Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Posts tagged "dolma"

Tag: dolma

  • 0
arasadmin18
Cümə axşamı, 20 June 2019 / YAYIMLANIB MÖVQE

Milli mətbəximizin növbəti uğuru

Rusiyalı məşhur aşpaz Azərbaycan dolmasını dünya kulinariyasının şedevri adlandırıb

Bu günlərdə Bakıda I Dünya İslam Kulinariya Konqresi və  Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, həmçinin İslam ölkələri kulinarlarının ikinci çempionatı keçirilib. Dünya İslam Kulinariya Birliyinin (WICS) rəhbərlərinin iştirak etdiyi bu tədbirlər xalqımızın mətbəx mədəniyyətinin və qonaqpərvərliyinin təbliğində mühüm rol oynayıb.

Paytaxtımızın “Sity servis kompany” restoranlar şəbəkəsi də 25 ölkənin təmsil olunduğu bu tədbirlərdə fəal iştirak edib. Şəbəkənin tərkibindəki “Nar & Sharab”, “Mangal Steak House”, “Sədəf”, “Zuğulba Saray”, “Senator”, “Sapfir Saray”, “Atəşgah” restoranlarının milli və dünya mətbəxinin sirlərini mükəmməl bilən təcrübəli aşpazları çempionatda öz məharətlərini göstəriblər.

Kulinarlar  həm fərdi, həm də komanda şəklində yarışıblar. Azərbaycan Kulinariya Mərkəzinin təşəbbüsü ilə kulinariya çempionatında şadlıq sarayları “bəy-gəlin” və “qonaq süfrəsi”, mehmanxanalar “Azərbaycan səhər yeməyi”, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti” kateqoriyasında orijinal menyular təqdim ediblər. Digər nominasiyalar, məsələn şirniyyat, müxtəlif mətbəx incəsənəti sinifləri üzrə (şokolad, marsipan, karvinq və s.) də yarışlar keçirilib. Yeri gəlmişkən qeyd edək ki, münsiflər heyətinin üzvü Rusiya Kulinarlarının Milli Assosiasiyasının prezidenti,  məşhur Kreml aşpazı Viktor Belyayev milli kulinariyanın inkişafında ölkəmizin öncül yerlərdən birini tutduğunu bildirib. O, Azərbaycan dolmasını dünya kulinariyasının şedevri adlandırıb.

Çempionatda Viktor Belyayevin də maraqla izlədiyi və yüksək dəyərləndirdiyi təqdimatlardan biri paytaxtımızın ən nüfuzlu restoranlarından olan “Mangal Steak House”da olub. Restoranın peşəkar aşpazları tədbir iştirakçılarını dadlı və keyfiyyətli yeməklərlə yanaşı, həm tə mətbəx şousu ilə heyrətləndiriblər.

“Sity servis kompany”nin direktoru Namiq Məmmədov deyir: “Şirkətin tərkibindəki restoranların kulinarları çempionatda böyük həvəslə çıxış etdilər. WICS-in münsifləri onların məharətini yüksək dəyərləndirdi. Bundan sonra isə aşpazlarımız olimpiadaya hazırlaşacaqlar. Çalışırıq ki, onlar təkcə islam ölkələri təmsilçiləri arasında deyil, Avropada da öz peşəkarlıqları ilə seçilsinlər”.

“Sity servis kompany”nin aşpazları islam ölkələri kulinarlarının mötəbər tədbirinə şirkətin  brend-şefi – baş aşpazı Oqtay Cəfərovn rəhbərliyi ilə hazırlaşıblar. Təcrübəli və tanınmış kulinariya ustası tədbir ərəfəsində keçirilən təlimlərdə onlara islam və dünya mətbəxinin müasir trendləri, iaşə xidmətinin beynəlxalq standartları, milli qonaqpərvərliyimizin ən mühüm xüsusiyyətləri barədə zəruri bilgilər verib.

Azərbaycan Kulinariya Mərkəzinin üzvü olan Oqtay Cəfərov 50 ilə yaxındır ki, sevib-seçdiyi aşpazlıq peşəsi ilə məşğuldur. O, çox mötəbər yerli və beynəlxalq tədbirlərdə, respublikamızda və dünya miqyasında xalqımızın mətbəx mədəniyyətinin təbliğinə sanballı töhfələr verib, çoxsaylı mükafatlara layiq görülüb.

Yüsək keyfiyyətli yemək və nümunəvi xidmət  “Sity servis kompany” restoranlar şəbəkəsinin fəaliyyətinin iki mühüm komponentidir. Bu şəbəkədə təkcə xalqımızın mətbəx mədəniyyətinin deyil, tarixinin, ədəbiyyatının, incəsənətinin, ümumən, milli özünəməxsusluğunun təbliğinə böyük diqqət yetirilir. Məhz buna görə də ““Sity servis kompany” şəbəkəsinin restoranları paytaxtımızın sakinlərinin və qonaqlarının, xüsusən, turistlərinin ən sevimli, ən çox arzu edilən, seçilən iaşə və istirahət məkanlarıdır.

dolmamangal

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST