Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • Qəhrəmanların xatirəsini ehtiramla yad edirik

Qəhrəmanların xatirəsini ehtiramla yad edirik

Cümə axşamı, 18 January 2024 / YAYIMLANIB MÖVQE

Qəhrəmanların xatirəsini ehtiramla yad edirik

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş faciəli hadisələrdən – XX əsrin sonlarında xalqımızın tarixi taleyini yeni bir məcraya yönəltmiş faciədən 34 il keçir. Xalq arasında və mətbuat səhifələrində 20 yanvar faciəsi adlandırılan həmin hadisələr, aradan onilliklər keçməsinə baxmayaraq, unudulmur, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, əvvəlki kimi, kədər, nifrət və qəzəb hissi doğurur. Eyni zamanda, həmvətənlərimizin qəhrəmanlığından qürur duyuruq. Onlar canları, qanları bahasına öz vətəndaş ləyaqətlərini və ölkəmizin azad, müstəqil olmaq hüququnu müdafiə etdilər. Məhz 1990-cı il yanvarın 20-si Azərbaycanı suverenliyə aparan yolun başlanğıcı oldu.

Həmin kədərli hadisələrin növbəti ildönümünü ölkəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun mərdliyi və rəşadəti sayəsində  öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir şəraitdə qarşılayır.

Bu gün biz ölkəmizin qarşısında yarana biləcək istənilən çağırış və risklərə tab gətirəcək siyasi institutların və hökumət strukturlarının gücləndirilməsi istiqamətində səylərimizi birləşdirməliyik. Yalnız xalqımızın birliyi və həmrəyliyi ilə hər hansı xarici təhlükə və fəlakətlərdən uzaq, firavan gələcək qura bilərik.

1990-cı ilin 20 Yanvarında şəhid olanların xatirəsi qəlbimizdə daim yaşayacaq, onların qəhrəmanlığı bizi daim quruculuq işlərinə, xüsusən də bu gün ölkənin inkişafı üçün zəruri olan işlərə ruhlandıracaqdır.

Azər Əsgərov

Digər xəbərlər

Bayramınız mübarək, əziz həmvətənlər!
Yığma komandanın üzvləri “Judo Club-2012”də olublar
Hidayətdən yeni qələbələr gözləyirik

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST