İdman – mübarizə meydanıdır: qələbə də olur, məğlubiyyət də…
Tokio-2020 olimpiadasında cüdoçularımızın bizim arzuladğımız nəticələri əldə bilməmələri, əlbəttə, təəssüf hissi doğurur. Məlum olduğu kimi, Federasiyamız buna görə məşqçilər heyəti barədə sərt qərar qəbul edib. Amma idmançılarımızı şiddətlə qınamaq da düzgün yanaşma deyil. Onların hər biri Olimpiya lisenziyasını çox mötəbər beynəlxalq yarışlarda uğurlu çıxlşlarına, qələbələrinə görə qazanıb.
İdmanda şəxsi keyfiyyətlərlə yanaşı, bəxt amili də böyük rol oynayır. Bu Olimpiadanın yarışları da istisna deyildir.
Lakin unutmayaq ki, Azərbaycan cüdosunun şərəfli Olimpiya ənənələri var. Bu ənənələrin qarşıdakı illərdə davam etdiriləcəyinə inanmalıyıq.
Yeri gəlmişkən, Tokioda öz bürünc medalı ilə bu ənənəyə sadiq qalan İrina Kindzerska-Əliyevanı təbrik edirəm.
Boksda və yunan-Roma güləşində bürünc medal qazanan Alfonso Domingesi və Rafiq Hüseynovu da təbrik edirəm. Güləşdə yüksək nəticələr göstərə biləcək digər idmançılarımız da var. İnşallah, bizi sevindirərlər.
Xalqımızın qələbə ruhu güclüdür! Qəhrəman oğullarımız bunu Qarabağ zəfəri ilə sübuta yetiriblər.
Tokioda qələbə şanslarımız hələ tükənməyib. Öz yarış növbələrini gözləyən idmançılarımıza əzmkarlıq və uğur arzulayıram!
Azər Əsgərov