Möhtərəm Prezident cənab İlham Əliyev XVI Tokio Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlər qazanan idmançıları və onların məşqçilərini, ölkəmizdə idmanının inkişafına töhfələr verən Milli Paralimpiya Komitəsinin rəhbərlərini təltif edib. Dövlətimizin başçısının təltifinə layiq görülənlərin hamısını səmimi-qəlbdən təbrik edirəm!
Paralimpiya Oyunlarının, demək olar ki, hər günü bizə sevinc, xoş duyğular yaşatdı. İdmançılarımız xalqımızı bu mötəbər yarışda layiqincə təmsil etdilər və göstərdilər ki, əzmkarlığın, qətiyyətin, istəyin qarşında heç nə əngəl ola bilməz. 14 qızıl, 1 gümüş, 4 bürünc medal – Azərbaycanın böyük nailiyyətidir! Paracüdoçularımızın 6 qızıl və 2 bürünc medal qazanaraq ümumi medal sıralamasında birinci yeri tutması isə, veteran cüdoçu kimi, məni xüsusilə sevindirir.
Bütün idmançılarımızı bir daha təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, yeni qələbələr və nailiyyətlər arzulayıram!
Azər Əsgərov