Qadınlar dünyanın zərif varlığı, cəmiyyətin sarsılmaz sütunu, həyatın solmaz yaraşığıdır. Azərbaycan qadını tarix boyu təkcə gözəlliyi və əməksevərliyi ilə deyil, həm də hünəri, cəsarəti ilə tanınıb, xalqımızın mənəvi-əxlaqi dəyərlərini qoruyub, zənginləşdirib.
Müqəddəs İslam dinimiz qadına böyük qiymət verir. Sevgili peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s) “Cənnət anaların ayaqları altındadır” kəlamı qadın, ana haqqının ən ali məqamda olduğunu ifadə edir.
Bu il biz 8 Mart – Beynəlxalq Qadınlar gününü Vətən müharibəsində möhtəşəm Zəfərimizin sevinci ilə qeyd edirik. Bu Zəfəri xalqımıza qazandıran, Qarabağı erməni faşizminin işğalından qurtararaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edən igid hərbçilər fədakar anaların övladları, sədaqətli xanımların həyat yoldaşları, ismətli bacıların qardaşlarıdır. Vətən yolunda canını fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz var. Şəhidlərimizin anaları qarşısında baş əyir, ailələrinə səbr diləyirik… Qazilərimizə şəfa arzulayırıq.
Bahar təravətli bayram günündə əziz qadınlarımızı səmimi-qəlbdən təbrik edirəm! Hər zaman üzünüz gülsün, sevinciniz bol, səadətiniz tükənməz olsun!
Bu gün xalqımız öz tarixinin ən faciəli hadisələrindən birinin – Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Təkcə xalqımıza qarşı deyil, ümumən bəşəriyyət, insanlıq əleyhinə qanlı cinayəti törədən erməni quldurları və onların mənfur rəhbərləri hələ də öz cəzalarını almayıblar.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətləri sayəsində artıq dünyanın bir sıra ölkələrinin, ABŞ-ın bir sıra ştatlarının parlamentləri bu soyqırımının tanınması haqqında sənədlər qəbul edib.
Ancaq onu da qeyd edək Xocalı soyqırımını bu il əvvəlki illərdən fərqli duyğularla yad edirik. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistana layiq olduğu yeri göstərib. Torpaqlarımızı 30 il işğal altında saxlayan düşmən diz çökdürülüb, təslim olub. Bütün dünya Azərbaycanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Xocalılıların qanı yerdə qalmayıb, qisası alınıb.
Möhtərəm Prezident İlham Əliyev bu il fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib: “Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmaması, nə Azərbaycanda, nə də dünyada heç vaxt təkrarlanmamasıdır.
Azərbaycanın heç vaxt 1990-cı illərin əvvəlində olan aciz duruma düşməməsi, hər zaman özünü, öz vətəndaşlarını qoruya bilməsidir”.
Allahdan Xocalı faziəsi qurbanlarına rəhmət diləyirəm.
Azər Əsgərov
Şanlı Qələbə ili olan 2020-ci il başa çatdı, yeni – 2021-ci ildə qarşımızda mühüm vəzifələr durur. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusnunun işğaldan azad etdiyi ərazilərə Böyük qayıdışın başlanmasına hazırlıq aparılır. Həmin ərazilərin dirçəldilməsi ölkəmizim iqtisadi imkanlarını genişləndirəcək. Dövlətimizin başçısının tapşırığı ilə ərazilərin, şəhər və kəndlərin bərpası üzrə vahid konsepsiya hazırlanır. Qarabağ Dirçəliş Fondunun yaradılması bu sahədə məqsədyönlü addımların atılmasında, həmçinin işğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsində mühüm rol oynayacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci ilin yekunları ilə əlaqədar videoformatda keçirdiyi müşavirədə dinamik iqtisadi inkişafın təmin edilməsi istiqamətində vəzifələri müəyyənləşdirib.
Dövlətimizin başçısının verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində yanvarın 25-də keçirilən müşavirədə müzakirə olunub.
Hökumət 2021-ci ilin prioritetləri sırasında özəl sektorun da yerini bir daha müəyyənləşdirib. Hökumət investisiya layihələrinin maliyyələşdirilməsinə özəl sektorun cəlb edilməsini, dövlət-özəl sektor tərəfdaşlığının təşviqinin davam etdirilməsini, prioritet sahələrə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasını və s. tədbirləri nəzərdə tutur.
Əminliklə demək olar ki, Azərbaycan iqtisadiyyatının sütunlarından olan özəl sektor işğaldan azad edilmiş ərazilərimizin bərpası, şəhər və kəndlərimizin yenidən qurulması, dogma yurduna qayıdan həmvətənlərimizin məşulluğunun təmin edilməsi, bir sözlə, Qarabağın dirçəldilməsi prosesində fəal iştirak edəcək və dövlətimizin başçısının tapşırıqlarının icrasına öz töhfəsini verəcəkdir.
Koronavirus pandemiyasının bütün dünyada yayıldığı və bəşəriyyət üçün ciddi təhdidlər yaratdığı, hər yerdə sosial-iqtisadi problemlərin kəskinləşdiyi 2020-ci il başa çatır. Azərbaycan yeganə dövlətdir ki, bu ağır, mürəkkəb, keşməkeşli ili özünün Zəfər ilinə, Qalibiyyət, Qürur ilinə çevirə bildi!
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ilin əvvəlindən pandemiyaya qarşı effektiv mübarizəyə başlanması, əhalinin koronovirus infeksiyasından qorunması və müalicəsi, sosial-iqtisadi dayanıqlılığın təmini üçün zəruri tədbirlər görülməsi ilə yanaşı, ilin sonuna yaxın ölkəmiz öz hərbi-siyasi qüdrətini nümayiş etdirərək torpaqlarımızın düşmən işğalından qurtarılmasına da nail oldu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması yola saldığımız ilin ən mühüm yekunu, xalqımızın misilsiz nailiyyətidir. Rəşadətli ordumuzun qısa müddətdə uğurla həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı işğalçı Ermənistanı təslim olmağa məcbur etdi. Bu əməliyyat dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
“Qarabağ – Azərbaycandır!” deyərək, bu həqiqəti xalqımızın birliyi, həmrəyliyi sayəsində döyüş meydanında sübuta yetirən, şanlı Qələbəmizin memarı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq!
Bu Qələbənin qazanılması uğrunda canını qurban verən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə səbr diləyir, hər bir yaralı əsgərimizə, zabitimizə şəfa, fədakar müharibə veteranlarımıza sağlamlıq və gümrahlıq arzulayıram!
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin iqtisadi fəallığın zəifləməsinə səbəb olduğu dövrdə Azərbaycan dövləti həm vətəndaşların sosial müdafiəsini gücləndirdi, həm də özəl sektora, biz sahibkarlara dəstək verdi, güzəştlər tətbiq etdi. Azərbaycan bütün dünyada koronovirus pandemiyasının zərərli təsirindən ən az itkiyə məruz qalan ölkələr sırasındadır. Üstəlik, 44 günlük Vətən müharibəsində sərf olunan resursları da nəzərə alsaq, ölkəmizin iqtisadi dayanıqlılığının nə qədər möhkəm olduğunu görərik.
Bizi qarşıda möhtəşəm quruculuq işləri, yeni qələbə sevincləri gözləyir. Doğma Qarabağın, işğaldan azad edilmiş ərazilərmizin bərpasına başlanır.Biz sahibkarlar, iş adamları da bu sahədə dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun fəaliyyət göstərmək istəyində və əzmindəyik. Qarabağ gözəl bir məkana, əsl cənnətə çevirəcəyik.
Yola salıdığımız 2020-ci ilin şəxsi həyatımda da xoş, sevindirici hadsələrlə də yadda qaldığını deməliyəm. Uca Tanrı mənə öz lütfünü göstərərək daha iki şirin-şəkər nəvə bəxş etdi: qızımın övladı Səlim, oğlumun qızı Adelya. Onların və xalqımızın bütün körpələrinin dinclik, əmin-amanlıq şəraitində, rifah içərisində yaşaması mənim ən ülvi arzumdur.
Əziz həmvətənlər, dostlar, həmkarlar! Hamınızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşldan gələn Yeni İl münasibətilə təbrik edirəm!
Qoy 2021-ci il vətənimizə, xalqımıza, dövlətimizə yeni uğurlar, zəfərlər gətirsin!
Həmrəyliyimiz əbədi, Yeni ilimiz mübarək olsun!
Azər Əsgərov
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.
Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirdilər.
Vətən müharibəsində – “Dəmir yumruq” əməliyyatında Azərbaycan işğalçı Ermənistana elə zərbə vurdu ki, bu təcavüzkar ölkənin bir də özünə gəlməsi mümkünsüzdür. Zəfər paradında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dedi: “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Paradda Türkiyə Prezidentinin, qardaş ölkənin böyük nümayəndə heyətinin, həmçinin ordu bölməsinin iştirakı xaqlqımızda fərəh hissi doğurdu.
Türkiyənin siyasi və mənəvi dəstəyi hər bir azərbaycanlını qürurlandırır, sevindirir. Zəfər paradı bir daha bizim birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya göstərdi.
Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışında xalqımıza “azərbaycanlı can qardaşlarım” deyə müraciət etdi, Zəfər Günümüzdə bizimlə birlikdə olmaqdan böyük məmnunluq duyduğunu bildirdi. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət dilədi, qazilərin tezliklə sağalmalarını arzuladı.
Paradda Azərbaycan özünün qəhrəman əsgər və zabitlərinin döyüş əzmini və ordumzun mənəvi-texniki gücünü nümayiş etdirdi. Ən müasir silah-sursatlarımız, yəqin ki, düşməni bir daha qorxuya salacaq. Vətən müharibəsində ordumuzun əldə etdiyi hərbi qənimətlərin nümayişi isə məğlub Ermənistanın hələ də ağlı başına gəlməyən “siyasətçilər”nə, axır ki, dərs olmalıdır. Bu xəyalpərəstlər müharibədən qabaq öz tanklarının Bakıya gələcəyini deyirdilər. Onların döyüş meydanında qoyub qaçdığı tankları Azərbaycan əsgəri qənimət kimi Bakıya gətirdi və bütün dünyaya göstərdi.
Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu!
Vətən müharibəsində bizə Zəfər qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyir,qazilərmizə şəfa və rifah arzulayırıq!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev:
“…Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır”.
Füzuli şəhərində çıxışından. 16 noyabr 2020-ci il.
Azərbaycan öz tarixinin çox şərəfli dövrünü yaşayır.
Bu il sentyabrın 27-də təcavüzkar Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı noyabrın 10-da düşmənin təslim olması, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə başa çatdı.
Xalqımız Vətən müharibəsində böyük zəfər qazandı.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz təcavüzkar Ermənistanın 30 ilə yaxındır davam edən işğalına son qoydu. Dövlətimizin başçısının bəyan etdiyi məqsəd və məram reallığa çevrildi: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Vətən müharibəsinin davam etdiyi müddətdə bizim hər birimizin qəlbi düşmənə qarşı qəhrəmanlıqla döyüşən igid hərbçilərimizlə birgə döyünüb, fikrimiz onların yanında, dualarımız onlarla olub.
Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli və cəsur şəxsi heyəti hərb tarixinə şanlı səhifələr yazaraq, təcvüzkar Ermənistanı diz çökməyə, onun işğalçı ordusunu qorxaqcasına öz mövqelərini qoyub qaçmağa məcbur etdi.
Qarabağın tacı olan Şuşada üçrəngli müqəddəs bayrağımızın dalğalandırılması milli qürurumuzun təntənəsidir. Bu qədim şəhərin düşməndən azad edilməsi misilsiz hərbi əməliyyat kimi tarixin yaddaşına yazıldı.
Uzun illər işğal altında qalan torpaqlarımızı qəhrəman şəhidlərimiz öz qanı və canı bahasına azad edib. Rəşadətli əsgər, gizir və zabitlərimiz yüksək vətənpərvərlik ruhu, əsl peşəkarlıq keyfiyyətləri nümayiş etdiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların validyenlərinə, ailə üzvlərinə dərin ehtiramımızı bildiririk.
Vətən müharibəsində möhtəşəm Zəfərin sevincini yaşamaq bizim üçün böyük xoşbəxtlikdir.
İşğaldan azad edilmiş torpaqlarımızda, dogma Qarabağda tezliklə bərpa-quruculuq işlərinə başlanacaq. Hər birimiz üçün əziz olan həmin ərzilərdə çalışmaq, xalqımızın öz ata-baba yurdlarında əbədi olaraq təhlükəsiz və firavan yaşaması üçün şərait yaradılmasında fəal iştirak etmək ən böyük arzumuzdur.
Möhtərəm Prezdent, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Azər ƏSGƏROV
Bu ilin əvvəlindən dünyanı bürümüş koronavirus infeksiyası (COVID-19) Azərbaycanda da yayılıb və ölkə əhalisnin sağlamlığına təhlükə yaradıb. Bununla əlaqədar olaraq, cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərman imzalayıb. Fərmanda müəyyən olunan tədbirlərə əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri dəstək verərək sosial həmrəylik nümayiş etdirirlər.
Koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlər həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah fəaliyyət göstərir.
Dövlətimizin başçısının Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaşların, sahibkarlıq subyektlərinin etdikləri ianələr əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması imkanlarını genişləndirir.
“Azman Holding” MMC və onun təsisçiləri də korporativ sosial məsuliyyət prinsiplərini əsas götürərək koronovirusla mübarizəyə dəstək verirlər.
Belə ki, “AZMAN holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait keçirib və holdinqin təsisçiləri təfəindən də Fonda iri məbləğdə pul vəsaiti ianə olunub. Bundan başqa, Bakı şəhərinin Mərdakan qəsəbəsindəki tibb müəssisəsində COVİD-19 xəstələrinin müalicəsini həyata keçiriən həkimlərinin yemək rasionu 3 ay müddətində meyvə-tərəvəzlə təmin edilib.
Koronavirusla mübarizədə dövlət-vətəndaş birliyi mühüm əhəmiyyət daşıyır. “AZMAN holding” bu mübarizəyə dəstəyini davam etdirir.
Biz birlikdə güclüyük!
Avqustun 15-16-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşınadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda 51 klubu təmsil edən 347 (294 oğlan, 53 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. “Judo Club 2012”nin gənc cüdoçuları da ölkə birinciliyində qüvvələrinin sınayıblar.
Yarışda 24 (18 oğlan, 6 qız) idmançı ilə təmsil olunan klubun yetirmələri 4 qızıl, 6 gümüş və 3 bürünc medala layiq görülüblər. Komandanın üzvlərindən Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Diana Şoranova (63 kq) və Aidə Baxışova (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Nurlan Osmanov (66 kq), Sərdar Səfixanov (90 kq), Kənan Əhmədov (+100 kq), Elvira Əsgərova (52 kq), Zeynəb Məmmədova (57 kq) və Nərmin Abdullayeva (70 kq) gümüş medala sahib olublar. Yaşar Nəcəfov (60 kq), Fərid Qəzənfərov (60 kq) və Ayxan Tanverdiyev (66 kq) isə komandaya bürünc medallar qazandırıblar.
Klubun digər üzvlərindən Vilayət Cəlilov (66 kq) beşinci, Mirəli Hüseynli (90 kq), Murad Məmmədov (100 kq) və Rahidə Cavadova (63 kq) isə yeddinci yerlə kifayətləniblər.
Beləliklə, 23 yaşınadək gənclər arasında Azərbaycan birinciliyini 13 medalla başa çatdıran “Judo Club 2012”nin yetirmələri ümumi komanda hesabında birinci yeri tutublar. “Neftçi İdman Klubu” İB-in yetirmələri (4 qızıl, 1 gümüş, 5 bürünc) ikinci, “Atilla” komandası isə (2 qızıl, 1 gümüş, 2 bürünc) üçüncü olub.
Ölkə birinciliyinin qalib və mükafatçıları medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları ilə təltif olunublar.
Xatırladaq ki, son illərdə uğurları ilə diqqət çəkən “Judo Club 2012”nin gənc cüdoçuları iyun ayında təşkil olunan 23 yaşınadək gənclər arasında açıq Bakı birinciliyinin də qalibi olub.
Dünya şöhrətli braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Azərbaycan Ciu-Citsu Federasiyasının və “Qodzilla” qrupun təşkilatçılığı ilə iyulun 19-da Bakıya səfərə gəlib. “Heydər Əliyev” Hava Limanında onu qarşılayanlar arasında “Judo Club 2012”nin rəhbərləri də olub.
Roys Qreysi iyulun 20-də “Judo Club 2012”nin böyük zalında məşqçilər və idmançılar üçün seminar keçib. 100-dən çox idmançı və məşqçinin iştirak etdiyi seminarı döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər.
“Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov dünya şöhrətli ciu-citsu ustası ilə görüşüb, onun keçirdiyi seminarda iştirak edib. Səmimi söhbət zamanı Azər Əsgərov hörmətli qonağa ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb, Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti, cüdo idman növündə əldə olunan nailiyyətlər, həmçinin “Judo Club 2012”nin bu və digər döyüş növlərinin təbliği, uşaq və gənclər arasında populyarlıq qazanması üçün gördüyü işlər barədə məlumat verib.
Roys Qreysi iki saatlıq semnardan sonra judoclub2012.az saytına müsahibə verərkən “Judo Club 2012”də məşq üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək deyib: “Belə bir zalda məşq edən idmançı nailiyyət qazanmaya bilməz”. O, seminarın təşkilində və uğurla keçirilməsinə göstərdiyi dəstəyə görə “Judo Club 2012″nin rəhbərliyinə minnətdarlıq bildirib. Azər Əsgərov və klubun cüdo üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov dünya şöhrətli idmançıya klubun adından qiymətli hədiyyə təqdim ediblər.
Azər Əsgərov özü isə seminarın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Ciu-Citsu Federasiyasın təşəkkürnaməsinə layiq görülüb. Təşəkkürnaməni ona federasiyanın prezidenti Mir-Əli Seyidov təqdim edib.