Əziz bacılar və qardaşlar!
El-obamıza yenə bahar gəlir, Novruz bayramı astanadadır. Bu bayramı xoş ovqatla, sevinclə qarşılamaq xalqımızın tarixi ənənəsidir. Novruz xeyirxahlıq, yeni ümidlər, sülh, barışıq bayramıdır. Əsrlər boyu yaşatdığımız bu xeyirxah ənənələri nəsildən-nəsilə ötürürük.
Qoy birliyimizin, həmrəyliyimizin rəmzi olan Novruz hər evə, hər ailəy bol sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin!
Bayramınız mübarək!
Azər Əsgərov
Azərbaycana bahar gəlir. Təbiət oyanır, torpaq canlanır. Ta qədimdən xalqımız ilin bu çağını yeni günün başlanğıcı kimi qeyd edib, öz adət-ənənələri olan bayrama çevirib. Novruz bayramı – hər bir azərbaycanlı üçün əzizdir, dəyərlidir.
Son otuz ildə biz Novruzu heç vaxt bu dəfəki qədər sevinclə, fərəh və qürur hissi ilə qarşılamamışıq. Səbəbi də hamımıza məlumdur: Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ artıq işğaldan azaddır. Uzun illər yolumuzu gözləyən bu bölgənin aranında, dağında bu gün Novruzun əsas atributlarından olan tonqallar qalanır.
Əvvəlki illərdə biz növbəti Novruzu işğaldan azad edilən torpaqlarımızda qarşılamaq barədə arzular səsləndirərdik. İndi bu arzumuz gerçəkləşib: Qarabağ bizimdir! Qələbə sevincini bizə yaşadan qəhrəmanlarımıza minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik.
Novruz – əsl ailə bayraımıdır, cəmiyyəti, xalqı birləşdirir, hamımızın Vətənlə bağlılığını möhkəmləndirir. Bayram arzularımız da ailəmizin, xalqımızın, Vətənimizin bu günü və gələcəyi haqqındadır.
Hə bir ailəyə sağlam həyat, xoşbəxtlik, bol ruzi bərəkət, xalqımıza dinclik, əmin-amanlıq, firvanlıq, Vətənimizə və dövlətimizə daha yüksək inkişaf, yeni nailiyyətlər arzulayırıq!
Novruzumuz – yeni günümüz mübarək olsun!
Azər Əsgərov