Rusiyalı məşhur aşpaz Azərbaycan dolmasını dünya kulinariyasının şedevri adlandırıb
Bu günlərdə Bakıda I Dünya İslam Kulinariya Konqresi və Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, həmçinin İslam ölkələri kulinarlarının ikinci çempionatı keçirilib. Dünya İslam Kulinariya Birliyinin (WICS) rəhbərlərinin iştirak etdiyi bu tədbirlər xalqımızın mətbəx mədəniyyətinin və qonaqpərvərliyinin təbliğində mühüm rol oynayıb.
Paytaxtımızın “Sity servis kompany” restoranlar şəbəkəsi də 25 ölkənin təmsil olunduğu bu tədbirlərdə fəal iştirak edib. Şəbəkənin tərkibindəki “Nar & Sharab”, “Mangal Steak House”, “Sədəf”, “Zuğulba Saray”, “Senator”, “Sapfir Saray”, “Atəşgah” restoranlarının milli və dünya mətbəxinin sirlərini mükəmməl bilən təcrübəli aşpazları çempionatda öz məharətlərini göstəriblər.
Kulinarlar həm fərdi, həm də komanda şəklində yarışıblar. Azərbaycan Kulinariya Mərkəzinin təşəbbüsü ilə kulinariya çempionatında şadlıq sarayları “bəy-gəlin” və “qonaq süfrəsi”, mehmanxanalar “Azərbaycan səhər yeməyi”, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti” kateqoriyasında orijinal menyular təqdim ediblər. Digər nominasiyalar, məsələn şirniyyat, müxtəlif mətbəx incəsənəti sinifləri üzrə (şokolad, marsipan, karvinq və s.) də yarışlar keçirilib. Yeri gəlmişkən qeyd edək ki, münsiflər heyətinin üzvü Rusiya Kulinarlarının Milli Assosiasiyasının prezidenti, məşhur Kreml aşpazı Viktor Belyayev milli kulinariyanın inkişafında ölkəmizin öncül yerlərdən birini tutduğunu bildirib. O, Azərbaycan dolmasını dünya kulinariyasının şedevri adlandırıb.
Çempionatda Viktor Belyayevin də maraqla izlədiyi və yüksək dəyərləndirdiyi təqdimatlardan biri paytaxtımızın ən nüfuzlu restoranlarından olan “Mangal Steak House”da olub. Restoranın peşəkar aşpazları tədbir iştirakçılarını dadlı və keyfiyyətli yeməklərlə yanaşı, həm tə mətbəx şousu ilə heyrətləndiriblər.
“Sity servis kompany”nin direktoru Namiq Məmmədov deyir: “Şirkətin tərkibindəki restoranların kulinarları çempionatda böyük həvəslə çıxış etdilər. WICS-in münsifləri onların məharətini yüksək dəyərləndirdi. Bundan sonra isə aşpazlarımız olimpiadaya hazırlaşacaqlar. Çalışırıq ki, onlar təkcə islam ölkələri təmsilçiləri arasında deyil, Avropada da öz peşəkarlıqları ilə seçilsinlər”.
“Sity servis kompany”nin aşpazları islam ölkələri kulinarlarının mötəbər tədbirinə şirkətin brend-şefi – baş aşpazı Oqtay Cəfərovn rəhbərliyi ilə hazırlaşıblar. Təcrübəli və tanınmış kulinariya ustası tədbir ərəfəsində keçirilən təlimlərdə onlara islam və dünya mətbəxinin müasir trendləri, iaşə xidmətinin beynəlxalq standartları, milli qonaqpərvərliyimizin ən mühüm xüsusiyyətləri barədə zəruri bilgilər verib.
Azərbaycan Kulinariya Mərkəzinin üzvü olan Oqtay Cəfərov 50 ilə yaxındır ki, sevib-seçdiyi aşpazlıq peşəsi ilə məşğuldur. O, çox mötəbər yerli və beynəlxalq tədbirlərdə, respublikamızda və dünya miqyasında xalqımızın mətbəx mədəniyyətinin təbliğinə sanballı töhfələr verib, çoxsaylı mükafatlara layiq görülüb.
Yüsək keyfiyyətli yemək və nümunəvi xidmət “Sity servis kompany” restoranlar şəbəkəsinin fəaliyyətinin iki mühüm komponentidir. Bu şəbəkədə təkcə xalqımızın mətbəx mədəniyyətinin deyil, tarixinin, ədəbiyyatının, incəsənətinin, ümumən, milli özünəməxsusluğunun təbliğinə böyük diqqət yetirilir. Məhz buna görə də ““Sity servis kompany” şəbəkəsinin restoranları paytaxtımızın sakinlərinin və qonaqlarının, xüsusən, turistlərinin ən sevimli, ən çox arzu edilən, seçilən iaşə və istirahət məkanlarıdır.
Düşmən təxribatının qarşını almaq üçün Azərbaycan Ordusunun 2016-cı ilin aprelində keçirdiyi uğurlu döyüş əməliyyatları müasir hərb tariximizin şanlı səhifəsidir. Bu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır.
Qələbə uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlıq nümunəsi gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Şərəfli zabit ömrü yaşamış və Aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov da belə qəhrəmanlardandır.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu bu il aprelin 16-17-də Bakı İdman Sarayında Raquf Orucov və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş III beynəlxalq “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) cüdo turniri keçirəcəkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət 16 klub komandası iştirak edəcəkdir.
Ənənəvi turnirdə Bakı şəhərini və bölgələimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrin – Türkiyənin, Rusiyanın, Qazaxıstanın, İranın və Gürcüstanın klub komandalarının da iştirak edəcəyi gözlənilir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Azər Əsgərov: “Harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər”
2018-ci il sentyabrın 20-dən 27-dək Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə növbəti dünya çempionatı keçirildi.
Cüdonun vətəni olan Yaponiyanın milli komandası dünya çempionatına hazırılığn son mərhələsini Azərbaycanda keçməyi qərara alaraq iki ay əvvəl öz nümayəndələrini Bakıya göndərmişdi. Yapon mütəxəssislər öz komandalarının tələblərinə və standartlarına uyğun yer seçmək üçün bir slra idman arenalarına baş çəkdikdən sonra yekdilliklə “Judo Club 2012”-nin üzərində dayandılar. Qonaqlar buradakı zalların və köməkçi infrastrukturun məşqləri ən yüksə
k səviyyədə təşkil etməyə imkan verdiyini bildirdilər. Xalqımızın qonaqpərvərlik ənənəsinə əsasən, bütün bu təsərrüfatın Yaponiya komandasının istifadəsinə təmənnasız olaraq verilməsi barədə klub rəhbərliyinin qərarını isə gündoğar ölkənin nümayəndələri böyük minnətdarlıq hissi ilə qarşıladılar.
Dünya şöhrətli yapon cüdoçular sentyabrın 14-dən Bakıya gəldilər. “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olmuş Azər Əsgərov qonaqlarla görüşdü, onlara ölkəmizdə idmana göstərilən dövlət qayğısı, Azərbaycanda cüdonun tarixi və mövcud vəziyyəti, Azəbaycan Cüdo Federasiyasının fəaliyyəti, “Judo Club-2012”-də yaradılmış məşq şəraiti, klub idmançılarının uğurları barədə ətraflı məlumat verdi. “Harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər,” – deyən A.Əsgərov intensiv və səmərəli məşq üçün klubda bütün imkanların olduğunu, mövcud infrastrukturun tam olaraq yapon cüdoçularun istifadəsinə veriləcəyini bildirdi.
Yaponiya komandası Azrbaycanda ilk dəfə keçiriləcək cüdo üzrə dünya çempionatına, idmançılar, məşqçilər və yardımçı heyət daxil olmaqla, 90 nəfərlik heyətlə gəlmişdilər.
Dünya çempionatında tam heyətlə – 18 cüdoçu təmsil olunan Yaponiya komandasının üzvləri 16 çəki dərəcəsində mükafata layiq yerlər tutdular. Onlar 7 qızıl, 5 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.
“Gündoğar ölkə”nin cüdoçuları bu möhtəşəm uğurda “Judo Club-2012”nin də payının olduğunu bildirlər.
Azərbaycanda gördüikləri qonaqpərvərliyə cavab olaraq yaponlar çempionat başa çatdıqdan sonra “Judo Club-2012” idman klubunda master-klass təşkil etdilər. Master-klassa ölkəmizin tanınmış klublarından məşqçilər və idmançılar da dəvət olunmuşdular.
Azər Əsgərov master-klasda veteran idmançı kimi iştirak etdi, buradakı yapon cüdo ustaları ilə söhbətləşdi, cüdonun müasir vəziyyəti ilə bağlı fikilərini onlarla bölüşdü.
Yaponiya komandasına “Judo Club-2012” idman klubunun rəhbərliyi adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim olundu. Qonaqlar isə Azər Əsgərovu və klubun digər rəhbərlərinə xüsusi diplomla mükafatlandırdı.
Sonra yapon cüdo ustaları – dünya çempionu (2010) Akimodo Hiroyuki, dünya (2003) və olimpiya (2004) çempionu Sudzuki Keiji, üçqat dünya çempionu, Sidney Olimpiadasının (2000) qalibi İnoue Kosey və qadınlar arasında Afina olimpiadasının (2004) qalibi, dünya çempionu (2007) Tsukada Maki öz ustalıqlarını nümayiş etdirib, müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verib, azərbaycanlı məşqçilərin suallarını cavablandırdılar.
15 Mart 2018-ci ildə Bakı Olimpiya Stadionunun konfrans salonunda Azərbaycan Cüdo Federasiyasının hesabat konfransı keçirilib.
Federasiyanın Baş katibi Elmar Babanlı Azərbaycan cüdosunun 2017-ci ildəki nailiyyətləri haqqında danışıb.
Maliyyə hesabatı dinlənildikdən sonra, konfrans iştirakçıları Azər Əsgərovun Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməsinin lehinə səs veriblər.
Konfransı yekunlaşdıran federasiya prezidenti Rövnəq Abdullayev deyib: “Gördüyümüz kimi, böyük işlər həyata keçirilib. Bu işlərə görə hamıya təşəkkür edirəm. Bunlar – aysberqin görünməyən tərəfləridir. Məşqçilərimizin və əməkdaşlarımızın səyi nəticəsində idmançılarımız medallar qazanırlar. Qarşıda bizi daha böyük işlər gözləyir. Bakıda dünya çempionatının keçirilməsi bu ilki yarışların zirvəsi olacaq. Yarışlar zamanı komandaların yaxşı çıxış etməsi üçün zalın tamaşaçılarla dolu olması lazımdır. Biz ilk dəfədir ki, böyüklər arasında cüdo üzrə dünya çempionatını təşkil edirik və onu ən yüksək səviyyədə keçirməliyik”.