Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Articles posted by arasadmin18
  • Page 8

Author: arasadmin18

  • 0
arasadmin18
Çərşənbə axşamı, 07 March 2023 / YAYIMLANIB MÖVQE

Yeriniz qəlbimizdə əbədidir…

Gözəllik və müdriklik Şərq qadınına məxsus ən səciyyəvi xüsusiyyətlərdir. İsmətli, namuslu qadınlarımız ana, bacı, həyat yoldaşı kimi həm də mərdlikləri, ən xoş və ən çətin anlarda yanımızda olmaqları ilə həyatımızı rövnəqləndirirlər.

8 Mart – bütün dünyada Qadınların Günü hesab edilsə də, onların yeri qəlbimizdə əbədidir: ilə, aya, günə sığmaz…

Bayramınız mübarək, əziz qadınlar!

Sağlamlığınız möhkəm, həyatınız firavan, xoşbəxtliyiniz tükənməz, arzularınız daim çin olsun!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə, 24 February 2023 / YAYIMLANIB MÖVQE

Xocalını unutmadıq, unutmayacağıq!

…Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib: onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i ahıl yaşlıdır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Müxtəlif yaşlarda olan 1000 nəfər mülki şəxs aldığı güllə yaraları nəticəsində əlil olub. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına, ölkəmizin dinc vətəndaşlarına qarşı törədilmiş bu antibəşəri cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik…

Bəşər tarixinin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli cinayətləri sırasına daxil olan Xocalı soyqırımına məhz 1988-ci ildən Qarabağda cərəyan edən hadisələrin səbəb olduğu indi hamıya, bütün beynəlxalq ictimaiyyətə tam aydındır.  Erməni millətçilərinin XIX əsrin sonlarından başlayaraq sərsəm “dənizdən dənizə Ermənistan” ideyasını həyata keçirmək istəyi yüzlərlə kəndin, şəhərlərin dağıdılıb viran edilməsi, on minlərlə günahsız insanın qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə yanaşı, çoxlu sayda erməni gəncin də ölümü, erməni ailələrinin faciəsi ilə nəticələnib…

Erməni millətçilərinin puça çıxan istilaçılıq niyyəti, işğalçılıq siyasəti bu gün də bölgəmizi gərginlikdə saxlayır, qan tökülməsinə gətirib çıxarır. Revanşistlər yenidən baş qaldırırlar! Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyən ölkələrin himayəsindən istifadə edərək, onlar bütün beynəlxalq normalara, hətta, sadə məntiqə zidd olaraq, tarix boyu dəfələrlə baş verdiyi kimi, cinayətlər və vəhşiliklər törətmək niyyətlərini nümayiş etdirirlər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə qazanılan qələbə ilə sübuta yetirdi ki, erməni faşizmi heç vaxt öz xülyasını gerçəkləşdirə bilməyəcək. Dəmir yumruq hər zaman onların başı üzərində olacaq! Xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımına görə məsuliyyət daşıyan erməni millətçiləri isə mütləq cəzalarını alacaqlar.

Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına sülh və ədalət qayıdıb. Üçüncü ildir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini biz qalib xalq kimi yad edirik.

26 fevral hər bir azərbaycanlı üçün kədərli tarixdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi tarixi yaddaşımızdır və xalqımızın, Vətənimizin qorunması uğrunda mübarizədə bizə hər zaman güc verəcəkdir.

Azər ƏSGƏROV

  • 0
arasadmin18
Çərşənbə, 08 February 2023 / YAYIMLANIB MÖVQE

Klubumuza şərəf gətirənlər

Bu günlərdə Fransanın paytaxtı Parisdə keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan yığma komandasına medal qazandıran idmançılar arasında “Judo Club 2012”nin iki üzvünün olması bizi sevindirdi və qürurlandırdı.

Əvvəla, nüfuzlu turnirdə yüksək nəticələr göstərən hər üç idmançını Cüdoçularımızdan Balabəy Ağayevi (qızıl), Murad Fətiyevi (gümüş) və Zelim Kotsoyevi (bürünc) səmimi-qəlbdən təbrik edir, onlara idmanda və şəxsi həyatda yeni uğurlar arzulayıram.

Murad və Zelimin Parisdən mükafatla qayıtmasının klubumuz üçün nə qədər əhəmiyyətli olduğunu isə xüsusi qeyd etmək istəyirəm. Bu, “Judo Club 2012”də işin səmərəli təşkil olunduğunu, məqşçilərimizin və idmançılarımızın məsuliyyət və əzmkarlıqla çalışıdığını bir daha təsdiqləyir.

Yarış və qələbə təcrübəsi çox olan Zelim Kostoyevin biz bu dəfə də uğurlu nəticəyə nail olacağını gözləyirdik. Ancaq irimiqyaslı turnirlərdə müxtəlif subyektiv səbəblərə görə Muradın arzulanan yerlərə çata bilməməsin bir qədər nigaran idik. O da, necə deyərlər, tilsimi sındırdı və əminik ki, artıq qarşısında açılan uğur zolağı ilə inamla addımlaya biləcəkdir.

Zelim də, Murad da bizim olimpiya ümidlərimizdir və inanırıq ki, hər ikizi ümidilərimizi doğruladacaqdır.

Mən bir daha cüdoçularımızı və onların məşqçilərini təbrik edirəm, onlara yeni-yeni qələbələr arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 06 February 2023 / YAYIMLANIB MÖVQE

Kədəriniz kədərimizdir!

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin törətdiyi insan tələfatı və dağıntılar hər bir azərbaycanlı kimi mənim də qəlbimdə ağır kədər hissi doğurub. Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, səbr və dözüm diləyir, yaralıların tezliklə şəfa tapmasını arzulayıram.

Əziz qardaşlar, kədəriniz kədərimizdir!

Türk xalqı dəyanətli və mübariz, Türkiyə dövləti  qüdrətli və yenilməzdir!

Uca Tanrı köməyiniz olsun!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə, 25 January 2023 / YAYIMLANIB MÖVQE

Azərbaycan cüdosunun uğurları bu il daha da artacaq  

Yanvarın 21-də Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirildi: 2022-ci ilin nəticələri, 2023-cü il üçün hədəflər müzakirə edildi.

İcraiyyə Komitəsinin üzvü kimi əminliklə deyə bilərəm ki, ölkəmizdə cüdonun inkişafı təmin edilir, bu idman növünə gənclərin marağı artır, yeni nəsil idmançılar yetişir və onların beynəlxalq yarışlarda nailiyyətlər qazanırlar.

Ötən il uğurlu oldu, inanıram ki, 2023-cü ildə də qarşıya qoyulan hədəflərə çatmaq mümkün olacaqdır. Veteran və usta idmançılarımız da cüdonun inkişafına öz töhfələrini verəcəklər.

Yeri gəlmişkən, “Judo Club 2012” idman klubu ötən ili yaxşı göstəricilərlə yekunlaşdırıb və yeni ilə böyük ümidlərlə başlayıb. Ötən klubumuzla əməldaşlığa başlayan iki tanınmış cüdoçu, milli komandanın üzvləri – Səid Mollayi və Zelim Kotsoyev  öz uğurlu çıxışları ilə bizi sevindirirlər. Onların növbəti Olimpiya oyunlarına lisenziya qazanacaqlarına ümid bəsləyirik.

Klubumuzun yetirmələrindən Mehdi Cəfərovun ötən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirində birinci yer tutması, qızıl medala layiq görülməsi bizim üçün əhəmiyyətli hadisə oldu. Deməli, yeni olimpiya ümidlərimiz yetişir…

Azərbaycan cüdosu dinamik inkişafdadır və çalışmalıyıq ki, qələbələrimizin sayı ilbəil artsın.

2023-cü ildə cüdo ailəsinin hər bir üzvünə sağlamlıq və uğurlar arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 31 December 2022 / YAYIMLANIB MÖVQE

Həmrəyliyimiz daim möhkəm, Yeni ilimiz mübarək olsun!

Birliyimiz, həmrəyliyimiz – xalqımızın güc mənbəyi, inkişafımızın və qələbələrimizin sarsılmaz təməlidir.

Dünyanın narahat günlərinin bir xeyli artdığı 2022-ci ildə də möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı və xalqımızın tam dəstəklədiyi mükəmməl daxili və xarici siyasət Azərbaycanın daha da güclənməsini, beynəlxalq nüfuzunu artırmasını təmin etdi.

Dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi işğaldan azad edilmiş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda son iki ildə icra olunan gedən geniş miqyaslı quruculuq işlərində, Böyük Qayıdışın başlanmasında özünü bariz şəkildə göstərir.

Bu gün xalqımızın vətənpərvər övladlarının Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərin törətdikləri ekoloji cinayətlərə qarşı apardığı və hər birimizin dəstəklədiyimiz mübarizə də birliyimizin, həmrəyliyimizin nümayişidir.

Yeni – 2023-cü ili belə mübariz əhval-ruhiyyədə, quruculuq əzmi ilə qarşılayırıq.

İnşallah, üzümüzə gələn il də xalqımıza və ayrılıqda hər birimizə xoş, fərəhli anlar, böyük uğurlar gətirəcəkdir!

Arzu edirəm ki, gözəl Vətənimizin hər yerində əmin-amanlıq hökm sürsün, xalqımız dinc və rahat yaşasın, hər bir evin-ailənin ruzisi bol olsun!

Həmrəylik Günümüz və Yeni İlimiz mübarək, əziz dostlar!

 Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 24 December 2022 / YAYIMLANIB HAQQIMIZDA

“İdman səhər” “Judo Club 20212” və onun idmançıları haqqında… 22.12.2022.

  • 0
arasadmin18
Çərşənbə axşamı, 20 December 2022 / YAYIMLANIB HAQQIMIZDA

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova yubiley medalı təqdim olunub

Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycanda cüdosu – 50” yubiley medalı ilə təltif olunub.

“Judo Club 2012” idman klubunda medalın təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. ACF prezidentinin müşaviri Natiq Bağırov tədbirdə çıxış edərək Azər Əsgərovun ölkəmizdə cüdo idman növünün inkişafındakı xidmətlərindən, veteran idmançılar üçün hərtərəfli şərait yradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Paytaxtın müasir idman qurğularından olan “Judo Club 2012”nin qapılarının cüdo ailəsinin üzünə daim açıq olduğunu vurğulayan müşavir buna görə federasiya adından klubun rəhbərliyinə təşəkkürünü bildirib və yubiley medalını Azər Əsgərova təqdim edib.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, dövlətmizin başçısının hər zaman idmançıları yüksək dəyərləndirdiyini xatırladan Azər Əsgərov bunun qürur və minnətdarlıq hissi doğurduğunu bildirib, yubiley medalı ilə təltif olunduğuna görə ACF rəhbərliyinə təşəkkür edib. O, ölkəmizdə şanlı tarxi olan cüdonun təblği və inkişafı üçün bundan sonra da böyük həvəslə çalışacağını qeyd edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

  • 0
arasadmin18
Bazar ertəsi, 19 December 2022 / YAYIMLANIB HAQQIMIZDA

Kimsəsiz uşaqlar üçün Yeni il şənliyi

Xalqımızın həyatında mühüm hadisələrlə əlamətdar olan daha bir il başa çatır. Yeni – 2023-cü ili ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlərlə, qələbə ovqatı və quruculuq əzmi ilə qarşılayır, zəfər və qələbələr yolunda inamla addımlayırıq.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir. Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.

Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.

  • 0
arasadmin18
Çərşənbə, 30 November 2022 / YAYIMLANIB HAQQIMIZDA

Azərbaycan cüdosunun 50, tanınmış məşqçi Tərlan Həsənovun 80 illik yubileyləri qeyd olunub


Bu il Azərbaycan cüdosu özünün 50 illik yubileyini qeyd edir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Əliheydər oğlu Həsənovin da 80 yaşı tamam olur.

Noybarın 27-də Bakının populyar istirahət məkanlarından birində tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş etdirilib. Əməkdar məşqçinin yetirmələrindən olan Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və digər natiqlər yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıblar.

Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.

Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST