Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • HAQQIMIZDA
  • “Santa Barbara” serialının 40 illiyi- Tədbirdə azərbaycanlı aparıcı da iştirak etdi

“Santa Barbara” serialının 40 illiyi- Tədbirdə azərbaycanlı aparıcı da iştirak etdi

Cümə, 09 August 2024 / YAYIMLANIB HAQQIMIZDA

“Santa Barbara” serialının 40 illiyi- Tədbirdə azərbaycanlı aparıcı da iştirak etdi

Avqustun 8-də Los Angelesdə fəaliyyət göstərən Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun illik təcrübə proqramlarını özündə əhatə edən ‘’Summer Networking Night” keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu televiziya xadimləri iştirak ediblər.

Tədbirdə iştirak edən Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Cinema Radio Kino Radio Kanalının rəhbəri Kamran Qasımov Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb. Görüş zamanı qarşılıqlı təcrübələrin öyrənilməsi və müştərək tədris proqramının hazırlanması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Televiziya Sənətləri və Elmləri Akademiyası Fondu il ərzində 3 dəfə təcrübə proqramları təşkil edir. Təcrübə proqramlarında iştirak hüququ qazanan tələbə və məzunlar Disney, Netfliks, ABC, Fox, AMC və digər audiovizual media qurumlarında təcrübə keçərək biliklərini möhkəmləndirir, karyera qurmaq imkanı əldə edirlər.  Kamran Qasımov iki dəfə Kollec Televiziya Mükafatlarında, dörd dəfə isə təcrübə proqramlarında münsiflər heyətinin üzvü olub.

Kamran Qasımov bundan başqa Los Angelesdə olduğu müddətdə əfsanəvi “Santa Barbara” serialının 40 illiyi münasibətilə keçirilən tədbirə qatılıb. Serialın yaradıcı və aktyor heyəti ilə, eləcə də Disney studiyasının əfsanəvi animatoru Ted Stonzla görüşüb.

Qeyd edək ki, K.Qasımovun Los Angelesə səfəri iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.

 

Mənbə: https://musavat.com/news/santa-barbara-serialinin-40-illiyi-tedbirde-azerbaycanli-aparici-da-istirak-etdi_1091973.html

https://www.realtv.az/news/az/169221/los-angelesde-summer-networking-night-kechirilib-fotolar

https://az.azvision.az/news/365136/news.html

Digər xəbərlər

“Judo Club 2012” komandalar arasında ölkə birincisi oldu
LOS-ANGELES – UNLIMITED DREAMS/SPECIAL REPORTAGE
Olimpiya qaliblərinin şərəfinə daha bir tədbir keçirilib

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST