Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • HAQQIMIZDA
  • “Raquf Orucov Kuboku” uğrunda V beynəlxalq komanda yarışı keçiriləcək

“Raquf Orucov Kuboku” uğrunda V beynəlxalq komanda yarışı keçiriləcək

Şənbə, 27 April 2024 / YAYIMLANIB HAQQIMIZDA

“Raquf Orucov Kuboku” uğrunda V beynəlxalq komanda yarışı keçiriləcək

Aprelin 30-da Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən digər şəhidlərimizin xatirəsinə həsr edilən V beynəlxalq “Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək ənənəvi turnirdə 21 yaşadək (U-21) cüdoçulardan ibarət komandalar iştirak edəcək.

Beynəlxalq turnirdə yerli komandalarla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Şəxsi Neytral İdmançılar (Rusiya) və Gürcüstanı təmsil edən 15 komanda mübarizə aparacaq.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Turnirin açılış mərasimi aprelin 30-da saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.

Qeyd edək ki, “Raquf Orucov Kuboku” turniri Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Yarışlar həmin il və 2018-2019-cu illərdə U-21 yaş qrupu üzrə komanda şəklində təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra ötən il bərpa edilən sayca dördüncü beynəlxalq turnirdə isə iştirakçılar ilk dəfə olaraq komanda deyil, fərdi qaydada mübarizə aparıblar.

Turnir Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.

 

Mənbə: https://olimpnews.az/post/26720/ldquoraquf-orucov-kubokurdquo-ugrunda-v-beynelxalq-komanda-yarisi-kecirileceknbsp-2024-04-26-190627

https://koordinat.az/meqale.php?id=43731

Digər xəbərlər

“Judo Club 2012”nin 2 üzvü “Böyük dəbilqə” turnirində qızıl medal qazandı
Kamran Qasımov “College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində iştirak edib – FOTO
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı və “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST