Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Posts tagged "azman holding"

Tag: azman holding

  • 0
arasadmin18
Bazar ertəsi, 07 December 2020 / YAYIMLANIB MÖVQE

Biz Birlikdə Güclüyük!

Bu ilin əvvəlindən dünyanı bürümüş koronavirus infeksiyası (COVID-19) Azərbaycanda da yayılıb və ölkə əhalisnin sağlamlığına təhlükə yaradıb. Bununla əlaqədar olaraq, cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərman imzalayıb. Fərmanda müəyyən olunan tədbirlərə əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri dəstək verərək sosial həmrəylik nümayiş etdirirlər.

Koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlər həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah fəaliyyət göstərir.

Dövlətimizin başçısının Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaşların, sahibkarlıq subyektlərinin etdikləri ianələr əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması imkanlarını genişləndirir.

“Azman Holding” MMC və onun təsisçiləri də korporativ sosial məsuliyyət prinsiplərini əsas götürərək koronovirusla mübarizəyə dəstək verirlər.

Belə ki, “AZMAN holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait keçirib və  holdinqin təsisçiləri təfəindən də Fonda iri məbləğdə pul vəsaiti ianə olunub. Bundan başqa, Bakı şəhərinin Mərdakan qəsəbəsindəki tibb müəssisəsində COVİD-19 xəstələrinin müalicəsini həyata keçiriən həkimlərinin yemək rasionu 3 ay müddətində meyvə-tərəvəzlə təmin edilib.

Koronavirusla mübarizədə dövlət-vətəndaş birliyi mühüm əhəmiyyət daşıyır. “AZMAN holding” bu mübarizəyə dəstəyini davam etdirir.

Biz birlikdə güclüyük!

azman holdingkoronavirus

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST