Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Articles posted by arasadmin18
  • Page 10

Author: arasadmin18

  • 0
arasadmin18
Çərşənbə axşamı, 11 October 2022 / YAYIMLANIB MÖVQE

Babalar və nəvələr

İşgüzar görüşlərimin çoxluğu və idman ailəyə istənilən qədər vaxt ayırmağa imkan vermir. Amma nəvələrimlə isti, yaxın münasibətlərə xüsusi önəm verirəm, həmişə onlar üçün vaxt tapmağa çalışıram. Bizi ümumi maraqlar birləşdirəndə isə görüşlərimiz daha faydalı, məhsuldar olur və çoxsaylı şən anlarla yadda qalır. Belə ünsiyyətin dəyəri ölçüyəgəlməzdir.

Bu fotoda nəvəmlə birlikdəyik. Səid ilk dəfədir babası ilə “Judo Club 2012”nin zalına gəlib və ümidvaram ki, bu, davamlı olacaq.  Əhval-ruhiyyəsindən görünür ki, bura onun çox xoşuna gəlib və məndən bundan çox məmnunam. Mən çox istərdim ki, o, bu gözəl, nəcib idman növü ilə məşğul olsun, tanınsın və böyük uğurlar qazansın. Əslində isə, cüdo ilə nə qədər ciddi məşğul olacaq, necə seçim edəcək, bu, onun öz ixtiyarındadır.

Mən istərdim ki, o, düzgün seçim etsin, çünki cüdo – xarakterdir, gücdür, cəsarətdir, nəciblikdir. Biz hamımız arzu edirik ki, nəvələrimiz məhz belə keyfiyyətlərlə böyüsünlər. Lakin arzularımızın gerçəkləşməsi üçün biz babalar çox mühüm sosial vəzifəni yerinə yetirməliyik: nəvələrimizi böyük həyata hazırlamalıyıq. Bu, həm də ölkənin gələcək nəslinin yetişdirilməsinə və formalaşdırılmasına bizim sanballı töhfəmiz olar.

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 03 October 2022 / YAYIMLANIB MÖVQE

Təbrik edirəm! Əziz qardaşım, Elnur!

Azərbaycan idmanı naminə fəaliyyətinə verilən növbəti yüksək qiymətə – Azərbaycan Cüdo Federasiyasının 50 illiyi ilə əlaqədar “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyin münasibətilə səni təbrik edirəm.

Parlaq idman karyeran dövründə sən tatami üzərində möhtəşəm nəticələrə nail olmusan. Sən Avropa çempionatlarının dəfələrlə qalibi, Dünya kuboku kimi nüfuzlu yarışların, “Böyük dəbilqə” və “World master” turnirlərinin gümüş və bürünc mükafatçısısan. Ancaq sənin idman nailiyyətlərinin zirvəsi, heç şübhəsiz, Pekin Olimpiadasında qızıl medal qazanmaqla, Olimpiya çempionu olmaqla xalqımıza böyük sevinc bəxş edən zəfərindir.

Bütün nailiyyətlərin, layiq görüldüyün yüksək titulların və mükafatların sənin əməksevərliyinin və cüdoya məhəbbətinin məntiqi nəticəsidir. Sözsüz ki, bunlar cüdonun ölkəmizdə populyarlaşmasına böyük təsir göstərib və artıq sənin də öz faliyyətini idman xadimi kimi davam etdirməyinə yardımçı olub.

Möhtərəm Prezident İlham Əliyevin bugünkü Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində sənin xidmətlərinə verilən dəyərin ifadəsidir.

Hörmətlə,
Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə, 28 September 2022 / YAYIMLANIB HAQQIMIZDA

Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzaladı – Fotolar

Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək.

Musavat.com-un xəbərinə görə, idmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.

Səid Mollayinin otuz yaşı var, on yaşından cüdo ilə məşğuldur. O, milli komandamızın heyətində bu il iki mötəbər yarışda –  Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə”, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının qran-pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli bu barədə məlumat verərkən  deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. “Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın tərkibinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq,” – deyən E.Məmmədli idmançının “Judo Club 2012” ilə əməkdaşlığının həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına çox müsbət təsir göstərəcəyini bildirib.

ACF prezidentinin müşaviri Natiq Bağırov da  hazırda  milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə cüdo üzrə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin  Səidin öz uğurlarını daha artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcəkdir. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkür bildirirəm. Əminəm ki, əməkdaşlığımızın davamlı olacaq”.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi  Azər Əsgərov  Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib. “Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir və bizə göstərilən dəstəyə görə rəhbərliyə təşəkkürümüzü bildirirk.  “Judo Club 2012” cüdosevərlərin  ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da nə lazımdırsa etməyə hazırıq”, – deyə Azər Əsgərov bildirib.

Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib . “Səid 81 kq çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.

Klubun icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib:  “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana hərzaman böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlıqlarımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günə qədər dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır”.

Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.

Musavat.com

 

https://musavat.com/news/olimpiya-mukafatcisi-judo-club-2012-ile-muqavile-imzaladi-fotolar_924265.html

http://koordinat.az/meqale.php?id=38129

https://qol.az/news/178642-cudo-millimizin-uzvu-bu-klubla-muqavile-imzaladi

https://525.az/news/201355-olimpiya-mukafatcisi-judo-club-2012-ile-muqavile-imzaladi–foto

https://allsport.az/s%c9%99id-mollayi-cudo-2012-klubuna-kecib/

https://manevr.az/idman/108459-olimpiya-mukafatcs-judo-club-2012-il-muqavil-imzalad-kllr.html

https://azvision.az/news/307537

https://moderator.az/read/555779

 

Judoolimpiya
  • 0
arasadmin18
Çərşənbə axşamı, 27 September 2022 / YAYIMLANIB MÖVQE

Şəhidlərimizi ehtiramla anırıq!

27 sentyabr xalqımız üçün xüsusi bir gündür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.

Onlar bizə Qələbə və Qürur bəxş edən qəhrəmanlardır!

Yenə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirib şəhid olan oğullarımız var.

Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir və bu gün hərbçilərimiz Vətənimizin sərhədlərində ayıq-sayıq dayanıblar. Təəssüf ki, düşmən hələ də revanşist əhval-ruhiyyədədir və sərhəddə gərginlik taradır.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “… Heç kim və heç nə bizi dayandıra bilməz. Biz haqqı, ədaləti, beynəlxalq hüququ qorumuşuq, qoruyuruq və öz ərazi bütövlüyümüzü bərpa etmişik… Biz nəyə qair olduğumuzu dünyaya göstərdik, torpaqlarımızı hərbi yolla azad etdik…

Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 17 September 2022 / YAYIMLANIB MÖVQE

“Judo Club 2012”, 10 yaşın mübarək!

Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.

Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.

Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.

“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!

Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!

Azər Əsgərov

P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında

  • 0
arasadmin18
Cümə, 26 August 2022 / YAYIMLANIB MÖVQE

Biz Laçına qayıtdıq! Qarabağ Azərbaycandır!

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu gün öz rəsmi tviter səhifəsində paylaşdığı xəbər və təbrik xalqımızı sevindirdi, bizi bir daha qürurlandırdı. Qəhrəman Azərbaycan Ordusu Laçın şəhərindədir, Zabux və Sus kəndləri nəzarətə götürülüb!

Vətən müharibəsində məğlub olan Ermənistan onsuz da Laçın rayonunu döyüşsüz təhvil vermək məcburiyyətində qalmışdı… Sadəcə, Üçtərəfli bəyanata əsasən, bəzi ərazilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalmışdı. Üç illik müddətə… Azərbaycan dövləti, möhtərəm Prezidentimiz lazım olan işlərin iki ildən də az müddətdə başa çatdırılmasına nail oldu. Bu bizim gücümüzün, qətiyyətimizin növbəti göstəricisidir!

Azərbaycan bayrağının xalqımıza məxsus bütün torpaqlarda dalğalanacağına əminik!

Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Təşəkkürlər cənab  Prezident!

Azər ƏSGƏROV

laçın
  • 0
arasadmin18
Bazar ertəsi, 22 August 2022 / YAYIMLANIB MÖVQE

İslamiada qaliblərini təbrik edirəm!

Fikir verirəm ki, son vaxtlar mənim statuslarımın əksəriyyəti idman hadisələrinə həsr olunur. Və mən bundan çox məmnunam…

Türkiyənin Konya şəhərində başa çatan V islam Həmrəyliyi Oyunları Azərbaycan idmanın növbəti şərəfli səhifəsi oldu. Müxtəlif növlər üzrə yarışlarda idmançılarımız 99 medal qazanıb, ümumi hesabda, 56 ölkə arasında 4-cü yeri tutdular.

İslamiadanın açılış mərasimində möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, idmançılarımızla səmimi görüşləri qazanılan qələbələr üçün güclü stimul oldu.

Azərbaycan komandası idmanın 19 növündə medallar qazanıblar. Yüksək nəticə göstərənlər arasında cüdoçularımızın da olması məni xüsusilə sevindirir. Onlar yarışı 2 qızıl, 3 gümüş, 3 bürünc medalla başa çatdırıblar. Ən maraqlı və faydalı cəhət odur ki, Azərbaycan Cüdo Federasiyası Konyada cüdomuzun ümidverən gənclərinə öz güclərini sınamaq imkanı yaratdı və onlar da etimadı layiqincə doğrultdular.

İslamiadada iştirak edən və uğur qazanan bütün idmançılarımızı təbrik edirəm! Onlar Azərbaycanın idman ölkəsi olduğunu öz əzmkarlığınızla bir daha sübuta yetirdilər!

Qarşıdakı yarışlarda idmançılarımıza yeni qələbələr arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 01 August 2022 / YAYIMLANIB MÖVQE

İdmançılarımızın uğurları bizi sevindirir

İdmançılarımızdan yenə xoş soraqlar gəlir,  mötəbər beynəlxalq yarışlarda bayrağımız ucaldılır, himnimiz səsləndirilir.

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan cüdo komandasının yarımfinalda Fransanın, finalda Ukraynanın güclü komandalarına qalib gələrək qızıl medal qazanması, fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə etməsi çox sevindirici hadisədir.

Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, həmçinin Azərbaycan Cüdo Federasiyasında aparılan islahatlar  cüdoda nailiyyətlərin ardıcıl xarakter almasını təmin edib.

İdmanın digər növlərində də bizi ürəkdən sevindirən uğurlu nəticələr vardır: İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında, Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyində qazanılan medallar, San-Marinoda gənc basketbolçuların Avropa çempionatında Azərbaycanın U-18 komandasının üçüncü yer tutması, “Qarabağ” və “Neftçi” furbol komandalarının Avropa miqyaslı yarışlardakı qələbələri… Bunlar, həm Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır, həm də xalqımızın mübarizə və qələbə ruhunun yüksək olduğunu göstərir.

Bizə qələbə sevinci yaşadan idmançılarımı təbrik edir, onlara yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar, 31 July 2022 / YAYIMLANIB HAQQIMIZDA

Ümidlərimiz

  • 0
arasadmin18
Çərşənbə, 27 July 2022 / YAYIMLANIB HAQQIMIZDA

Böyük idmandan böyük biznesə və…

Bəlkə də ad gününün belə ictimailəşdirilməsi özünün ürəyincə olmayacaq.

Yəqin ki, olmayacaq…

Mətbuatda ictimai xadimlərin, artistin, yazıçının ad günü qeyd olunar,- deyə.

Amma bu qaydanı kim qoyub?

Kim müəyyən edib?

Əgər kimsə əsas fəaliyyəti ilə yanaşı həm də xeyriyyəçiliklə məşğul olursa, çətinə düşənlərə əl tutursa, onun adı və ad günü niyə ictimailəşməsin?

İş adamı olsa da…

Kiçik yaşlarından idmana maraq göstərib.  Əvvəlcə sərbəst güləş, sonralar cüdo məşqlərinə gedib. Orta məktəbi cüdo üzrə ustalığa namizəd idman dərəcəsi ilə bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Cüdo sahəsində kifayət qədər böyük uğurlar qazanıb. Müxtəlif yarışların qalibi olub. Və cüdoya bu sevgi onu “Judo Club 2012” idman klubu yaratmağa həvəsləndirib.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibidir. İndi peşəkar idmandan uzaqlaşsa da, veteran kimi yarışlardan, görüşlərdən geri qalmır.

Özünü biznes sahəsində də gənclik illərindən sınamağa başlayıb. Sonralar fəaliyyətini Qazaxstanda davam etdirib. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı azərbaycanlı iş adamlarına çağırışı, onları öz vətənlərinə investisiya qoymağa səsləməsi onun nəinki biznes fəaliyyətində, həm də həyatında dönüş yaradıb. Vətənə qayıdıb, dövlət başçısının sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən ruhlanaraq, tikinti sektorunda çalışıb. Gördüyü işlərin keyfiyyəti ilə sayılıb, seçilib. Və bundan sonra dövlət sifarişlərinin icrasında iştirak etməyə dəvət olunub.

İndi məşhur bir şirkətin həmtəsisçisidir.

Bütün bunlar onun fəaliyyət sahəsinin yığcam, çox qısa icmalıdır.

Və bəlkə də bir çox iş adamlarının fəaliyyətinə bənzəri var. Amma onu əksər iş adamlarından fərqləndirən cəhətlər də az deyil.

Vətənpərvərdir. Beynəlxalq yarışlarda bunu dəfələrlə sübut edib. Azərbaycanın bayrağını qürurla ucaltmaqla…

Ona görə də dünyanın harasında, hansı yerində olsa, orda onun özü ilə apardığı böyük bir Azərbaycan var. Oturuşu-duruşu ilə, görüşlrdə Azərbaycan barədə etdiyi söhbətlərlə…

Çünki Azərbaycanı yaxşı tanıyır. Tariximizə, tarixi şəxsiyyətlərimizə, dinimizə, adət və ənənələrimizə özünəməxsus sevgi, fərdi baxış nümayiş etdirir. Görünür, bütün bu keyfiyyətlərin formalaşmasında mütaliəni sevməsi də xüsusi rol oynayır…

O, həm də xeyriyyəçiliklə məşğul olur. Və bu məsələdə diqqəti daha çox gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yöndəldir. Onları idmana həvəsləndirir, Vətənin müdafiəsinə daim hazır olmağa çağırır.

Qarabağ uğrunda şəhid olanların xatirəsinə keçirilən tədbirlərə, Qarabağ qazilərinin ptoblemlərinin həllinə dəstəyini heç vaxt əsirgəmir. Şəhid ailələrinə, aztəminatlı insanlara yardım etməkdən usanmır.

İdmançılara, mədəniyyət və ədəbiyyat adamlarına dəstək verməkdən zövq alır. Bunu özünün vətəndaşlıq borcu hesab edir. Amma bütün bunlar barədə danışmağı xoşlamır. Məşhur “sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamına sadiq qalaraq…

Bütün bunlarla yanaşı ideal insan deyil. Biz də onu ideallaşdırmaq fikrindən uzağıq. Çoxtərəfli fəaliyyətində bəzən münaqişəli situasiyalara düşür, kimlərəsə nələrisə izah etməyə məcbur olur. Hətta bəzən, hamımız kimi, əsəbiləşir, özündən çıxır…

Neyləmək olar? Həyat belədir. Enişli-yoxuşlu, ağrılı-acılı. Bəzən münaqişəsiz də keçinmək olmur.

Sadaladığımız və indi yada düşməyən bütün bu keyfiyyətləri onun ad gününün yada salınmasını, ictimailəşdirilməsini haqq edir!

Özü bunu istəməsə də…

Amma biz istəyirik.

Və deyirik: Ad günün mübarək, Azər Əsgərov!

Hörmətlə,

Səni belə tanıyan dostların

 

Veb saytlar:

https://az.azvision.az/news/295627/news.html

https://manevr.az/index.php?newsid=102518

https://koordinat.az/meqale.php?id=36937

ad günü
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13

SON YAZILAR

  • Böyük Qələbənin beş ili: ədalətin təntənəsi və Qarabağın dirçəlişi

    Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş ...
  • 27 sentyabr – Azərbaycan tarixinə əbədi həkk olunmuş bir gündür

    Zaman necə də tez keçir… Azərbaycanın düş...
  • Bilik dünyasına yolunuz açıq olsun!

    Sentyabr ayı həmişə evlərə xüsusi bir canlanma ...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST