Əziz qadınlar! Sizi ən gözəl və zərif bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm!
Qadınlar Gününü bir bayram kimi qeyd etmək ənənəsinin necə yarandığı barədə müxtəlif versiyalar var. Əslində, bu barədə deyilənlər məni maraqlandırmır. Ancaq nə yaxşı ki, bu bayram var, nə yaxşı ki, onu düşünüb tapıblar və nə yaxşı ki, bütün dünyada sevgi və sevinclə qeyd edirlər. Bunun da səbəbi məlumdur: diqqət mərkəzində, yaşından və sosial statusundan asılı olmayaraq, cazibədar, həssas, gözəl, mehriban, mülayim, cazibədar, gözəl QADIN dayanır.
Əziz qadınlar, siz bizim ilham mənbəyimiz, ailə ocağımız və rahatlığımız, xoşbəxtliyimiz və arxa-dayağımısınız!
Sizin xeyirxah qəlbiniz dünyaya işıq və sevinc bəxş edir. Sədaqətinizə, qayğınıza və sevginizə görə sizə minnətdarıq. Nənələr, analar, həyat yoldaşları, bacılar, qızlar və nəvələr – hər biriniz bizim üçün əvəzsiz və çox dəyərlisiniz. Siz həyatımızı gözəlləşdirir və mənalandırırsınız, ocağımızın hərarətini, xalqımızın əsrlərdən bəri davam edən adət-ənənələrini qoruyursunuz.
Qoy 8 Mart Qadınlar Günü Sizin üçün xoş təəssüratlar və sürprizlərlə dolu olsun, gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskilməsin!
Sizə cansağlığı, xoş əhval-ruhiyyə, səadət arzulayıram!
Azər Əsgərov