Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Posts tagged "26 iyun"

Tag: 26 iyun

  • 0
arasadmin18
Çərşənbə axşamı, 25 June 2024 / YAYIMLANIB MÖVQE

Qürur, sülh və hünər simvolu!

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününü qürur və minnətdarlıq hissi ilə qeyd edirik. Bu, bizim arzu və ümidlərimizin gerçəkləşməsini, ədalət və azadlıq istəyimizi təcəssüm etdirən xüsusi bir gündür. Bu gün biz xalqımızın gücünün və şücaətinin rəmzinə çevrilmiş rəşadətli və müzəffər Azərbaycan Ordusuna ehtiramımızı bildiririk.

Biz 30 ildən artıq müddətdə torpaqlarımızı işğadan azad edəcək,  Azərbaycanın günahsız dinc sakinlərinin tökülən qanlarının qisasını alacaq, bizə qürur və ləyaqət hissi yaşadacaq, əsl sahiblərini öz torpaqlarına qaytaracaq qüdrətli bir ordunun arzusunda idik.  Nəhayət, bu arzumuz 2023-cü ildə qəhrəman hərbçilərimizin fədakarlığı və rəşadəti sayəsində gerçəkləşdi.

İşğalçılar üzərində sarsıdıcı qələbənin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımızın öz liderinə mütləq inamına, onun ətrafında sız birləşməsinə və qəbul etdiyi ölçülüb-biçilmiş qərarlara və addımlara tam etibarına, həmçinin azərbaycanlı hərbçilərin fədakarlığına və cəsarətinə əsaslanan  siyasi iradəsi, qətiyyəti və müdrikliyi mühüm rol oynamışdır.

Bu gün Azərbaycan Ordusu qalib ordudur, tarixi ədaləti bərpa etmiş bir ordudur. O, öz xalqının məhəbbətini, hörmətini qazanıb, sübut edib ki, Azərbaycanı sındırmaq, tabe etmək mümkünsüzdür. Əsgər və zabitlərimiz soydaşlarımızın, çoxmillətli Azərbaycan xalqının başına gətirilən faciələrin təkrarlanmaması üçün bu gün də canlarını təhlükəyə ataraq hər şeyi edirlər.

Biz xalqımızı qorumaqla yanaşı, regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş ordumuzla fəxr edirik. Hünər və mətanət göstərdiklərinə, Vətəni son damla qanına qədər müdafiə etməyə hazır olduqlarına görə hərbçilərimizə minnətdarıq.

Bu əlamətdar gündə şəhidlərimizin ruhu, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin hünər və şücaəti qarşısında baş əyirik. Onların fədakarlığı heç vaxt unudulmayacaq, onların qəhrəmanlıqları xalqımızın qəlbində əbədi yaşayacaq!

Bayramınız mübarək, əziz həmvətənlər! Ordumuz həmişə güclü və yenilməz, xalqımız isə birlikdə və sarsılmaz olsun!

Azərbaycanın rəşadətli ordusu xalq tərəfindən həqiqətən də sevilən və hörmət edilən bir ordudur.  Silahlı Qüvvələrimizə eşq olsun!

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!

Azər Əsgərov

26 iyun

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST