Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • Cüdomuzun davamlı inkişafı qürur doğurur

Cüdomuzun davamlı inkişafı qürur doğurur

Cümə, 28 November 2025 / YAYIMLANIB MÖVQE

Cüdomuzun davamlı inkişafı qürur doğurur

Azərbaycan cüdosu dünyanın diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarımız dünya cüdosunun ən nüfuzlu nümayəndələri nəinki bərbər səviyyədə rəqabət apara bilirlər, hətta bir sıra hallarda onlardan da üstün olmağı bacarırlar.

Təkcə bu il ərzində Azərbaycan yığma komandasının müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə 5-i qızıl, 6-sı bürünc, 11-i bürünc olmaqla, ümumilikdə, 22 medal qazanması cüdomuzun davamlı inkişafının göstəricisidir.

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başa çatan VI İslam Həmrəyliyi Oyunlarında Olimpiya çempionlarımız Hidayət Heydərovun və Zelim Kotsoyevun öz çəki dərəcələrində liderliklərini bir daha nümayiş etdirməsi, qarışıq komanda yarışlarında isə cüdoçularımızın bütün rəqiblərinə qalib gələrək birincilik qazanması bizi ürəkdən sevindirir və qürurlandırır.

Son illərdə “Judo Club 2012”nin ardıcıl uğurları ilə diqqət çəkən gənc üzvü Hüseyn Allahyarovun, həmçinin  ölkə yığmasının üzvləri  Kənan Nəsibovun, Elcan Hacıyevin və digərlərinin beynəlxalq yarışlarda yüksək nəticələrə nail olması Azərbaycan cüdo salnaməsinin parlaq səhifələri sayılmalıdır.

Əlbəttə, uğurlar, nailiyyətlər idmançılarımızın gücü və əzmkarlığı sayəsində qazanılır. Onlarda güclü qələbə ruhu və özünəinam yaradan isə dövlətimiz tərəfindən idmana qayğı göstərilməsi, Azərbaycan Cüdo Federasiyasının öz işini məqsədyönlü və səmərəli qurmasıdır.

Bir neçə gündən sonra Azərbaycan cüdoçuları öz güclərini respublika çempionatında sınayacaqlar. Bu gənclərin özünü təsdiq etdiyi və yığma komandanın formalaşmasında mühüm rol oynayan ən ciddi yarış sayılır. Ölkə çempionatında tatamiyə çıxan hər bir idmançı bilir ki, bu meydan həm də Avropaya, dünyaya aparan yolun başlanğıcıdır.

Biz onların hər birindən parlaq çıxışlar, güclü mübarizə və prinsipial qarşılaşma gözləyirik. Azərbaycan cüdo ailəsinin üzvləri illərdir sübut ediblər ki, onlar istər dünya çempionatlarında, istər Avropa arenalarında, istərsə də Olimpiya Oyunlarında favoritlər sırasındadırlar.

Artıq ikinci ildir ki, biz cüdo üzrə ölkə çempionatına sponsor dəstəyi verməkdən böyük məmnunluq hissi keçiririk. Şəxsən mən bir cüdo veteranı kimi ölkəmizdə bu idmanın növünün davamlı inkişafını alqışlayıram! Qoy güclülər qalib olsunlar!

Azər Əsgərov

Bundan sonra nə oxuya bilərsiniz?

Dünya Cüdo Günümüz mübarək!
Cüdomuzun Olimpiya ənənələri davam edəcək
Azərbaycan dünyaya günəş kimi doğacaq!

Saytda axtarış

Recent Posts

  • Kamran Qasımovun yeni filmi təqdim edildi

    0 comments
  • “Judo Club 2012” ölkədə birincidir

    0 comments
  • Böyük Qələbənin beş ili: ədalətin təntənəsi və Qarabağın dirçəlişi

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST