Bizə müstəqil Azərbaycan dövlətini əmanət edən Ulu Öndər Heydər Əliyevin özünün başa çatdıra bilmədiyi işləri siyasi varisi cənab İlham Əliyevin xalqımızın dəstəyi ilə başa çatdırcağına əminliyini bildirdiyi vaxtdan 18 il keçir. Ulu Öndərin xatirəsini rəhmət və ehtiramla yad edərək, ötən müddətdə bu əminliyin tamamilə doğrulduğunu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı yüksək inkişafa nail olmuş, güclü və müasir, ən başlıcası, öz ərazilərinin işğalına son qoymağı bacaran qüdrətli və qalib dövlət kimi bütün dünyada tanıtdırdığını görürük.
Cənab Prezident ölkəmizin və xalqımızın potensialını böyük uzaqgörənliklə Böyük Zəfərin qazanılmasına səfərbər etdi və özünün siyasi, hərbi, diplomatik məharəti, rəşadətli ordumuzun hünəri sayəsində Qarabağda Azərbaycan bayrağını ucaltdı.
Dünyadakı bütün azərbaycanlıların lideri olan cənab İllham Əliyevin dəstəyini mən də adi bir vətəndaş və iş adamı kimi daim hiss edirəm: bu, həm ölkədə əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılmasında, həm də ölkənin inkişafına xidmət edən insanlara mənəvi dəstək verilməsində özünü göstərir. Məhz cənab Prezidentin 2005-ci ildə Qazaxıstanda azərbaycanlılarla görüşündən sonra mən öz işgüzar fəlaiyyətimi doğma Vətəndə davam etdirmək, burada çalışmaq qərarına gəldim və indiki nailiyyətlərimə görə dövlətimizin müdrik rəhbərinə minnətdaram.
Azərbaycan xalqı İlham Əliyev kimi Prezidenti, dövlət başçısı olduğuna görə çox xoşbəxtdir. Bunu təkcə biz demirik, xalqımızın bütün dostları deyir.
Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi adı xalqımızın tarixinə əbədi həkk olunan əziz və möhtərəm İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə ailə üzvlərim və birlikdə çalışdığım əməkdaşlar adından səmimi-qəlbdən təbrik edirəm, ona möhkəm cansağlığı, uzun ömür, müsətqil Azərbaycana yeni Zəfərlər qazandıracaq ali və möhtəşəm dövlətçilik fəaliyyətində uğurlar arzulayıram!
Azərbaycan Sizinlə fəxr edir, qürur duyur, cənab Prezident!
Azər Əsgərov
İki əlamətdar günü qeyd edirik: 8 May – Zəfər Gününü, 9 May – Dövlət Bayrağı gününü…
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ötən il cəmi 44 gün ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edərək, Zəfər bayrağımızı Qarabağda ucaltdı. Müstəqil dövlətçiliyimizin rəmzlərindən olan üçrəngli bayrağımız həmin günlərdə qəhrəman hərbçilərimizi düşmən üzərində qələbəyə ruhlandırdı, müqdəddəs savaşda onlara mənəvi güc verdi.
Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanları bu əlamətdar günlərdə ehtiramla yad edir, qazilərimizə və veteranlarımıza cansağlığı arzulayıram.
Möhtərəm Prezidentin bəyan etdiyi kimi, biz artıq qalib dövlət, müzəffər xalq kimi yaşayırıq, Azərbaycan dünyanın sayılıb-seçilən ölkəsidir. Bizim hər birimizin isə müstəqil və qalib dövlətimizə layiq vətəndaş olmaq məsuliyyətimiz vardır.
Zəfər Günümüz mübarək! Müqəddəs bayrağımız daim uca olsun, hər yerdə vüqarla dalğalansın!
Azər Əsgərov
XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmaq imkanı qazandı. Birnci dəfə iyirmi üç ay ömrü olan dövlətçiliyimiz yetmiş ildən sonra yenidən bərpa edildi. Lakin tarix təkrarlana bilərdi – xarici müdaxilə və daxili problemlər müstəqilliyimiz üçün böyük təhlükə yaradırdı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda dövlət quruculuğu başlandı, sonra isə onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildi…
Bu gün müstəqil Azərbaycan öz gücünü, qüdrətinu bütün dünyaya nümayiş etdirən bir dövlətdir. Ərazi bütövlüyünü və öz vətəndaşlarının təhlükəsizliyini təmin edən qalib dövlətdir.
Müstəqil Azərbaycan dövləti xalqımızın ən dəyərli sərvətidir!
Müstəqilliyimizin bərpası günü mübarək olsun!
Azər Əsgərov
27 sentyabr 2020-ci il müstəqil Azərbaycan Respublikası üçün şərəfli tarixdir. İşğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan qəhrəman Ordumuza əks-həmlə əməliyyatına başlamaq əmri verdi.
Hər bir silahlı toqquşma ölüm-itim, qan-qada, ağrı-acı deməkdir. Amma torpaqları düşmən tapdağında olan xalqımız bu qərarı, mən deyərdim, sevinclə qarşıladı. Vətənpərvər gənclərimiz hərbi səfərbərlik idarələrinin qarşısına axın etdilər. Əli silah tutan yaşlı-cavan hamı ordu sıralarına qoşulmağa, müqəddəs savaşda iştirak etməyə can atırdı.
Biz bu savaşda – 44 günlük Vətən müharibəsində Qələbə qazandıq: möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları, xalqımızın birliyi, ordumuzun qüdrəti, şəhidlərimizin, qazilərimizin, qəhrəman hərbçilərimizin misilisiz hünəri, sayəsində Zəfər bizim oldu!
İndi 27 sentyabr – Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsini Anım Günüdür.
Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm!
Yaşasın Azərbaycan!
Azər Əsgərov
Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlanır, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin canlandırılması üçün məqsədyönlü iş gedir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Füzuli rayonunda inşa edilən və yaxın günlərdə istismara verilməsi gözlənilən beynəlxalq hava limanına Bakıdan ilk sərnişin və yük təyyarələrinin uçuşu başlanılan işlərin sürətlə getdiyini bir daha təsdiqləyir.
Azərbaycan dövlətinin gücü, qüdrəti, xalqımızın birliyi və əzmkarlığı ilə Qarabağın və Şərqi Zəngəzurun tezliklə inkişaf edəcəyinə, çiçəkləyəcəyinə inanırıq.
Azər Əsgərov
Möhtərəm Prezident cənab İlham Əliyev XVI Tokio Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlər qazanan idmançıları və onların məşqçilərini, ölkəmizdə idmanının inkişafına töhfələr verən Milli Paralimpiya Komitəsinin rəhbərlərini təltif edib. Dövlətimizin başçısının təltifinə layiq görülənlərin hamısını səmimi-qəlbdən təbrik edirəm!
Paralimpiya Oyunlarının, demək olar ki, hər günü bizə sevinc, xoş duyğular yaşatdı. İdmançılarımız xalqımızı bu mötəbər yarışda layiqincə təmsil etdilər və göstərdilər ki, əzmkarlığın, qətiyyətin, istəyin qarşında heç nə əngəl ola bilməz. 14 qızıl, 1 gümüş, 4 bürünc medal – Azərbaycanın böyük nailiyyətidir! Paracüdoçularımızın 6 qızıl və 2 bürünc medal qazanaraq ümumi medal sıralamasında birinci yeri tutması isə, veteran cüdoçu kimi, məni xüsusilə sevindirir.
Bütün idmançılarımızı bir daha təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, yeni qələbələr və nailiyyətlər arzulayıram!
Azər Əsgərov
Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri – Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər.
Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır. Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər.
Hər halda Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsi təqdirəlayiqdir, uğurlu nəticələrin də bizi çox gözlətməyəcəyini düşünürəm.
Bir daha heyətin hər bir üzvünü təbrik edir, onlara uğurlar arzulayıram!
Azər Əsgərov
İdman – mübarizə meydanıdır: qələbə də olur, məğlubiyyət də…
Tokio-2020 olimpiadasında cüdoçularımızın bizim arzuladğımız nəticələri əldə bilməmələri, əlbəttə, təəssüf hissi doğurur. Məlum olduğu kimi, Federasiyamız buna görə məşqçilər heyəti barədə sərt qərar qəbul edib. Amma idmançılarımızı şiddətlə qınamaq da düzgün yanaşma deyil. Onların hər biri Olimpiya lisenziyasını çox mötəbər beynəlxalq yarışlarda uğurlu çıxlşlarına, qələbələrinə görə qazanıb.
İdmanda şəxsi keyfiyyətlərlə yanaşı, bəxt amili də böyük rol oynayır. Bu Olimpiadanın yarışları da istisna deyildir.
Lakin unutmayaq ki, Azərbaycan cüdosunun şərəfli Olimpiya ənənələri var. Bu ənənələrin qarşıdakı illərdə davam etdiriləcəyinə inanmalıyıq.
Yeri gəlmişkən, Tokioda öz bürünc medalı ilə bu ənənəyə sadiq qalan İrina Kindzerska-Əliyevanı təbrik edirəm.
Boksda və yunan-Roma güləşində bürünc medal qazanan Alfonso Domingesi və Rafiq Hüseynovu da təbrik edirəm. Güləşdə yüksək nəticələr göstərə biləcək digər idmançılarımız da var. İnşallah, bizi sevindirərlər.
Xalqımızın qələbə ruhu güclüdür! Qəhrəman oğullarımız bunu Qarabağ zəfəri ilə sübuta yetiriblər.
Tokioda qələbə şanslarımız hələ tükənməyib. Öz yarış növbələrini gözləyən idmançılarımıza əzmkarlıq və uğur arzulayıram!
Azər Əsgərov
Yaponiyanın paytaxtı Tokioda növbəti – XXXII Olimpiya oyunları başlanıb. Azərbaycanı bu mötəbər yarışda 44 idmançı təmsil edir. İdmançılarımız artıq bir neçə növ üzrə yarışlara qoşulublar. Doqquz nəfərdən ibarət cüdo komandamız da bu gündən yarış həyəcanı yaşayır.
Dünən Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimini izlədik. Komandaların paradında Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova aparırdılar. Həm veteran cüdoçu, həm də Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi böyük qürur hissi keçirdim.
Ölkəmizin bütün təmsilçiləri, o cümlədən cüdoçularımız Olimpiya yarışlarına qələbə ümidi ilə yola düşüblər. Yarışlara hazırlıq dövründə cüdoçularımızın məşqlərində mən də iştirak etmişəm. Bilirəm ki, əzmkardırlar, qələbə ruhu ilə yarışacaqlar.
Təbii ki, olimpiada ən güclülərin meydanıdır. Tokio-2020-də Azərbaycan idmançıları qalib ölkənin nümayəndələri kimi iştriak edirlər. Əlbəttə ki, bu, onlara əlavə mənəvi-psixoloji güc verir.
Azərbaycan Milli Olimpiya Komitəsini, Olimpiya komandamızı yarışların başlanması münasibətilə təbrik edir, hər bir idmançımıza uğur arzulayıram!
Azər Əsgərov
Əziz dostlar!
Müqəddəs dinimizin – İslamın adət-ənənələrinə və mənəvi-əxlaqi dəyərlərinə sadiqlik doğru-dürüst yaşamaq, cəmiyyət üçün faydalı olmaqdır. Bu yolu seçərək ruhən rahatlığa qovuşur, qəlbən uca tanrıya bağlanır, sağlamlığımızı qoruyur, ruzi-bərəkət qazanırıq.
Qurban bayramı da İslamın ən gözəl xüsusiyyətlərini ifadə edir, bizi paklığa, halallığa, amallarımız uğrunda fədakarlığa səsləyir.
Bu əziz bayramda biz, ilk növbədə, xalqımızın ülvi arzuları, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətən yolunda sağlamlığını itirənlərə tezliklə şəfa tapmağı arzulayırıq.
Müzəffər Ali Baş Komandan başda olmaqla qəhrəman hərbçilərimizin misilsiz hünəri sayəsində bu gün müqəddəs bayramımızı qalib xalq kimi sevinc və qürur hissi ilə qeyd edirik. Yaşasın, güclü və qüdrətli Azərbaycan!
Əziz bacı və qardaşlar, bayramınız mübarək! Allah-təala qurbanlarınızı və dualarınızı qəbul etsin!
Azər Əsgərov