Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Posts tagged "həmrəylik günü"

Tag: həmrəylik günü

  • 0
arasadmin18
Çərşənbə axşamı, 26 December 2023 / YAYIMLANIB MÖVQE

Gücümüz birlikdədir!

Əziz dostlar!

Yeni İliniz və Dünya Azərbaycanlıların Həmrəyliyi Gününüz mübarək olsun! Qoy bu günlərin sevinci, coşqusu və uğurları tükənməz olsun!

2023-cü il – tarixi hadisə və çağırışılarla,  əzmkar fəaliyyət və qələbələrlə dolu bir il sona çatır.  Yola saldığımız 2023-cü il ölkəmizin tarixinə, ilk növbədə, sentyabrın 19-da yüksək dəqiqlikli silahların tətbiqi ilə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu il kimi düşəcək.

Rəşadətli Ordumuz 2020-ci il 10 noyabr tarixli  Bəyannamənin imzalanmasından sonra Qarabağda qalan erməni silahlı birləşmələrinin, təxminən, 15 minlik kontingentini 24 saatdan da az müddətdə təslim olmağa məcbur etdi. Ermənistan separatizmi qızışdıran və şirnikləndirən hərəkətləri ilə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri və razılaşmaları əngəlləməyə cəhd göstərirdi. Bununla belə, Prezident İlham Əliyevin Azərbaycanın dövlət suverenliyi və beynəlxalq hüquq çərçivəsində öz ərazisinə tam nəzarət etmək haqqına əsaslanan dəqiq, mükəmməl və qətiyyətli siyasəti nəticəsini verdi. Məhz buna görə də 2023-cü il ölkəmiz üçün daha bir uğur və zəfər ilidir. Bu gün minlərlə keçmiş məcburi köçkün Qarabağda yaşayır, onların evləri dövlətimiz tərəfindən sürətlə bərpa olunur və bu proses geniş vüsət alır.

Mən bir iş adamı kimi həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkəmizdə həyata keçirilən qlobal layihələrə qürur duyuram. Bu, Azərbaycanın gücünün, qüdrətinin sübutudur. Mən əldə olunan nailiyyətlərlə fəxr edirəm və bir daha anlayıram ki, əsas məsələ təkcə uğur qazanmaqda deyil, həm də görülən işlərin əhəmiyyətindədir. Yeni ildə hamımıza uğurlu işlər, ruhlandırıcı ideyalar və xeyirli layihələr arzulayıram.

Bir cüdoçu kimi çoxdan başa düşürəm ki, həyatda iradə, dözümlülük, səbr və yıxıldıqdan sonra ayağa qalxmaq kimi keyfiyyətlər uğur qazanmaq üçün çox vacibdir. Qoy, qarşıdakı il sizə yalnız yüksək mübarizə ruhu, arzu və istəklərinizə qovuşmaq səadəti nəsib etsin.

Dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə birliyin və bir-birimizə dəstək olmağın vacibliyini xatırladır. Yeni ildə daha da yaxın olaq, daha da güclü olaq və bütün çətinlikləri birlikdə dəf etməyə hazır olaq. Qoy, 2024-cü ildə yollarımız parlaq hadisələrlə və yeni imkanlarla dolu olsun.

Yeni İliniz mübarək!

Azər Əsgərov

azer askerovhəmrəylik gününew yearyeni il

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST