Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də Bakıda klassik avtomobillərin yürüş-sərgisi keçirilib. Yürüş-sərgidə AAF-da qeydiyyatdan keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərginin eksponatları olan bəzi nəqliyyat vasitələri nümayiş etdirilib.
APA-nın bu barədə yaydığı məlumta görə, əsasən, 1983-cü ilədək istehsal edilmiş klassik avtomobillərdən ibarət karvan Heydər Əliyev Mərkəzinin qarşısından “Sea Breeze” istirahət mərkəzinə yola düşüblər. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var.
Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji duyğular, keçmişə səyahət hissi bəxş edib. Maşın karvanında qeyri-adi avtomobillər də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 “Volqa” avtomobili üzərində işlənilib. Yürüşdə iştirak edən həmin Qaz-M21 “Volqa” görünüş etibari ilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub. Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilib. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi “Formula 1”in bolidi də yer alıb.
Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.
Klassik avtomobillərin yürüşü zamanı “Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunub: müxtəlif nominasiyalarda müsabiqələr keçirilib, hədiyyələr təqdim edilib. “Ən intizamlı sürücü” adını “Moskviç-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev alıb. “Ən unikal avtomobil” nominasiyasına “Jaguar E-Type” avtomobilinin sahibi Graeme Alexander Taylor layiq görülüb. “Ən qədim avtomobil” nominasiyasında “Ford Model A” markalı avtomobilin sahibi Azad Kərimov qalib seçilib. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobilin sahibi Murad İsmayılov olub. “Ən rəngarəng retro geyim” nominasiyasında birinci yerə Gülnar Hacızadə, ikinci yerə Könul Quliyeva layiq görülüblər. “Ən rəngarəng geyim və xüsusi qonaq” nominasiyası üzrə isə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Guo Min təltif olunub.
Həmçinin qeyd edək ki, sərgi-yürüşdə həmin kateqoriyaya aid olan və iş adamı Azər Əsgərova məxsus 19 retro avtomobil də nümayiş etdirilib.
Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real TV-nin xüsusi müxbiri Kamran Qasımov Los-Anceles şəhərinin Hollivud rayonunun bir hissəsi sayılan “Kiçik Ermənistan”a baş çəkib, yüz ildən çoxdur ermənilərin yığcam şəkildə yaşadıqalrı bu qəsəbədən maraqlı reportaj hazırlayıb.
Erməni faşizminin rəmzlərinin gen-bol yer aldığı qəsəbədə indiyədək azərbaycanlı jurnalistlərin videoçəkiliş aparması mümkün olmayıb. Kamran Qasımov eksklüziv reportajında “cılız arzular”la yaşayan “Kiçik Ermənistan”ın iç üzünü göstəməyə çalışıb.
Xatırladaq ki, tanınmış telejurnalist Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi Yaz və yay təcrübə proqramlarında münsif kimi iştirak etmək məqsədilə ABŞ-da səfərdə olub. Səfəri iş adamı Azər Əsgərov maliyyələşdirib.
Codi Dilani K.Qasımovun Akademiya Fondu ilə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın inkişf etdirilməsinin vacibliyini vurğulayıb.
Televiziya Akademiyası Fondu gələcək nəsil televiziya mütəxəssislərini cəlb etməklə və onları öyrətməklə televiziya yaratmaq sənətini formalaşdırır. 1959-cu ildə Televiziya Akademiyasının xeyriyyə qolu kimi yaradılan Fond minlərlə istedadlı tələbəni yetişdirərək, onlara öz səslərini kəşf etməyə, bacarıqlarını təkmilləşdirməyə və televiziya sənayesinin hər bir sektorunda faydalı karyera qurmağa kömək edən əsas resursları təqdim edib. Fondun məzunlarının siyahısına görkəmli yazıçılar, prodüserlər, sənədli aktyorlar, yaradıcı rəhbərlər daxildir.
Qeyd edək ki, səfər iş adamı Azər Əsgərovun maliyyə dəstəyilə baş tutub.
Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycanda cüdosu – 50” yubiley medalı ilə təltif olunub.
“Judo Club 2012” idman klubunda medalın təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. ACF prezidentinin müşaviri Natiq Bağırov tədbirdə çıxış edərək Azər Əsgərovun ölkəmizdə cüdo idman növünün inkişafındakı xidmətlərindən, veteran idmançılar üçün hərtərəfli şərait yradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Paytaxtın müasir idman qurğularından olan “Judo Club 2012”nin qapılarının cüdo ailəsinin üzünə daim açıq olduğunu vurğulayan müşavir buna görə federasiya adından klubun rəhbərliyinə təşəkkürünü bildirib və yubiley medalını Azər Əsgərova təqdim edib.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, dövlətmizin başçısının hər zaman idmançıları yüksək dəyərləndirdiyini xatırladan Azər Əsgərov bunun qürur və minnətdarlıq hissi doğurduğunu bildirib, yubiley medalı ilə təltif olunduğuna görə ACF rəhbərliyinə təşəkkür edib. O, ölkəmizdə şanlı tarxi olan cüdonun təblği və inkişafı üçün bundan sonra da böyük həvəslə çalışacağını qeyd edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Xalqımızın həyatında mühüm hadisələrlə əlamətdar olan daha bir il başa çatır. Yeni – 2023-cü ili ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlərlə, qələbə ovqatı və quruculuq əzmi ilə qarşılayır, zəfər və qələbələr yolunda inamla addımlayırıq.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir. Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.
Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.
Bu il Azərbaycan cüdosu özünün 50 illik yubileyini qeyd edir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Əliheydər oğlu Həsənovin da 80 yaşı tamam olur.
Noybarın 27-də Bakının populyar istirahət məkanlarından birində tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş etdirilib. Əməkdar məşqçinin yetirmələrindən olan Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və digər natiqlər yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıblar.
Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.
Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

English
Azərbaycan
Русский 




















