Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • HAQQIMIZDA
  • Kamran Qasımov “College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində iştirak edib – FOTO

Kamran Qasımov “College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində iştirak edib – FOTO

Bazar ertəsi, 15 April 2024 / YAYIMLANIB HAQQIMIZDA

Kamran Qasımov “College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində iştirak edib – FOTO

Münsiflər heyətinin üzvü  olan Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Real Təhlil İnformasiya Mərkəzinin proqramlaşma departamentinin müdiri, ‘’Cinema Radio’’ Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Los-Angelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası və Televiziya Fondunun təsis etdiyi 43-cü Kollec Televiziya ‘’College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində, münsiflər heyətinin üzvü kimi iştirak edib.

“İki sahil” xəbər verir ki,  təqdimat mərasimindən sonra Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb, bu mükafatın vacibliyini və əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Kamran Qasımov ötən il də Kollec Televiziya Mükafatlarının münsiflər heyətində təmsil olunmuşdu. Kollec Televiziya mükafatları ilk dəfə 1979-cu ildə təqdim edilib. Mükafatın əsas məqsədi kino və televiziya sahələri üzrə təhsil alan tələbələrin, yaxud məzunların fəaliyyətini stimullaşdırmaq, onları yeni layihələrin yaradılmasına təşviq etməkdir.

 

Bundan başqa Kamran Qasımov ’’Deadline Hollywood’’ jurnalı və Amerika Rejissorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən ‘’Televiziya iddiaçıları’’ (‘’Television Contenders’’) Forumunda iştirak edib. Forumda ABŞ televiziya şəbəkəsində yayımlanan TV-şoularla bağlı fikir mübadiləsi aparılıb. Forumun panel müzakirələrinə Codi Foster, Kurt Rassel, Kifer Sazerled və digər dünya ulduzları qatılıblar. Qeyd edək ki, səfər iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.

 

 

Mənbə: https://ikisahil.az/post/510822-kamran-qasimov-college-television-awards-mukafatlarinin-teqdimetme-merasiminde-ishtirak-edib-foto 

https://musavat.com/news/kamran-qasimov-college-television-awards-mukafatlarinin-teqdimetme-merasiminde-munsif-olub_1060683.html

https://525.az/news/258452-kamran-qasimov-amerikada-munsif-kimi-istirak-edib

ETİKETLƏR: Kamran Qasımov

Digər xəbərlər

“İdman səhər” “Judo Club 20212” və onun idmançıları haqqında… 22.12.2022.
Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib
Cüdo üzrə V “Raquf Orucov Kuboku” beynəlxalq turniri keçirilib

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST