Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Articles posted by arasadmin18
  • Page 11

Author: arasadmin18

  • 0
arasadmin18
Cümə, 27 May 2022 / YAYIMLANIB MÖVQE

Biz birlikdə güclüyük!

Azərbaycanın Müstəqillik Gününü qeyd edirik. Qalib dövlət, qalib xalq kimi… Nailiyyətlərimiz, uğurlarımız çoxdur. Onları daha da artırmağa, ölkəmizi daha da inkişaf etdirməyə çalışırıq. Yeni texnologiyaların tətbiqi hərtərəfli inkişafa xüsusilə güclü təkan verir.

Qardaş Türkiyənin məhz bu bayram günlərində Bakıda təşkil etdiyi “TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Azərbaycanın inkişafına dəstəkdir. Bu festival çərçivəsində Bakı səmasında Azərbaycan və Türkiyə qırıcı təyyarələrinin nümunəvi uçuşlarını seyr edirib fərəhlənirik. Müasir texnologiyaları öyrənən gənclərimiz festivalda öz bilik və təcrübələrini nümayiş etdirirlər. Ölkəmizin hərtərəfli inkişafı üçün bunun çox böyük əhəmiyyəti var.

Müstəqillik Günü münasibətilə hamını, o cümlədən festival iştirakçılarını təbrik edirəm!

Biz birlikdə güclüyük!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 10 May 2022 / YAYIMLANIB MÖVQE

Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik

Bu gün ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur.
Onun parlaq xatirəsini böyük ehtiramla yad edirik.

Qalib dövlətin, qalib xalqın nümayəndəsiyik.

Bu yüksək şərəfə Ulu Öndərin yolunu davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə nail olmuşuq.

Ulu Öndər Heydər Əliyevə allahdan rəhmət diləyir, onun davamçılarına yeni uğurlar,qələbələr arzulayıram!

Azər Əsgərov

Heydər Əliyevulu öndər
  • 0
arasadmin18
Şənbə, 30 April 2022 / YAYIMLANIB MÖVQE

Ramazan təbriki!

Əziz həmvətənlər,

Hörmətli dindar bacı və qardaşlarım.

Hamınızı mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ramazan bizə Allah qarşısında vicdani borc və vəzifələrimizi ləyaqətlə yerinə yetirmək fürsəti verir, bizi xeyirxahlığa, şəfqət və mərhəmətə çağırır, birliyimizi, həmrəyliyimizi möhkəmləndirir.

Ramazan dualarımızda Allahdan müzəffər xalqımızın və dövlətimizin qüdrətinin daha artmasına, hər bir vətəndaşımızın sülh, əmin-amanlıq və  firavanlıq içərisində yaşamasına yardımçı olmasını istəyir, vətən uğrunda canını fəda edən şəhidlərimizə rəhmət, onların ailələrinə səbr, qazilərimizə şəfa diləyirik.

Allah namaz və dualarımızı qəbul etsin, ülvi niyyətlərimizi gerçəkləşdirsin.

Bayramınız mübarək!

Azər Əsgərov

ramazan bayramı
  • 0
arasadmin18
Bazar ertəsi, 25 April 2022 / YAYIMLANIB MÖVQE

İki beynəlxalq yarışda yüksək nailiyyət

Son günlərdə cüdoçularımız beynəlxalq səviyyəli daha iki mötəbər yarışda yüksək nailiyyət qazanıblar:

  • Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirində 4 qızıl,1 bürünc medal və komanda hesabında 1-ci yer;
  • Fransanın Strasburq şəhərində keçirilən yeniyetmələrin Avropa kuboku turnirində1-i qızıl, 3-ü gümüş, 5-i bürünc olmaqla 9 medal və ümumi hesabda 3-cü, kişilər arasında 2-ci yer.

Hər iki yarış aprelin 23-24-də keçirilib və ölkəmizin idman tarixinə növbəti uğur səhifəsi kimi yazılıb. Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyəti idmançılarımıza diqqəti və qayğısı öz nətcələrini verir. Bu, çox sevindiricidir.

Azərbaycan Cüdo Veteranları Assosiasiyası və şəxsən öz adımdan qalib və mükafatçı idmançılarımızı, onların məşqçilərini təbrik edir, bütün cüdocularımıza qarşıdakı yarışlarda uğurlar arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə, 15 April 2022 / YAYIMLANIB MÖVQE

“Biz öz gücümüzə güvənirik”

Bu sözləri möhtərəm Prezident cənab İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dedi. Rübün yekunları göstərir ki, dünyada baş verən mənfi hadisələrə baxmayaraq Azərbaycan öz imkanları sayəsində dinamik inkişafını davam etdirir.

Cənab Prezidentin müşavirədə sahibkarlığın və özəl sektorun fəaliyyətinə dəstəyini bir daha nümayiş etdirməsini ürəkdən alqışlayırıq. Ölkə rəhbərinin yerli şirkətlərə, sahibkarara beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsi məsələsinə baxmağın vacibliyini bildirdi. Bu məsələnin həlli özəl sektorun iqtisadi proseslərdə fəal iştirakını stimullaşdıracaqdır.

Prezidentimizin vurğuladığı kimi, Azərbaycan bu günkü uğurlara və reallıqlara öz gücünə nail olub. Bu gün Şərqi Zəngəzuru və Qarabağı da öz hesabına bərpa edir, dirçəldir. Cənab Prezident bəyan edib ki, biz həmin əraziləri nümunəvi bir bölgə kimi quracağıq. Təbii ki, özəl sektor, sahibkarlıq subyektləri də bu quruculuq prosesində daha fəal iştirak edəcəklər. Ölkə rəhbərinin diqqəti və qayğısı biz sahibkarların fəaliyyətinə güclü impuls verir, vətənimizin tərəqqisi üçün maksimum səylə işləməyə ruhlandırır.

Azər Əsgərov

prezident
  • 0
arasadmin18
Cümə axşamı, 14 April 2022 / YAYIMLANIB MÖVQE

Təbrik

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti cənab Rəşad Nəbiyevi Beynəlxalq Cüdo Federasiyasının “Yeni texnologiyalar və yüksək məhsuldarlıq” komissiyasının sədri seçilməsi münasibətilə Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edirəm.

Rəşad müəllimin rəhbərliyi ilə ACF-də aparılan islahatlar ölkəmizdə cüdonun inkişafına müsbət təsirini göstərir. Yığma komandanın yeni məşqçilər heyəti qarşıya qoyulan məqsədlərə çatmaq üçün əzmkarlıqla çalışır, idmançılarımız öz nailiyyətlərini artırmağa səy göstərirlər.

Dünya cüdosunda yeni texnologiyaların tətbiqinə rəhbərliyin Rəşad müəllimə etibar edilməsi onun bilik, bacarıq və təcrübəsinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın idman və innovasiyalar ölkəsi tanınmasının növbəti təsdiqidir.
Bir daha təbrik edir, uğurlar arzulayıram!

Azər Əsgərov

təbrik
  • 0
arasadmin18
Cümə, 01 April 2022 / YAYIMLANIB MÖVQE

Aprel Zəfəri – Böyük Qələbənin təməli

Altı il əvvəl rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək əzmini nümyiş etdirdi və dörd il sonrakı Böyük Zəfərin əsasını qoydu. Strateji əhəmiyyətli Lələtəpənin və Talış istiqamətində mühüm ərazilərin düşməndən geri alınması xalqımızı sevindirdi və ümidləndirdi. 2020-ci ilin payızında ümidlərimiz doğruldu!

Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlətimizin və xalqımızın müdafiəsi uğrunda şəhid olan bütün həmvətənlərimizin xatirəsini ehtiramla yad edir, ailələrinə səbr diləyir, müharibə əlillərinə və veteranlarına sağlamlıq, firavanlıq arzulayıram!

Qarabağ Azərbaycandır!

Azər Əsgərov

aprel zəfəri
  • 0
arasadmin18
Cümə, 18 March 2022 / YAYIMLANIB MÖVQE

Novruz – xalqımızın əziz bayramıdır

Əziz bacılar və qardaşlar!

El-obamıza yenə bahar gəlir, Novruz bayramı astanadadır. Bu bayramı xoş ovqatla, sevinclə qarşılamaq xalqımızın tarixi ənənəsidir. Novruz xeyirxahlıq, yeni ümidlər, sülh, barışıq bayramıdır. Əsrlər boyu yaşatdığımız bu xeyirxah ənənələri nəsildən-nəsilə ötürürük.

Qoy birliyimizin, həmrəyliyimizin rəmzi olan Novruz hər evə, hər ailəy bol sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin!

Bayramınız mübarək!

Azər Əsgərov

novruztəbrik
  • 0
arasadmin18
Cümə, 04 March 2022 / YAYIMLANIB MÖVQE

Bayramınız mübarək!

Əziz və hörmətli qadınlarımız, Sizi təbrik edirəm!

8 Mart – ən zərif,  fərəhli, gözəl bir bayramdır. Qoy firavanlıq, xoşbəxtlik, səadət ömür boyu nəsibiniz olsun!

Bu bayramın Sizə Vətənimiz, əzizləriniz və doğmalarınızla bağlı yeni sevinclər və ümidlər bəxş etməsini arzulayıram!

Cansağlığı, uzun ömür diləyirəm!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə, 25 February 2022 / YAYIMLANIB MÖVQE

Xocalını unutmarıq!

Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Qarabağda, Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam törətməsindən 30 il keçir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu soyqırımı erməni faşizminin cinayətkar yırtıcı simasını göstərir. Dinc əhalini uşaqdan-böyüyə amansızcasına qətlə yetirmək bəşəriyyətə qarşı cinatətdir və onu törədənlər mütləq cəzasını almalıdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanı məğlub edərək, öz torpaqlarını işğaldan qurtardı. Bununla da həm haqq-ədalət bərpa olundu, həm də şəhidlərimizin və soyqırımı qurbanlarının intiqamı alındı.

Biz qalib gəldik və hər zaman da qalib xalq kimi yaşayacağıq.

Lakin Xocalıda və digər yerlərdə xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərini unutmayacağıq. Bu cinayətlərdə əli olan hər kəsin öz əməlinə görə ən ağır cəzanıalacağına inanırıq.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!

Azər Əsgərov

  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST