə yetirib. Heydər Əliyev Hava Limanına gedən magistral yolun ətrafının abadlaşdırılması da bu şirkətin icra etdiyi irimiqyaslı layihələrdəndir. Bundan başqa, “Azİmport” şəhərətrafı qəsəbələrin abadlaşdırılmasında da iştirak edib.

Həmin dövrdə biznesdə böyük təcrübə qazanmasına və fəal sahibkar kimi tanınmasına baxmayaraq, zamanın çağırışını əsas götürən Azər Əsgərov iqtisadiyyat və idarəçilik sahəsində nəzəri biliklər qazanmaq, ikinci ali təhsil almaq qərarına gəlib. Bu məqsədlə sənədlərini ölkəmizin nüfuzlu təhsil ocaqlarından olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına verib və 2017-ci ildə akademiyada təhsilini başa çatdıraraq “Menecment” ixtisasına yiyələnib.

“Bu işlər cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Paytaxtın müasir simasının müəyyənləşdirilməsi cənab Prezidentin adı ilə bağlıdır. Bizə isə böyük etimad göstərilərək bu işlərin icrası etibar edilib. Həmişə çalışmışıq ki, etimadı doğruldaq”, - Azər Əsgərov belə deyir. Bununla yanaşı qeyd edir ki, o dövrdə paytaxtda aparılan tikinti-abadlıq işlərinin icrasına nəzarəti həyata keçirən Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Əsədovun dəyərli tövsiyələri, peşəkar məsləhətləri şirkətin uğurlu fəaliyyəti və səmərəli fəaliyyətində mühüm rol oynayıb.

Azər Əsgərov hazırda tikinti ilə yanaşı, mehmanxana və restoran biznesi ilə,  aqrobizneslə məşğul olur, həmçinin cüdonun inkişafına kömək göstərir, hətta məşqçilik etməyə də vaxt tapır.

Atası Zəlimxan Məhəmməd oğlu Əsgərov Bakıda anadan olub. Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. Boks məşqçisi işləyib.

Anası Qasımova Elmira Əliheydər qızı metallurgiya mühəndisi olub, “Təkrarəlvanmetal”  müəssisəsində işləyib.

Azər Əsgərov 1992-ci ildə ailə həyatı qurub. Qızı 1993-cü ildə, oğlu 2000-ci ildə anadan olublar. Qızı da, oğlu da ailəlidirlər: qızının 3, oğlunun 1 övladı var.

BU GÜN
ÜST