Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Posts tagged "zəfər"

Tag: zəfər

  • 0
arasadmin18
Çərşənbə, 04 November 2026 / YAYIMLANIB HAQQIMIZDA

Zəfərə gedən yol: müqəddəs mübarizədən quruculuq erasınadək

Bu gün Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin altıncı ildönümü ərəfəsində 2020-ci il sentyabrın 27-dən etibarən bütün Azərbaycanın cəbhədən gələn xəbərlərin həyəcanı ilə yaşadığı günləri bir daha böyük qürur və ehtiramla xatırlayırıq. Müharibə istənilən dövlət, onun xalqı və Silahlı Qüvvələri üçün ağır və çətin bir sınaqdır. Lakin bu müharibə tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda, otuz ilə yaxın işğal altında qalan doğma torpaqlarımızın azadlığı naminə aparılırsa, onun bütün sınaqlarından şərəflə çıxmağı bacarmalısan! Xalqımız da viran qoyulmuş, yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz, əcdadlarımızın ruhu və gələcək nəsillərin sabahı uğrunda müqəddəs mübarizəyə qalxdı və qələbə qazandı.

Uca Tanrıya minnətdarıq ki, bu taleyüklü tarixi məqamda Azərbaycana Prezident İlham Əliyev kimi müdrik və qətiyyətli bir şəxsiyyəq rəhbərlik edir. Məhz Onun Müzəffər Ali Baş Komandanlığı altında rəşadətli Ordumuz xaricdən illərlə dəstək alan düşməni cəmi 44 gün ərzində məğlub etdi. Dövlət başçısının cəsarəti və hərbi-siyasi istedadı, xalqımızın sarsılmaz dəstəyi ilə yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də böyük zəfərimiz təmin olundu.

İlham Əliyevin xarici jurnalistlərlə hər bir görüşü miqyasına görə strateji döyüşləri xatırladırdı. Demək olar ki, hər həftə dünyanın aparıcı teleşirkətlərinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanına suallar ünvanlayırdılar – bəzən qərəzli, tez-tez erməni təbliğat dairələrinin təsiri altında formalaşan suallar… Ölkə rəhbərimizin dürüst, dərin məntiqli və inandırıcı cavabları həqiqi reallıqları əks etdirərək əsl informasiya sıçrayışına çevrildi. Bu cavablar beynəlxalq birliyi ayıltmaqla yanaşı, münaqişənin əsl səbəblərini, erməni təcavüzünün mahiyyətini və işğalçılıq siyasətinin barbar xarakterini bütün dünyaya bəyan etdi.

Bu gün biz xalqımızın tam haqq etdiyi bu Böyük Zəfərin 6-cı ildönümünü sonsuz qürur hissəsi ilə qeyd edirik. SSRİ-nin dağılmasından sonra müstəqilliyimizin ilk illərindən başlamış ta  suverenliyimizi tam bərpa edən 2023-cü ilin lokal antiterror tədbirlərinə qədər Azərbaycan zorla cəlb edildiyi münaqişə şəraitində yaşadı. Lakin biz bütün çətinliklərə sinə gərdik, qalib gəldik!

Bu sarsılmaz məğlubedilməzliyin və milli qürurun rəmzi kimi ucalan möhtəşəm memarlıq abidələrimiz zəfərimizin əbədi təcəssümüdür: Bakıda salınmış Zəfər Parkı Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə bəslənilən dərin ehtiramın canlı təcəssümü, Xankəndidə ucaldılmış Zəfər tağı isə tarixi ədalətin zəfərini və azad edilmiş torpaqlarımızda suverenliyimizin əbədiliyini müjdələyən möhtəşəm bir simvoldur. Əgər paytaxtdakı Zəfər Parkı xalqımızın dərin minnətdarlığını və şəhidlərimizin müqəddəs ruhunu tərənnüm edirsə, Xankəndidəki Zəfər tağı bu mübarizənin zəfər tacı olaraq bizi işıqlı gələcəyə aparan qapıları taybatay açır.

Ötən altı il ərzində ölkəmiz əmək cəbhəsində inanılmaz bir sıçrayış edib. Qarabağ və Şərqi Zəngəzu, kül altındakı yandırılmış və minlanmış torpaqlarımız sanki yenidən doğulur. Ən müasir şəhər və kəndlər salınır, nəqliyyat arteriyaları çəkilir, soydaşlarımız öz ata-baba ocaqlarına – abad, ağıllı və işıqlı yaşayış massivlərinə qayıdırlar. Şuşa, Xankəndi, Xocalı, Laçın, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Qubadlı – həyatın yenidən coşduğu, uşaq gülüşlərinin ucucaldığı, toy-büsatların qurulduğu məkanlardır. Genişmiqyaslı bərpa və quruculuq işləri Qarabağ torpağının hər bir guşəsini yeni məna ilə zənginləşdirir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi cəhətdən qüdrətli, sosial rifahı yüksək olan bir dövlətin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir. Bizim əsas məqsədimiz hüququn gücünə, milli ləyaqətə və qarşılıqlı hörmətə əsaslanan dayanıqlı sülh, sabitlik və regionda mehriban qonşuluq münasibətlərini təmin etməkdir.

Böyük Zəfər Bayramınız mübarək olsun!

Azər Əsgərov

zəfər
  • 0
arasadmin18
Cümə, 11 December 2020 / YAYIMLANIB MÖVQE

Zəfər paradı – qələbəmizin təntənəsi

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.

Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirdilər.

Vətən müharibəsində –  “Dəmir yumruq” əməliyyatında Azərbaycan işğalçı Ermənistana elə zərbə vurdu ki, bu təcavüzkar ölkənin bir də özünə gəlməsi mümkünsüzdür. Zəfər paradında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dedi: “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Paradda Türkiyə Prezidentinin, qardaş ölkənin böyük nümayəndə heyətinin, həmçinin ordu bölməsinin iştirakı xaqlqımızda fərəh hissi doğurdu.

Türkiyənin siyasi və mənəvi dəstəyi hər bir azərbaycanlını  qürurlandırır, sevindirir. Zəfər paradı bir daha bizim birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya göstərdi.

Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışında xalqımıza “azərbaycanlı can qardaşlarım” deyə müraciət etdi, Zəfər Günümüzdə bizimlə birlikdə olmaqdan böyük məmnunluq duyduğunu bildirdi. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət dilədi, qazilərin tezliklə sağalmalarını arzuladı.

Paradda Azərbaycan özünün qəhrəman əsgər və zabitlərinin döyüş əzmini və ordumzun mənəvi-texniki gücünü nümayiş etdirdi. Ən müasir silah-sursatlarımız, yəqin ki, düşməni bir daha qorxuya salacaq. Vətən müharibəsində ordumuzun əldə etdiyi hərbi qənimətlərin nümayişi isə məğlub Ermənistanın hələ də ağlı başına gəlməyən “siyasətçilər”nə, axır ki, dərs olmalıdır. Bu xəyalpərəstlər müharibədən qabaq öz tanklarının Bakıya gələcəyini deyirdilər. Onların döyüş meydanında qoyub qaçdığı tankları Azərbaycan əsgəri qənimət kimi Bakıya gətirdi və bütün dünyaya göstərdi.

Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu!

Vətən müharibəsində bizə Zəfər qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyir,qazilərmizə şəfa və rifah arzulayırıq!

 

paradqələbəzəfərzəfər paradı

SON YAZILAR

  • Zəfərə gedən yol: müqəddəs mübarizədən quruculuq erasınadək

    Bu gün Vətən müharibəsində qazanılmış möhtəşəm ...
  • Bakıda cüdo bayramı: qürur, emosiya və zəfərlə dolu səkkiz gün

    Oktyabrın 4-dən 11-dək Bakıdakı Milli Gimnastik...
  • Müqəddəs Anım Günü

    Bəzi tarixlər var ki, onların təqvimdə xüsusi y...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST