20 Yanvar – Ümumxalq Hüzn Gününündə Azərbaycanın azadlığı və suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçən həmvətənlərimizin xatirəsini ehtiramla yad edirik.
Şəhidlik – doğma yurdun və xalqın mənafeyi naminə ən yüksək fədakarlıqdır.
Otuz ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsində Qələbə qazanılması ölümün gözünə dik baxaraq düşmən üzərinə gedən və onu məğlub edən igidlərimizin tarixi xidmətidir.
Bu yolda şəhid olanların ruhu qarşısında baş əyir, valideynlərinə səbr diləyir, sağlamlığını itirən hərbçilərimizə şəfa və hamıya firavanlıq arzulayıram!
Azər Əsgərov
Azərbaycan cüdosunun şanlı ənənələri var: müxtəlif mötəbər yarışlarda, qitə və dünya çempionatlarında, Olimpiya oyunlarında qazanılmış uğurlar bizi sevindirib və qürurlandırıb.
Yola saldığımız 2021-ci ildə də cüdoçularımızın xeyli uğurları oldu. Noyabrın 1-də isə Azərbaycan Cüdo Federasiyasının növbədənkənar hesabat-seçki yığıncağı keçirildi, yeni rəhbərlik seçildi.
Ölkəmizdə cüdonun inkişafını daha da genişləndirmək, uğurları artırmaq, nüfuzlu beynəlxalq yarışlarda yeni nailiyyətlər əldə etmək qarşımızdakı ən mühüm hədəflərdir.
Federasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti kimi mən də bu işə öz töhfəmi vernəyə çalışacağam.
Yeni – 2022-ci ildə yeni qələbə sevincləri yaşayacağımıza inanıram!
Bütün cüdoçuları və Federasiyamızın idarəedici heyətini Yeni il münasibətilə təbrik edir, hamıya möhkəm cansağlığı, uğurlar, nailiyyətlər arzulayıram!
Azər Əsgərov
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm!
Hər ilin son günününü xalqımız həmrəylik bayramı kimi qeyd edir və bütün dünyaya öz birliyinin sarsılmaz olduğunu göstərir. Eyni zamanda, Yeni ili xoş arzu və ümidlərlə qarşılayaraq bir-birimizə növbəti təqvim ilində cansağlığı, xoşbəxtlik, uğurlar arzulayırıq.
Son illərdə həm vətənimzin, həm də hər birimizin həyatında çox mühüm hadisələr baş verib ki, bunlar hələ uzun illər öz təsirini göstərəcəkdir. Qoy 2022-ci il də Azərbaycan tarixində ən yaxşı illərdən biri olsun!
Yeni ildə hamıya xoş və sevnicli günlər, möhkəm cansağlığı, rifah, hər bir ailəyə səadət və bol ruzi-bərəkət arzulayıram!
Qoy ölkəmizin işğaldan azad edilmiş ərazilərində dinc həyat sürətlə bərpa olunsun, vaxtilə ata-baba ocağını tərk etməyə məcbur qalmış həmvətənlərimiz doğma yurdlarına qayısınlar!
İnanıram ki, Qarabağdakı çoxsaylı evlərin pəncərələrində yolka işıqlarının bərq vuracağı, hər bir ailənin bayram süfrəsi arxasında Yeni ili qarşılayacağı günlər uzaqda deyil.
Hamıya 2022-ci ildə yeni imkanlar və yüksək nailiyyətlər arzulayıram!
Həmrəylik Günümüz və Yeni İlimiz mübarək olsun!
Azər Əsgərov
Bizə müstəqil Azərbaycan dövlətini əmanət edən Ulu Öndər Heydər Əliyevin özünün başa çatdıra bilmədiyi işləri siyasi varisi cənab İlham Əliyevin xalqımızın dəstəyi ilə başa çatdırcağına əminliyini bildirdiyi vaxtdan 18 il keçir. Ulu Öndərin xatirəsini rəhmət və ehtiramla yad edərək, ötən müddətdə bu əminliyin tamamilə doğrulduğunu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı yüksək inkişafa nail olmuş, güclü və müasir, ən başlıcası, öz ərazilərinin işğalına son qoymağı bacaran qüdrətli və qalib dövlət kimi bütün dünyada tanıtdırdığını görürük.
Cənab Prezident ölkəmizin və xalqımızın potensialını böyük uzaqgörənliklə Böyük Zəfərin qazanılmasına səfərbər etdi və özünün siyasi, hərbi, diplomatik məharəti, rəşadətli ordumuzun hünəri sayəsində Qarabağda Azərbaycan bayrağını ucaltdı.
Dünyadakı bütün azərbaycanlıların lideri olan cənab İllham Əliyevin dəstəyini mən də adi bir vətəndaş və iş adamı kimi daim hiss edirəm: bu, həm ölkədə əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılmasında, həm də ölkənin inkişafına xidmət edən insanlara mənəvi dəstək verilməsində özünü göstərir. Məhz cənab Prezidentin 2005-ci ildə Qazaxıstanda azərbaycanlılarla görüşündən sonra mən öz işgüzar fəlaiyyətimi doğma Vətəndə davam etdirmək, burada çalışmaq qərarına gəldim və indiki nailiyyətlərimə görə dövlətimizin müdrik rəhbərinə minnətdaram.
Azərbaycan xalqı İlham Əliyev kimi Prezidenti, dövlət başçısı olduğuna görə çox xoşbəxtdir. Bunu təkcə biz demirik, xalqımızın bütün dostları deyir.
Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi adı xalqımızın tarixinə əbədi həkk olunan əziz və möhtərəm İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə ailə üzvlərim və birlikdə çalışdığım əməkdaşlar adından səmimi-qəlbdən təbrik edirəm, ona möhkəm cansağlığı, uzun ömür, müsətqil Azərbaycana yeni Zəfərlər qazandıracaq ali və möhtəşəm dövlətçilik fəaliyyətində uğurlar arzulayıram!
Azərbaycan Sizinlə fəxr edir, qürur duyur, cənab Prezident!
Azər Əsgərov
İki əlamətdar günü qeyd edirik: 8 May – Zəfər Gününü, 9 May – Dövlət Bayrağı gününü…
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ötən il cəmi 44 gün ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edərək, Zəfər bayrağımızı Qarabağda ucaltdı. Müstəqil dövlətçiliyimizin rəmzlərindən olan üçrəngli bayrağımız həmin günlərdə qəhrəman hərbçilərimizi düşmən üzərində qələbəyə ruhlandırdı, müqdəddəs savaşda onlara mənəvi güc verdi.
Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanları bu əlamətdar günlərdə ehtiramla yad edir, qazilərimizə və veteranlarımıza cansağlığı arzulayıram.
Möhtərəm Prezidentin bəyan etdiyi kimi, biz artıq qalib dövlət, müzəffər xalq kimi yaşayırıq, Azərbaycan dünyanın sayılıb-seçilən ölkəsidir. Bizim hər birimizin isə müstəqil və qalib dövlətimizə layiq vətəndaş olmaq məsuliyyətimiz vardır.
Zəfər Günümüz mübarək! Müqəddəs bayrağımız daim uca olsun, hər yerdə vüqarla dalğalansın!
Azər Əsgərov
XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmaq imkanı qazandı. Birnci dəfə iyirmi üç ay ömrü olan dövlətçiliyimiz yetmiş ildən sonra yenidən bərpa edildi. Lakin tarix təkrarlana bilərdi – xarici müdaxilə və daxili problemlər müstəqilliyimiz üçün böyük təhlükə yaradırdı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda dövlət quruculuğu başlandı, sonra isə onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildi…
Bu gün müstəqil Azərbaycan öz gücünü, qüdrətinu bütün dünyaya nümayiş etdirən bir dövlətdir. Ərazi bütövlüyünü və öz vətəndaşlarının təhlükəsizliyini təmin edən qalib dövlətdir.
Müstəqil Azərbaycan dövləti xalqımızın ən dəyərli sərvətidir!
Müstəqilliyimizin bərpası günü mübarək olsun!
Azər Əsgərov
27 sentyabr 2020-ci il müstəqil Azərbaycan Respublikası üçün şərəfli tarixdir. İşğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan qəhrəman Ordumuza əks-həmlə əməliyyatına başlamaq əmri verdi.
Hər bir silahlı toqquşma ölüm-itim, qan-qada, ağrı-acı deməkdir. Amma torpaqları düşmən tapdağında olan xalqımız bu qərarı, mən deyərdim, sevinclə qarşıladı. Vətənpərvər gənclərimiz hərbi səfərbərlik idarələrinin qarşısına axın etdilər. Əli silah tutan yaşlı-cavan hamı ordu sıralarına qoşulmağa, müqəddəs savaşda iştirak etməyə can atırdı.
Biz bu savaşda – 44 günlük Vətən müharibəsində Qələbə qazandıq: möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları, xalqımızın birliyi, ordumuzun qüdrəti, şəhidlərimizin, qazilərimizin, qəhrəman hərbçilərimizin misilisiz hünəri, sayəsində Zəfər bizim oldu!
İndi 27 sentyabr – Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsini Anım Günüdür.
Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm!
Yaşasın Azərbaycan!
Azər Əsgərov
Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlanır, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin canlandırılması üçün məqsədyönlü iş gedir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Füzuli rayonunda inşa edilən və yaxın günlərdə istismara verilməsi gözlənilən beynəlxalq hava limanına Bakıdan ilk sərnişin və yük təyyarələrinin uçuşu başlanılan işlərin sürətlə getdiyini bir daha təsdiqləyir.
Azərbaycan dövlətinin gücü, qüdrəti, xalqımızın birliyi və əzmkarlığı ilə Qarabağın və Şərqi Zəngəzurun tezliklə inkişaf edəcəyinə, çiçəkləyəcəyinə inanırıq.
Azər Əsgərov
Möhtərəm Prezident cənab İlham Əliyev XVI Tokio Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlər qazanan idmançıları və onların məşqçilərini, ölkəmizdə idmanının inkişafına töhfələr verən Milli Paralimpiya Komitəsinin rəhbərlərini təltif edib. Dövlətimizin başçısının təltifinə layiq görülənlərin hamısını səmimi-qəlbdən təbrik edirəm!
Paralimpiya Oyunlarının, demək olar ki, hər günü bizə sevinc, xoş duyğular yaşatdı. İdmançılarımız xalqımızı bu mötəbər yarışda layiqincə təmsil etdilər və göstərdilər ki, əzmkarlığın, qətiyyətin, istəyin qarşında heç nə əngəl ola bilməz. 14 qızıl, 1 gümüş, 4 bürünc medal – Azərbaycanın böyük nailiyyətidir! Paracüdoçularımızın 6 qızıl və 2 bürünc medal qazanaraq ümumi medal sıralamasında birinci yeri tutması isə, veteran cüdoçu kimi, məni xüsusilə sevindirir.
Bütün idmançılarımızı bir daha təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, yeni qələbələr və nailiyyətlər arzulayıram!
Azər Əsgərov
Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri – Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər.
Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır. Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər.
Hər halda Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsi təqdirəlayiqdir, uğurlu nəticələrin də bizi çox gözlətməyəcəyini düşünürəm.
Bir daha heyətin hər bir üzvünü təbrik edir, onlara uğurlar arzulayıram!
Azər Əsgərov