Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • MÖVQE
  • Archive from category "MÖVQE"
  • Page 2

Kateqoriya: MÖVQE

  • 0
arasadmin18
Bazar, 30 March 2025 / YAYIMLANIB MÖVQE

Ramazan bayramınız mübarək!

Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilətlərindən bəhrələnən müsəlman qardaş və bacılarımız gözəl niyyətlərlə oruc tutub, namaz qılıb, dualar edib Allahın dərgahında savab qazandılar. Bu gün hamımız könül xoşluğu ilə Ramazan bayramını qeyd edirik.

Müqəddəs kitabımız Qurani-Kərimin çağırışına uyğun olaraq, daim birlik və həmrəylik içərizində yaşamalı, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməli, ölkəmizin inkişafına töhfələr verməliyik.

Bu bayram günündə şəhidlərimizi, dünyadan köçmüş əzizlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Bayramınlz mübarək, əziz dostlar! Allah-təala oruc, namaz və dualarınızı qəbul etsin, hər evə öz bərəkəti ilə rifah gətirsin, hər birinizə sağlam ömür versin! Ramazanın qəlbimizi və şüurmuzı nurlandıran hikmətləri, şəfqət və mərhəmət duyğuları daim bizimlə olsun!

Azər Əsgərov

ramazan bayramı
  • 0
arasadmin18
Cümə axşamı, 20 March 2025 / YAYIMLANIB MÖVQE

Novruz – gözəllik, mərhəmət və xeyirxahlıq bayramı

Xalqımızın zəngin tarixi ənələrinə söykənən əziz Novruz bayramını yenə könül xoşluğu, ruh yüksəkliyi ilə qarşılayırıq. Qalib dövlətin vətəndaşları kimi qürurluyuq! Azad eilmiş torpaqlarımız dirçəlir, yeni şəhərlər, kəndlər salınır, məcburi köçkünlüyü başa çatan həmvətənlərimiz doğma yurd yerlərinə qayıdırlar, ölkəmizin hər bir guşəsində quruculuq işləri gedir. Bu nailiyyətlərin təməlində bizim milli biriyimiz, dövlətimizin gücü, qüdrəti dayanır.

Vətənimizin azadlığı uğrunda canını fəda edən qəhrəman şəjidlərimizin xatirəsini bu mübarək gündə ehtiramla yad edirik. Onların ailələrinə səbir, qazilərimizə şəfa diləyirik.

Novruzun bu il müqəddəs Ramazan ayına təsadüf etməsi onun mərhəmət və xeyirxahlıq ruhunu da qüvvətləndirir. Allah mömin qardaş-bacılarımızın oruc, namaz, dualarını qəbul etsin.

Hamını Novruz bayramı münadibətilə təbrik edir, hər evə, hər ailəyə xeyir-bərəkət, xoş və mənalı günlər, sağlam həyat arzulayıran!

Bayramınız mübarək!

Azər Əsgərov

novruz bayrami
  • 0
arasadmin18
Cümə axşamı, 06 March 2025 / YAYIMLANIB MÖVQE

Müdrikliyiniz, sevginiz və səbriniz…

 …ailə səadətinin sarsılmaz təməlidir

Nə yaxşı ki, belə xüsusi bir gün var! 8 Martda – ənənəvi olaraq, bəşərin ən zərif qisminə – ailə üzvlərimiz, həmkarlarımız, dostlarımız olan qadınlara hörmət və ehtiramımızı bir daha ifadə etmək fürsəti yaranır. Bəzən bunun üçün, sadəcə, səmimi və xoş sözlər də kifayət edir.

Ta qədim dövrlərdən xalqımızda qadınlara hörmət və nəzakət göstərmək ənənəsi vardır. Xüsusən, müqəddəs İslam dinimiz qadına yüksək dəyər və səlahiyyətlər verir, onların hüquqlarının qoruyur. Üstəlik, Azərbaycan hələ ötən əsrin əvvəlində Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət kimi adını tarixə yazdırıb. Bu gün də cəmiyyətmizdə qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

Mən də bu əsrarəngiz bahar günündə ətrafımızdakı bütün qadınlara ən səmimi minnətdarlığımı və heyranlığımı çatdırmaq istəyirəm. Siz – Azərbaycan ailəsinin qəlbi və ruhusunuz, ocağımızın qoruyucularısınız. Sizin müdrikliyiniz, sevginiz və səbriniz evimizi, mədəniyyətimizi, gələcəyimizi qoruyan güclü bir təməldir.

Dünyaya gəldiyimiz gündən analarımızın isti nəfəsini duymuşuq. Onların duası, məsləhəti, tükənməz qayğısı hər bir ailənin rifahını təmin edən möhkəm bünövrədir. Analar – nəsilləri birləşdirən bağdır. Adət-ənənələri qorumaq, qonaqpərvərliyimizin sirlərini, əcdadlarımızın müdrikliyini nəsillərdən-nəsillərə ötürmək bacarığı onları xalqımızın həqiqi qəhrəmanlarına çevirir.

Azərbaycan kişisinin taleyində həyat yoldaşının rolu əvəzsizdir. Onlar təkcə sevimli ömür-gün yoldaşı deyil, həm də məsləkdaşdırlar, çətin anlarda bir-birinin dayağı, xoşbəxt günlərdə sevinc mənbəyidirlər. Həyat yoldaşımızın yanında biz irəli getmək üçün özümüzdə güc tapırıq, çünki bilirik, evdə bizi anlayış, rahatlıq və dəstək gözləyir.

Bacılar, qızlar və nəvələr… Siz – bizim qürurumuz və ümidimizsiniz. Sizin təbəssümünüzdə gələcəyimiz əks olunur. Siz müasirliklə minillik dəyərləri birləşdirməyi bacarırsınız və köklərinizə sadiq qalırsınız. Sizin enerjiniz, zəkanız və xeyirxahlığınız bizi hər gün daha yaxşı olmağa ruhlandırır.

Bizim ənənələrimizdə qadın həmişə xüsusi yer tutub – o, gözəlliyin, nəcibliyin, sədaqətin və yaradıcılığın simvoludur. Öz zəhmətiniz, ürək genişliyiniz və sədaqətinizlə dünyamızı daha mehriban, həyatımızı isə mənalı etdiyiniz üçün sizə minnətdarıq.

Bayramınız mübarək! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və firavanlıq arzulayırıq! Qoy ailələriniz həmişə sülh içində yaşasın, doğma Azərbaycan torpağı sizinlə fəxr etsin – biz sizinlə fəxr etdiyimiz kimi!

Azər Əsgərov

8 martQadınlar Günü
  • 0
arasadmin18
Cümə, 28 February 2025 / YAYIMLANIB MÖVQE

Mübarək Ramazan ayı başlayır

Bismillahir-rəhmanir-rəhim!

Bütün müsəlman bacı və qardaşlarımı mübarək Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm!

İnsanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən müqəddəs Quranımız məhz bu ayda nazil olub.

Duaların və əməllərin Allah-Təalanın dərgahında qəbul edildiyi Ramazan ayında oruc tutmaq fərz buyrulmuşdur. Oruc bizi həm cismən, həm də ruhən paklaşdırır,  hər bir imanlı müsəlmana çoxlu savab qazandırır.

Bu gün biz Ramazanı qalib xalqın övladları kimi xoş ovqatla, qürurla qarşılayırıq. İşğaldan azad edilmiş torpaqlarımiz çiçəklənir, məcburi köçkünlüyü başa çatan həmvətənlərimiz doğma yurdlarına qayıdırlar.

Bu möhtəşəm Zəfəri və Böyük Qayıdışı biz bəxşd edən Müzəffər Ali Baş Komanda, cənab Prezident İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna minnətdarıq. Vətənimizin azadlığı, dövlətimizin suverenliyi uğrunda şahid olan qəhrəmanlarımıza Allah rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa və sağlamlıq diləyirik.

Qarşıdakı Ramazan ayında biz həm də xalqımızın əziz bayramını, təbiətin yenidən oyanışının rəmzi olan – Novruzu qeyd edəcəyik. Bu mübarək günlərdə Rəhman və Rəhim Allahdan arzumuz, istəyimiz xalqımızın sülh və firvanlıq içərisində yaşaması, dövlətimizin öz gücünü, qüdrətini daha artırmasıdır.

Allah oruc və ibadətlərimizi qəbul, dualarımızı müstəcab etsin!

Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh!

Azər Əsgərov

ramazan
  • 0
arasadmin18
Bazar ertəsi, 24 February 2025 / YAYIMLANIB MÖVQE

Biz yenidən Xocalıdayıq!

Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırım ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazılıb. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin fevralında Xocalı sakinləri ilə görüşdə dediyi sözləri xatırlayıram: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

Dövlətimizin başçısının qətiyyəti, şanlı Ordumuzun şücaəti sayəsində 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalı da azadlığa qovuşdu. Xalqımız üçün əziz və müqəddəs olan bu yur yerimizdə də Böyük Qayıdışın addım səslərini eşidirik. Otuz ildən artıq məcburi köçkünlük yaşayamış xocalıların geri dönüşü başlayıb. Azərbaycan dövləti Xocalı şəhərinin bərpa edir. Evlər yüksək səviyyədə təmir olunub öz sahiblərinə verilir.

Yenidən qurulan və abadlaşdırılan Xocalıda Soyqırımı Memorialının təməli qoyulub. Memorial Xocalı soyqırımının dünyaya tanıtdırılmasında mühüm xidətləri olan Heydər Əliyev Fondu tərəfindən yaradılır.

Bu gün Xocalı soyqırımı qurbanlarının ruhu şaddır. Azərbaycanın qəhrəman övladları onların intiqamını döyüş meydanında aldılar. Xalqımızın heç vaxt unutmayacağı bu soyqırımının 33-cü ildönümündə bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, uca Tanrıdan onlarıa rəhmət, əzizlərinə və yaxınlarına səbir diləyirəm.

Biz yenidən Xocalıdayıq!

Qarabağ Azərbaycandır!

Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 18 January 2025 / YAYIMLANIB MÖVQE

Qara Yanvar qurbanlarının xatirəsi unudulmazdır

1990-cı il 20 Yanvar Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi əbədi olaraq qalacaqdır. Qara Yanvar… Misli görünməmiş qəddarlıqla, ədalətsizliklə üzləşmiş, lakin inanılmaz mənəvi güc və ədaləti bərpa etmək əzmi nümayiş etdirərək silahlı ordu hissələri ilə qarşı-qarşıya dayanan Azərbaycan xalqı həmin acı günləri belə adlandırır.

Yanvarın 20-nə keçən gecə yüzlərlə tank və zirehli transportyor Bakıya girərək yoluna çıxan hər şeyi məhv etdi. Silahlı əsgərlər silahsız insanlara, o cümlədən qocalara, qadınlara, uşaqlara atəş açırdılar. Azərbaycan paytaxtına qanlı hərbi müdaxilə nəticəsində 140-dan çox insan həlak oldu, yüzlərlə insan yaralandı, itkin düşənlər vardı. Gülləyə tuş gələnlər təkcə torpaqlarını müdafiə etməyə çalışanlar deyildi, həm də həmin vaxt təsadüfən şəhərin küçələrində olanlar, piyada və ya avtomaşınla evinə gedənlər, sadəcə, öz mənzilinin pəncərəsindən həyətə baxanlar idi… Bu faciə bizim ailəmizdən də yan keçmədi. 39 yaşlı dayım Şəmsəddin Orucov öz evinin pəncərəsindən baxarkən aldığı güllə yarasından həyatını itirdi, şəhid oldu.

Qara Yanvarda SSRİ-nin mərkəzi rəhbərliyindən əmr alan Sovet Ordusu təkcə Bakıya deyil, respublikanın digər rayonlarına da hərbi müdaxilə etmişdilər. Rəsmi olaraq bu, “kütləvi iğtişaşların yatırılması və millətlərarası münaqişələrin qarşısının alınması zərurəti” ilə əsaslandırıldı. Lakin reallıqda hərbi müdaxilə ədalətin bərqərar olmasını, hüquqlarının müdafiəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə səbəb oldu.

Bu faciə təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hüzn və qəzəb doğurdu. Baş verən hadisə mənfur Qorbaçovun və dəstəsinin simasında sovet hökumətinin xalqın azadlıq mübarizəsini yatırmaq üçün hər cür amansızlığa hazır olduğunu bir daha nümayiş etdirdi. Bununla belə, Qara Yanvar Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Bu faciə xalqın öz müstəqilliyi və milli kimliyi uğrunda mübarizə aparmaq əzmini daha da gücləndirdi.

Birliyimizin, müstəqilliyimizin, milli ləyaqətimizin qorunub saxlanması üçün müstəsna əhəmiyyəti olan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların fədakarlığı unudulmazdır. Müstəqil və firavan Azərbaycan – hər cür maneə və sınaqlara baxmayaraq, azadlıq və ədalət idealları uğrunda mübarizənin qalibiyyətlə nəticələnəcəyinə ən gözəl sübutdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Azər Əsgərov

 

  • 0
arasadmin18
Çərşənbə axşamı, 31 December 2024 / YAYIMLANIB MÖVQE

Həmrəylik Günü və Yeni il münasibətilə…

Yeni ilə birlik və həmrəyliyin nümayişi ilə başlamaq otuz ildən çoxdur ki, dünya azərbaycanlıları üçün yaxşı bir ənənəyə çevrilib. Bu ənənənin rəsmiləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və xalqımız onun xatirəsini daim dərin ehtiramla yad edir.

Həmrəyliyimiz – milli ideallarımızı gerçəkləşdirmək üçün bizə güc verir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması bunun bariz ifadəsidir. Bizi qalib xalq, qalib dövlət kimi indi bütün dünya tanıyır.

Yola saldığımız 2024-cü il də ölkəmiz və xalqımız üçün, əsasən, uğurlu oldu. Nailiyyətlərimiz, inkişafımız davamlı xarakter daşıyır. Bu, bütün sahələrdə özünü göstərir: iqtisadiyyatdan başlamış idmanadək hər yerdə…

Biz xoş günlərimizdə də, çətin anlarımızda da bir-birimizə arxa-dayaq olmağı bacarırıq. Bir neçə gün əvvəl baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzasının ağrı-acısını birlikdə çəkdik. Cənab Prezidentin Sərəncamı ilə təyyarənin peşəkar və cəsur heyətinin üç mərhum üzvünün Azərbaycanın Milli Qəhrəmanı fəxri adı, ikisinin “Rəşadət” ordeni ilə təltif olunması hər birimiz üçün böyük təskinlikdir. Qəzada həyatını itirən təyyarəçilərə və sərnişinlərə bir daha Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Təbii ki, belə fövqəladə hadisələr bizi heç vaxt bədbinləşdirə bilməz! Azərbaycan dövləti və xalqı öz gücünə inanır və güvənir!

Qarşıdakı 2025-ci ildə bizi sevinc, qələbə, yüksəlişlə dolu xoş günlər gözləyir. Gələn müstəqil dövlətimizin Əsas Qanununun – Konstitusiyamızın 30 illik, möhtəşəm Qarabağ zəfərimizin 5 illik yubileyidir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda qeyd olunduğu kimi, bu gün Azərbaycan müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni – 2025-ci ilin gəlişi münasibətilə hamını təbrik edir, hər evə, hər ailəyə xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət arzulayıram!

Yeni İliniz mübarək olsun!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə axşamı, 26 December 2024 / YAYIMLANIB MÖVQE

Şərhsiz…

  • 0
arasadmin18
Cümə axşamı, 07 November 2024 / YAYIMLANIB MÖVQE

Zəfər Gününüz mübarək!

8 Noyabr  – Zəfər Gününü qürurla, fərəhlə qeyd edirik. Ermənistanın işğalçı ordusu üzərində böyük qələbəmizin dördüncü ildönümü tamam olur.  44 günlük Vətən müharibəsində qazanılan bu zəfər Azərbaycanın müasir tarixinə əbədi həkk olunub. Qələbə bizə otuz ilə yaxın bir müddətdən sonra işğal altındakı torpaqlarımızı geri qaytarmaq, ölkəmizin suverenliyini bərpa etmək imkanı verdi.

Bu, sadəcə, hərbi mənada zəfər deyil – bu, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın siyasi platformalarında göstərdiyi titanik səylər nəticəsində ədalətin və həqiqətin təntənəsi ilə əlamətdar olan tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı ölkəni inamla və qətiyyətlə qarşıya qoyduğu məqsədə: tarixi torpaqlarımızın qaytarılmasına, məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasına doğru apardı. Cənab Prezidentin müdrik rəhbərliyi, Silahlı Qüvvələrimizin cəsarəti və peşəkarlığı üzərində bu günümüzün və gələcəyimizin təməli qoyuldu. Ölkə rəhbərliyinin siyasətini, ədalətin bərpasına yönəlmiş səylərini yekdilliklə dəstəkləyən xalqın ümidi və inamı olmadan Azərbaycan Ordusunun uğurları qeyri-mümkün olardı.

Bizim şanlı ordumuz daim müasirləşir, təkmilləşir. Əlbəttə, belə də olmalıdır, çünki düşmən hiyləgərdir. Biz bilirik ki, Ermənistanda revanş planları hazırlanır. Qələbəmiz erməni separatizminin və xaricdə oturub erməni cəmiyyətindəki təcavüzkar əhval-ruhiyyədən istifadə edərək, sülh çağırışlarına məhəl qoymadan, iki xalq arasında nifrət və düşmənçilik toxumu səpməklə, müharibəni yenidən alovlandırmaqla, yenidən qan tökməklə öz bədnam siyasi məqsədlərinə çatmaq istəyənlərin səylərini puça çıxardı.

Azərbaycan xalqı sülh və sabitlik mövqeyində möhkəm dayanıb. Amma Ermənistan Silahlı Qüvvələrinin Qarabağı işğal etməsinə hüquqi qiymət verməli və təcavüzkarı cilovlamalı olan dünya siyasi institutlarının ədalətsiz münasibətini biz heç vaxt unutmayacağıq; müharibə nə qədər canlar aldı,  dağıntılara səbəb oldu, xalqımıza ağrı və mərhumiyyətlər yaşatdı… Qoy Zəfər Günü doğma torpağımızda azad və təhlükəsiz yaşamaq üçün verdiyimiz qurbanları hər zaman bizə xatırlatsın.

Bayramınız mübarək!

Azər Əsgərov

8 noyabr
  • 0
arasadmin18
Bazar ertəsi, 28 October 2024 / YAYIMLANIB MÖVQE

Dünya Cüdo Günümüz mübarək!

Bu günü – 28 Oktyabrı cüdoçular ən əlamətdar gün, bayram kimi qeyd edirlər. Cüdonun yaradıcısı, böyük ustad, maarifçi-alim Ciqaro Kano 1860-cı ilin məhz bu günü Yaponiyada dünyaya gəlib. Dünya döyüş sənətinə misilsiz töhfə verən bir insan kimi onun xatirəsi cüdoki geyib tatami üzərinə çıxan hər kəs üçün əzizdir, undulmazdır.

Azərbaycanda da cüdonun öz tarixi vardır və minlərlə həmvətənimizin taleyində olduğu kimi, şəxsən mənim də həyatımda bu idman növünün misilsiz rolu var. Ölkəmizdə cüdonun yaranmasında və inkişaf etdirilməsində mühüm xidmətlər göstərmiş şəxsləri – onlardan haqqa qovuşanları da var, bu gün sıralarımızda olanları da – bu əlamətdar gündə hörmət və ehtiramla xatırlayırıq.

Mən özümü çox şanslı hesab edirəm ki, cüdonun sirlərini həmin şəxslərdən biri olan, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin kavaleri, əziz müəllimim Tərlan Həsənovdan öyrənmişəm və bu gün də onunla hər görüşüm mənim üçün dəyərlidir.

Azərbaycan cüdosu diqqətəlayiq, sanballı nailiyyətləri ilə bizi sevindirir. Dörd Olimpiya çempionumuzun – Nazim Hüseynovun, Elnur Məmmədlinin, Hidayət Heydərovun və Zelim Kotsoyevin, həmçinin Olimpiya medalçılarımız Rüstəm Orucovun, Elmar Qasımovun, Mövlud Mirəliyevin, ikiqat Paraolimpiya çempionumuz İlham Zəkiyevin, Paralimpiya çempionu Ramil Qasımovun, dünya və Avropa çempionlarımızın adları ölkəmizin idman tarixində xüsusi yer tutur.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan cüdo üzrə də ən mötəbər yarışlara ev sahibliyi edir. 2018-ci ildə dünya çempionatı Bakıda keçirilib, 2026-cı ildə də paytaxtımız növbəti dəfə dünya cüdoçularını qəbul edəcək.

Ölkəmizdə cüdonun inkişafına dövlət qayğısı var, möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev, digər idman növləri kimi, cüdoya, cüdoçulara daim dəstək olur.

Təsisçisi olduğum “Judo Club 2012” idman klubunun da Azərbaycan cüdo ailəsinin üzvü kimi əldə etdiyi nailiyyətlərdən qürur duyuram. Klubumuzda bütün yaş qrupları üzrə bölmələr fəaliyyət göstərir, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının üzvləri üçün də burda zəruri şərait yaradılıb. Fəaliyyətimizdə Azərbaycan Cüdo Federasiyasının, onun rəhbərliyinin, İcraiyyə Komitəsinin diqqət və qayğısını daim hiss edirik.

Bu əlamətdar gündə Azərbaycan cüdosu ilə bağlı yazmağa, danışmağa çox söz var. Bəlkə də bir kitaba sığmayacaq qədər… Ancaq bu bir bayram təbirikidir və ürək sözümü bütün cüosevərlərə çatdıraraq deyirəm: Dünya Cüdo Günümüz mübarək! Hər kəsə sağlam və uzun ömür, qələbə sevincləri arzulayıram!

Azər Əsgərov

28 octoberazer askerovjudo day
  • 1
  • 2
  • 3
  • 4
  • 5

SON YAZILAR

  • Quruculuq ili qarşımızda yeni imkanlar açır

    Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan ...
  • 2026-cı il: Zəfər, quruculuq və əbədi həmrəylik

    Cüdoda belə bir qızıl qayda var: yıxılmaq qəbah...
  • Cüdomuzun davamlı inkişafı qürur doğurur

    Azərbaycan cüdosu dünyanın diqqət mərkəzindədir...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST