Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • 26 İyun – bizə güvən və inam verən ordumuzun günüdür!

26 İyun – bizə güvən və inam verən ordumuzun günüdür!

Bazar ertəsi, 23 June 2025 / YAYIMLANIB MÖVQE

26 İyun – bizə güvən və inam verən ordumuzun günüdür!

26 İyun – şanlı Azərbaycan Ordusunun yaranması günü xalqımızın və müstəqil dövlətimizin həyatında ən əlamətdar günlərdəndir. Ata-babalarımız, əcdadlarımız öz döyüşkənlikləri ilə tarixdə iz qoyub, zəngin qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycan Silahlı Qüvvələri bur bu dəyərli irsi yaşadır və daha da zənginləşdirir.

Torpaqlarımızın müvəqqəti işğalda olduğu dövrdə nigaran idik. Düşmənə qalib gələ biləcəyikmi, torpaqlarımızı azad edə biləcəyikmi? 2016-cı ilin Aprelində ordumuzun göstərdiyi rəşadət  bu suallara nikbin cavab oldu. Dövlətimizin rəhbərliyini diqqəti və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinə çatdığını gördük. Qəlbən qürurlandıq, böyük inam hissi növbəti qələbələri gözlədik Və nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan Vətən müharibəsində ordumuz öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ilin sentyabrında isə, heç bir sutka da çəkməyən antiterror əməliyyatı ilə, Qarabağın bütün ərazisində dövlətimizin suverenliyi bərpa olundu. Erməni separatizmi kökündən qoparılıb tarixin zibilliyinə atıldı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik istedadı, rəşadətli Silahlıq Qüvvələrimizin əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı xalqımıza Zəfər sevinci yaşatdı, bizi dünyada qalib xalq kimi şöhrətləndirdi.

Bu gün biz Vətənimizin şərəfi, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik. Sağlamlığını itirmiş qazilərimiz, od-alovdan çıxmış veteranlarımız bizim üçün çox dəyərlidirlər. Hər zaman onlara və şəhid ailələrinə dəstək olmağı özümüzə borc bilirik.

Dünyada narahatlıqlar artır, müharibələr dayanmır, bölgəmizin yaxınlığında dəhşətli silahlar atəş yağıdırır… Belə bir vaxtda Azərbaycan Ordusunun daim güclü və ayıq-sayıq olması bizə güvən verir, sabahkı günə inamla baxmağımıza əsas yaradır.

Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, rəşadətli əsgər və zabitlərimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! Sizinlə fəxr edirik və hər birinizə möhkəm cansağlığı, tükənməz döyüş ruhu arzulayıram!

Azər ƏSGƏROV

 

Bundan sonra nə oxuya bilərsiniz?

Biz Birlikdə Güclüyük!
Xocalını unutmarıq!
Harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər

Saytda axtarış

Recent Posts

  • Mənəvi birliyimizin, həmrəyliyimizin rəmzi

    0 comments
  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST