Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • NEWS
  • MÖVQE
  • Vətən Müharibəsində Möhtəşəm Zəfərimiz

Vətən Müharibəsində Möhtəşəm Zəfərimiz

Çərşənbə axşamı, 08 December 2020 / YAYIMLANIB MÖVQE

Vətən Müharibəsində Möhtəşəm Zəfərimiz

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev:

“…Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır”.

 Füzuli şəhərində çıxışından. 16 noyabr 2020-ci il.

 

Azərbaycan öz tarixinin çox şərəfli dövrünü yaşayır.

Bu il sentyabrın 27-də təcavüzkar Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı noyabrın 10-da düşmənin təslim olması, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə başa çatdı.

Xalqımız Vətən müharibəsində böyük zəfər qazandı.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz təcavüzkar Ermənistanın 30 ilə yaxındır davam edən işğalına son qoydu. Dövlətimizin başçısının bəyan etdiyi məqsəd və məram reallığa çevrildi: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Vətən müharibəsinin davam etdiyi müddətdə bizim hər birimizin qəlbi düşmənə qarşı qəhrəmanlıqla döyüşən igid hərbçilərimizlə birgə döyünüb, fikrimiz onların yanında, dualarımız onlarla olub.

Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli və cəsur şəxsi heyəti hərb tarixinə şanlı səhifələr yazaraq, təcvüzkar Ermənistanı diz çökməyə, onun işğalçı ordusunu qorxaqcasına öz mövqelərini qoyub qaçmağa məcbur etdi.

Qarabağın tacı olan Şuşada üçrəngli müqəddəs bayrağımızın dalğalandırılması milli qürurumuzun təntənəsidir. Bu qədim şəhərin düşməndən azad edilməsi misilsiz hərbi əməliyyat kimi tarixin yaddaşına yazıldı.

Uzun illər işğal altında qalan torpaqlarımızı qəhrəman şəhidlərimiz öz qanı və canı bahasına azad edib. Rəşadətli əsgər, gizir və zabitlərimiz yüksək vətənpərvərlik ruhu, əsl peşəkarlıq keyfiyyətləri nümayiş etdiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların validyenlərinə, ailə üzvlərinə dərin ehtiramımızı bildiririk.

Vətən müharibəsində möhtəşəm Zəfərin sevincini yaşamaq bizim üçün böyük xoşbəxtlikdir.

İşğaldan azad edilmiş torpaqlarımızda, dogma Qarabağda tezliklə bərpa-quruculuq işlərinə başlanacaq. Hər birimiz üçün əziz olan həmin ərzilərdə çalışmaq, xalqımızın öz ata-baba yurdlarında əbədi olaraq təhlükəsiz və firavan yaşaması üçün  şərait yaradılmasında fəal iştirak etmək ən böyük arzumuzdur.

Möhtərəm Prezdent, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Azər ƏSGƏROV

Digər xəbərlər

15 İYUN QURTULUŞ GÜNÜDÜR
İdmançılarımızın uğurları bizi sevindirir
Azərbaycan cüdosu yenidən uğurlar qazanır

Şərh et Cancel reply

Your email address will not be published. Required fields are marked *

Saytda axtarış

Recent Posts

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    0 comments
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    0 comments
  • Ramazan bayramınız mübarək!

    0 comments

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST