27 sentyabr xalqımız üçün xüsusi bir gündür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.
Onlar bizə Qələbə və Qürur bəxş edən qəhrəmanlardır!
Yenə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirib şəhid olan oğullarımız var.
Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir və bu gün hərbçilərimiz Vətənimizin sərhədlərində ayıq-sayıq dayanıblar. Təəssüf ki, düşmən hələ də revanşist əhval-ruhiyyədədir və sərhəddə gərginlik taradır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “… Heç kim və heç nə bizi dayandıra bilməz. Biz haqqı, ədaləti, beynəlxalq hüququ qorumuşuq, qoruyuruq və öz ərazi bütövlüyümüzü bərpa etmişik… Biz nəyə qair olduğumuzu dünyaya göstərdik, torpaqlarımızı hərbi yolla azad etdik…
Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azər Əsgərov
Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.
Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.
Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.
“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!
Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!
Azər Əsgərov
P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu gün öz rəsmi tviter səhifəsində paylaşdığı xəbər və təbrik xalqımızı sevindirdi, bizi bir daha qürurlandırdı. Qəhrəman Azərbaycan Ordusu Laçın şəhərindədir, Zabux və Sus kəndləri nəzarətə götürülüb!
Vətən müharibəsində məğlub olan Ermənistan onsuz da Laçın rayonunu döyüşsüz təhvil vermək məcburiyyətində qalmışdı… Sadəcə, Üçtərəfli bəyanata əsasən, bəzi ərazilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalmışdı. Üç illik müddətə… Azərbaycan dövləti, möhtərəm Prezidentimiz lazım olan işlərin iki ildən də az müddətdə başa çatdırılmasına nail oldu. Bu bizim gücümüzün, qətiyyətimizin növbəti göstəricisidir!
Azərbaycan bayrağının xalqımıza məxsus bütün torpaqlarda dalğalanacağına əminik!
Yaşasın Laçın! Yaşasın Azərbaycan!
Təşəkkürlər cənab Prezident!
Azər ƏSGƏROV
Fikir verirəm ki, son vaxtlar mənim statuslarımın əksəriyyəti idman hadisələrinə həsr olunur. Və mən bundan çox məmnunam…
Türkiyənin Konya şəhərində başa çatan V islam Həmrəyliyi Oyunları Azərbaycan idmanın növbəti şərəfli səhifəsi oldu. Müxtəlif növlər üzrə yarışlarda idmançılarımız 99 medal qazanıb, ümumi hesabda, 56 ölkə arasında 4-cü yeri tutdular.
İslamiadanın açılış mərasimində möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, idmançılarımızla səmimi görüşləri qazanılan qələbələr üçün güclü stimul oldu.
Azərbaycan komandası idmanın 19 növündə medallar qazanıblar. Yüksək nəticə göstərənlər arasında cüdoçularımızın da olması məni xüsusilə sevindirir. Onlar yarışı 2 qızıl, 3 gümüş, 3 bürünc medalla başa çatdırıblar. Ən maraqlı və faydalı cəhət odur ki, Azərbaycan Cüdo Federasiyası Konyada cüdomuzun ümidverən gənclərinə öz güclərini sınamaq imkanı yaratdı və onlar da etimadı layiqincə doğrultdular.
İslamiadada iştirak edən və uğur qazanan bütün idmançılarımızı təbrik edirəm! Onlar Azərbaycanın idman ölkəsi olduğunu öz əzmkarlığınızla bir daha sübuta yetirdilər!
Qarşıdakı yarışlarda idmançılarımıza yeni qələbələr arzulayıram!
Azər Əsgərov
İdmançılarımızdan yenə xoş soraqlar gəlir, mötəbər beynəlxalq yarışlarda bayrağımız ucaldılır, himnimiz səsləndirilir.
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan cüdo komandasının yarımfinalda Fransanın, finalda Ukraynanın güclü komandalarına qalib gələrək qızıl medal qazanması, fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə etməsi çox sevindirici hadisədir.
Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, həmçinin Azərbaycan Cüdo Federasiyasında aparılan islahatlar cüdoda nailiyyətlərin ardıcıl xarakter almasını təmin edib.
İdmanın digər növlərində də bizi ürəkdən sevindirən uğurlu nəticələr vardır: İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında, Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyində qazanılan medallar, San-Marinoda gənc basketbolçuların Avropa çempionatında Azərbaycanın U-18 komandasının üçüncü yer tutması, “Qarabağ” və “Neftçi” furbol komandalarının Avropa miqyaslı yarışlardakı qələbələri… Bunlar, həm Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır, həm də xalqımızın mübarizə və qələbə ruhunun yüksək olduğunu göstərir.
Bizə qələbə sevinci yaşadan idmançılarımı təbrik edir, onlara yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram!
Azər Əsgərov
Əziz dostlar, hörmətli müsəlman bacı və qardaşlarım.
Xalqımız müqəddəs İslam ənənələrindən olan Qurban bayramını xoş duyğularla – Qələbə ovqatı, şükranlıqla, rəşadətli ordumuza və Müzəffər Ali Baş Komandana minnətdarlıq hissi ilə qarşılayır. Otuz ilə yaxın bir müddətdən sonra torpaqlarımız, həmçinin müqəddəs ziyarətgahlarımız işğaldan azad edilib.
Onların, demək olar ki, hamısı dağıdılıb, salamat qalanlarında isə xalqımıza məxsus izlər silinib. Bununla belə, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində həmin məscidləri qapıları ibadət üçün açılır, minarələrdən azan səsi ucalır.
Milli birliyimiz, həmrəyliyimiz sarsılmazdır. Ölkəmizin uğurlu inkişafı bizi fərəhləndirir.
Haqq yolunda, nəcib amallar uğrunda şəhid olan vətən övladlarını ehtiramla yad edirik. Onların ailələrinə, əlillərə, yaşlılara, müharibə veteranlarına qayğı göstərmək borcumuzdur.
Bu mübarək günlərdə Tanrıdan dua və niyyətlərinizin qəbulunu diləyərək, hər birinizə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram!
Qurban bayramınız mübarək!
Azər Əsgərov
Çüdoçularımız son günlərdə qitə miqyaslı mötəbər yarışlardakı nailiyyətləri ilə bizi sevindirdilər. Yeniyetmə oğlanlarımız Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq, medal əyarına və sayına görə, birinci yeri tutublar. Həmin çempionatda 4 cüdoçu qızımız iştirak edib və 1 qızıl,1 gümüş medalla Vətənə qayıdıblar. Poreç şəhərində yeniyetmə cüdoçularımız Avropa birinciliyinin komanda yarışlarına da qoşulub və bu kateqoriyada çempionatın bürünc medalına layiq görülüblər.
Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokunda çıxış edən idmançılarımız 1 qızıl, 1 gümüş medalla geri dönüblər.
Cüdo üzrə böyüklərdən ibarət milli komandamız isə Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən açıq Avropa turnirinin birincisi olub. İdmançılarımız yarışda 3 qızıl, 3 bürünc medal qazanıblar. Qızıl medalın sahiblərindan biri də “Judo club 2012”nin yetirməsi Murad Fətiyevdir. Açıq Avropa turnirində 33 ölkə arasında birinci yeri tutmaq böyük uğurdur.
Ölkəmizə öz qələbələri ilə şərəf gətirən idmançılarımızı, onların məşqçilərini, həmçinin Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini ürəkdən təbrik edirəm!
Qələbə və uğurlarınız bol olsun!
Azər Əsgərov
Azərbaycan Respublikası Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, xalqımızın əmin-amanlığının təminatçısıdır.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qəhrəman əsgər, gizir və zabitlərimiz torpaqlaımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərdilər.
Şəhid hərbçilərimizin hər birinin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm!
Şəhid ailələrinə, müharibə veteranlarına dəstək və qayğı göstərmək vətəndaşlıq borcumuzdur.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara sağlam ömür, rəşadətli xidmət arzulayıram!
Şanlı ordusu onillər sonra öz torpağını ermən işğalından azad etməyi bacaran xalqın nümayəndəsi olmaq xoşbəxtlikdir!
Yaşasın Azərbaycan Silahlı Qüvvələri!
Azər Əsgərov
Usta cüdoçularımızın qitə və dünya çempionatlarında uğurlu nəticələr əldə etməsi artıq yarxşı bir ənənəyə çevrilib. Dünən Yunanıstanın Heraklion şəhərində başa çatan Avropa çempionatındakı nailiyyət isə xüsusilə sevindiricidir. Komandamız ilk dəfədir qitə çempionatından sayca rekord sayda – 20 medalla qayıdır. Fərdi yarışlarda 19 medal və komanda hesabında birinci yer, həmçinin, 30-39 yaş qrupu üzrə komanda yarışında bürünc medal…
Böyük uğurdur!
Bu münasibətlə Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan usta cüdoçularımızı təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni uğurlar, qələbələr arzulayıram!
Azər Əsgərov
Azərbaycanın Müstəqillik Gününü qeyd edirik. Qalib dövlət, qalib xalq kimi… Nailiyyətlərimiz, uğurlarımız çoxdur. Onları daha da artırmağa, ölkəmizi daha da inkişaf etdirməyə çalışırıq. Yeni texnologiyaların tətbiqi hərtərəfli inkişafa xüsusilə güclü təkan verir.
Qardaş Türkiyənin məhz bu bayram günlərində Bakıda təşkil etdiyi “TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Azərbaycanın inkişafına dəstəkdir. Bu festival çərçivəsində Bakı səmasında Azərbaycan və Türkiyə qırıcı təyyarələrinin nümunəvi uçuşlarını seyr edirib fərəhlənirik. Müasir texnologiyaları öyrənən gənclərimiz festivalda öz bilik və təcrübələrini nümayiş etdirirlər. Ölkəmizin hərtərəfli inkişafı üçün bunun çox böyük əhəmiyyəti var.
Müstəqillik Günü münasibətilə hamını, o cümlədən festival iştirakçılarını təbrik edirəm!
Biz birlikdə güclüyük!
Azər Əsgərov