Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • MÖVQE
  • Archive from category "MÖVQE"
  • Page 3

Kateqoriya: MÖVQE

  • 0
arasadmin18
Şənbə, 15 June 2024 / YAYIMLANIB MÖVQE

Qurban bayramı – inam və sədaqət rəmzi

Qurban bayramı – İslam dininin ən müqəddəs bayramlarından, İslamın ən mühüm fəzilətlərindən biridir. Qurban bayramı Allaha itaət əlaməti kimi oğlunu qurban verməyə hazır olan İbrahim peyğəmbər (əleyhis-salam) haqqında rəvayətlə əlaqələndirilir. Bu bayram təkcə inam və sədaqəti  deyil,  həm də Uca Yaradanın öz bəndələrinə mərhəmət, səxavət və qayğısını rəmzləşdirir.

Qurban bayramı dərin mənəvi məna daşıyır və bir neçə əsas cəhəti özündə ehtiva edir. Həzrəti İbrahimin (əleyhis-salam) hekayəsi bizə Yaradana mütləq etibar etməyi və Onun iradəsini yerinə yetirməyə hazır olmağı öyrədir. Bu bayram bizə iman və itaətin vacibliyini xatırladır.

Qurban bayramının vacib ayinlərindən biri də sədəqə vermək, yəni heyvan qurban kəsib paylamaqdır. Ət üç hissəyə bölünür: bir hissəsi ailə üçün qalır, ikincisi dostlara və qohumlara verilir, üçüncüsü isə kasıblara paylanır. Bu, səxavət və qayğıkeşliyi rəmzləşdirir, həmçinin ehtiyacı olanlara kömək etməyin vacibliyini göstərir.

Qurban bayramı ailə və cəmiyyət daxilində əlaqələrin möhkəmlənməsinə rəvac verir. İnsanlar birlikdə dua etmək, bir süfrədə yemək yemək və bir-birinə dəstək olmaq üçün toplaşırlar ki, bu da icma hissini və birliyi gücləndirir. Ənənəvi yeməklərlə dolu olan süfrələr sevinc və vəhdət rəmzidir. Qurban bayramı özündə təkcə müsəlmanlar üçün deyil, həm də bütün bəşəriyyət üçün vacib olan dərin əxlaqi prinsipləri ehtiva edir.

Qurban bayramına bir neçə ənənəvi mərasim və tədbir daxildir. Mərasim məscidlərdə səhər namazı ilə başlayır, mömin müsəlmanlar Allaha şükür etmək və ondan xeyir-dua diləmək üçün toplaşırlar. Bu ayin sülhü, mərhəməti, bir-birinə sevgi və hörməti rəmzləşdirir.

Qurban bayramı xeyirxah əməllər vaxtı olduğu üçün sədəqə müsəlmanın mənəvi və əxlaqi dəyərlərinin mühüm tərkib hissəsidir. Bu, təkcə dini bayram deyil, həm də insanların öz mənəvi-əxlaqi dəyərləri haqqında düşündüyü, imanını gücləndirdiyi bir dövrdür.

Bayramınız mübarək, əziz bacı və qardaşlar! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin!

Hamınıza böyük hörmətlə,

Azər Əsgərov

qurban bayrami
  • 0
arasadmin18
Cümə, 24 May 2024 / YAYIMLANIB MÖVQE

Zelim Kotsoyevlə fəxr edirik!

Azərbaycan cüdo ailəsi yenə böyük sevinc və qürur hissi yaşayır. Biz – “Judo Club 2012” komandası isə ikiqat sevincliyik! Klubumuzun üzvü, ən istedadlı idmançılarımızdan olan  Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal medal qazanaraq bu mötəbər yarışda yenidən Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm qələbə münasibətilə Zelimi təbrik edib. Mehriban xanıma təşəkkür edirik. Məhz idmana dövlət qayğısı, xüsusən də, cənab Prezident İlham Əliyevin bu sahənin inkişafına hər cür şərait yaratması ölkə idmançılarını böyük nailiyyətlər qazanmağa ruhlandırır.

Zelimin dünya çempionatında yüksək əzmkarlıq, mənəvi-psixoloji hazırlıq nümayiş etdirdiyini xüsusi vurğulamaq istərdim. Finala doğru yolda o, dünyanın ən güclü cüdoçularını məğlub etməyi bacardı.  Heç birinin ad-sanından, şöhrətindən çəkinmədən, cəngavər kimi döyüşdü və qalib gəldi.

Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsininin reytinq cədvəlinin lideri kimi gedəcək və inanırıq ki, Olimpiada da uğurla çıxış edəcək.

Mən idmançımızı da, onun qələbələrində xüsusi rolu olan əziz dostum, 11 il əvvəl dünya çempionluğunu qazanmaqla adını Azərbaycan cüdo tarixinin qızıl səhifəsinə yazdırmış Elxan Məmmədovu da ürəkdən təbrik edirəm!

Zelim, biz səninlə fəxr edir, yeni qələbələrini gözləyirik!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 21 May 2024 / YAYIMLANIB MÖVQE

Hidayətdən yeni qələbələr gözləyirik

Müasir Azərbaycan cüdosunun öncüllərindən olan Hidayət Heydərovun Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanması bizə böyük sevinc və qürur hissi bəxş etdi. Son dəfə bu qızılı ölkəmizə 11 il əvvəl indi cüdo veteranı olan dostumuz Elxan Məmmədov gətirmişdi…

Bu gün Hidayət idman karyerasının zirvəsindədir: dördqat Avropa çempionudur, dünya reytinqində öz çəki dərəcəsində birincidir! Onun uğurlarında, ilk növbədə, şəxsi məşqçisi, Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan müəllim Həsənovun müstəsna rolu vardır. Mən əziz müəllimimi gənc yetirməsinin möhtəşəm qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.

Mən bilirəm ki, Tərlan müəllim Hidayətdən Olimpiya çempionluğu da gözləyir və çox istərdim ki, onun bu arzusu da gerçəkləşsin.

Və mütləq qeyd etməliyəm ki, məhz möhtərəm Prezident cənab İlham Əliyevin əvəzsiz qayğısı və diqqətı Azərbaycan idmançılarını mötəbər beynəlxlaq yarışlarda qələbə qazanaraq Dövlət bayrağımızı yüksəltməyə, Himnimizi səsləndirməyə ruhlandırır. Belə diqqət və qayğı Azərbaycan Cüdo Federasiyasının da öz işini yüksək səviyyədə qurmasına, ölkəmizdə idmanın bu popular növünün inkişafına öz güclü təsirini göstərir.

Bir daha Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edir, ona yeni uğurlar, qələbələr arzulayıram! Gənc dost, biz səni Olimpiada pyedestalının da birinci pilləsində təsəvvür edirik!

Azər Əsgərov

çempioncüdoHidayət Heydərov
  • 0
arasadmin18
Çərşənbə axşamı, 09 April 2024 / YAYIMLANIB MÖVQE

Ramazan bayramı hər evə xoşbəxtlik, uğur, sevinc gətirsin!

Müqəddəs Ramazanın gəlişi ilə biz mərhəmət, şəfqət, mənəvi yenilənmə ilə dolu mübarək bir aya qədəm qoyuruq. Bu, imanımızın dərinləşdiyi, Allaha daha da yaxınlaşdığımız, mənən kamilliyə can atdığımız bir dövrdür. Nəfsimizə qalib gəlmək, ehtiyacı olanlara səxavət göstərmək, ibadət və dualarla hər günün savabını qazanmaq Ramazanın mühüm fəzilətləridir.

Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) özü tərəfindən əsası qoyulmuş bu müqəddəs ayın adət-ənənələri ölkəmizdə də şəkildə qorunur, icra edilir. Orucluq – hamımız üçün mənəvi təmizlənmə, iman və dirçəliş rəmzidir. Axı oruc təkcə insanın bütün pis vərdişlərdən və haramlardan imtina etməsi deyil. Onun dərin mənası var: insan orucun tələblərini yerinə yetirməklə bütün ömrü boyu özünü doğru əməllərə öyrəşdirir.

Bu mübarək ayda dualar edirik ki, birliyimiz və həmrəyliyimiz bizi daha da gücləndirsin, Ramazan bizə sülh, sevinc və firavanlıq gətirsin.

Adət-ənənəyə görə, hər bir müsəlman üçün müqəddəs sayılan bu ayda mərhəmətlilik, xeyriyyəçilik, bağışlama, yoxsullara yardım kimi xüsusiyyətlər özünü daha aydın şəkildə biruzə verir.

Ramazan bayramı – oruc saxladığımız müqəddəs ayın başa çatması ilə əlamətdardır. Ramazan ayının son günündə günəş batanda bayram başlayır və növbəti gün axşam saatlarına qədər davam edir. Müsəlmanlar bir-birlərini təbrik edir, hədiyyələr verirlər və əmindirlər ki, gələn il daha da uğurlu,  xoşbəxtlik, firavanlıq və sevinclə dolu olacaq, inşallah!

Ramazan bayramınız mübarək!

Allah-təala dövlətimizin daha da güclənməsi, xalqımızın birliyi, firavanlığı, mənəvi zənginliyi, daxili rahatlığı və rifahı üçün etyimiz duaları qəbul etsin! Amin!

Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 30 March 2024 / YAYIMLANIB MÖVQE

Soyqırımı qurbanlarının xatirəsinə ehtiramla…

Azərbaycan xalqı öz tarixinin qanlı səhifələrini, məruz qaldığı soyqırımı cinayətlərini heç vaxt unutmur və unutmayacaq… Erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər ərazilərmizdə on minlərlə insanı qəddarcasına qətlə yetirməsi təkcə xalqımıza qarşı deyil, ümumən, insanlığa qarşı ən ağır cinayət olmuşdur.

Sonrakı dövrdə də Ermənistan azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük, deportasiya siyasəti aparmış, ötən əsrin sonlarında Qarabağdakı müvəqqəti işğal etdiyi ərazilərdə soyqırımı cinayətlərini davam etdirmişdir. Xocalıda, Bağanıs-Ayrımda, Qaradağlıda, Malıbəylidə, Kəlbəcərdə və digər yaşayış məntəqələrimizdə erməni quldur dəstələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, amansız soyqırımı tarixin yaddaşına əbədi həkk olunmuşdur.

Qüdrətli Azərbaycan dövləti, şanlı ordumuz soyqırımı cinayətlərində həyatını itirmiş həmvətənlərimizin qanını döyüş meydanında aldı. Bu gün işğaldan azad edilmiş ərazilərimizin hər bir guşəsində üçrəngli bayrağımızın qürurla dalğalanması soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhunu şad edir, onların xatirəsinə ehtiramın təcəssümüdür.

Biz tarixin müxtəlif dövrlərində soyqırımına məruz qaısaq da, ermənilərdən fərqli olaraq, heç vaxt özümüzü yazıq, əzabkeş xalq kimi qələmə verməmişik, milli qürurumuzu öz döyüşkənliyimizlə, mübarizliyimizlə qoruyub saxlamışıq və buna görə də Vətən savaşında qalib gəlmişik.

Soyqırımı qurbanlarının, xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.

Azər Əsgərov

31 martsoyqırım
  • 0
arasadmin18
Bazar ertəsi, 18 March 2024 / YAYIMLANIB MÖVQE

Ən çox gözlənilən bayram!

Qış ömrünü yaza bağışlayır: yurdumuza bahar fəsli və onunla birgə xalqımızın xüsusi sevinc və hərarətlə qeyd etdiyi, yeni ilin başlanmasının rəmzi olan Novruz bayramı gəlir.

Bu il Novruzun müqəddəs Ramazan ayına təsadüf etməsi xüsysilə əlamətdardır: bu ay Allaha ibadət, itaət və dua ayıdır. Ramazan həm də ilahi mərhəmət ayı olduğundan Novruz bayramının keçirilməsinə də heç bir məhdudiyyət qoyulmur. Oruc tutmayanlar qınanılmır, belə ki, oruc tutmaq səhhəti imkan verən hər bir müsəlmanın borcudur.

Novruz bayramını hər evdə qohumlar, dostlar yığışaraq birlikdə qeyd edirlər. Bayrama hazırlıq onun gəlməsindən çox əvvəl başlayır. Qadınlar müxtəlif yeməklər və Şərq şirniyyatları hazırlayırlar. Ənənəvi olaraq, hədiyyələrin və müxtəlif nemətlərin satış yarmarkaları keçirilir, el şənlikləri təşkil olunur…

Novruzun əsas adətlərindən biri bayram süfrəsində  adları “s” hərfi ilə başlayan yeddi nemətin olmasıdır ki, bunların da hər biri insan üçün vacib sayılan şeyləri: həyatı, sağlamlığı, gücü, müdrikliyi, uzunömürlülüyü, firavanlığı, sevinci rəmzləşdirir. Bu adətin mənası çox dərindir, sanki gələcək firavanlığın və rifahın  təməli qoyulur.

Bayrama hazırlıq isə cərşənbələrlə başlayır: onlardan üçü – su, od, yel çərşənbələri artıq geridə qalıb, qarşıdan növbəti – torpaq çərşənbəsi gəlir. Bayram şənlikləri, rəqslər, mahnılar və milli oyunlar şəhər və kəndlərimizə sevinc və əyləncə mühiti yaradır. Novruz insanların gündəlik qayğıları unutduğu, sevdikləri ilə ünsiyyətdən həzz aldıqları bir vaxtdır.

Beləliklə, Azərbaycanda Novruz sadəcə bayram deyil, insanların görüşməsi, sevinclərini bölüşməsi, bir-birinə xoşbəxtlik, sağlamlıq və firavanlıq arzulaması üçün fürsətdir.

Bayramınız mübarək!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 05 March 2024 / YAYIMLANIB MÖVQE

Siz həyatımızın mənasısınız!

Əziz qadınlar! Sizi ən gözəl və zərif bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm!

Qadınlar Gününü bir bayram kimi qeyd etmək ənənəsinin necə yarandığı barədə müxtəlif versiyalar var. Əslində, bu barədə deyilənlər məni maraqlandırmır. Ancaq nə yaxşı ki, bu bayram var, nə yaxşı ki, onu düşünüb tapıblar və nə yaxşı ki, bütün dünyada sevgi və sevinclə qeyd edirlər. Bunun da səbəbi məlumdur: diqqət mərkəzində, yaşından və sosial statusundan asılı olmayaraq, cazibədar, həssas, gözəl, mehriban, mülayim, cazibədar, gözəl QADIN dayanır.

Əziz qadınlar, siz bizim ilham mənbəyimiz, ailə ocağımız və rahatlığımız, xoşbəxtliyimiz və arxa-dayağımısınız!

Sizin xeyirxah qəlbiniz dünyaya işıq və sevinc bəxş edir. Sədaqətinizə, qayğınıza və sevginizə görə sizə minnətdarıq. Nənələr, analar, həyat yoldaşları, bacılar, qızlar və nəvələr – hər biriniz bizim üçün əvəzsiz və çox dəyərlisiniz. Siz həyatımızı gözəlləşdirir və mənalandırırsınız, ocağımızın hərarətini, xalqımızın əsrlərdən bəri davam edən adət-ənənələrini qoruyursunuz.

Qoy 8 Mart Qadınlar Günü Sizin üçün xoş təəssüratlar və sürprizlərlə dolu olsun, gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskilməsin!

Sizə cansağlığı, xoş əhval-ruhiyyə, səadət arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə, 23 February 2024 / YAYIMLANIB MÖVQE

Xocalı soyqırımını unutmayacağıq!

Fevralın 26-da biz 1992-ci ildə Xocalıda baş vermiş qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu dəhşətli hadisədən uzun illər keçib. Amma Qarabağın kiçik bir şəhərinin sakinlərinə qarşı törədilmiş amansız cinayəti unutmaq mümkünsüzdür. Dinc əhaliyə qarşı soyqırımı erməni quldur dəstələri tərəfindən, keçmiş SSRİ Silahlı Qüvvələrinin, əsasən, ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirilib. Həmin gün təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qeyri-insani zorakılığın, terrorun, dəhşətli soyqırımın rəmzi kimi əbədi qalacaqdır.

Xocalı Qarabağda azərbaycanlıların yaşadığı əsrarəngiz, dinc bir şəhər idi. Lakin buradakı dinc həyatı erməni separatçılar qəsdən məhv etdilər. Müdafiəsiz qadınları, uşaqları və qocaları erməni quldur dəstələri və 366-cı alayın əsgərləri amansızcasına güllələdilər.

Qətliam qurbanlarının statistikası ermənilərin bölgənin azərbaycanlı əhalisinə qarşı qeyri-insani rəftarından xəbər verir.  Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib; onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1000 nəfər əlil olub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Qatilləri unutmayacağıq və bağışlamayacağıq!

Bu gün biz soyqırımı qurbanlarının xatirəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı bütün torpaqları, o cümlədən Xocalını azad etdiyi bir şəraitdə ehtiramla yad edirik. Düşmən üzərində Qələbəmiz, bütün Qarabağın şəhər və kəndlərində ucalan Azərbaycan bayrağı ötən illərin iztirablarına, itkilərinə cavabımız, Xocalı soyqırımının günahsız qurbanlarının hər birinə görə alınan qisasın rəmzidir.

Xocalının xatirəsi bizə həmişə sülh və ədalət uğrunda mübarizə aparmağın zəruriliyini xatırladacaq. Və belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün biz o illərin dərslərini unutmamalı və düzgün nəticə çıxarmalıyıq.

32 il əvvəl doğma yurdunu tərk etmək məcburiyyətində qalan Xocalı sakinləri bu il yeni tikilən evlərdə öz ata-baba ocaqlarına qayıtmağa başlayacaqlar. Həyat öz adi dinc axarına qayıdacaq, illər, onilliklər keçəcək… Bəli, yaşamalıyıq…

Amma soyqırımını unutmamalıyıq ki, bu, bir daha təkrarlanmasın.

Xocalı ağrısı əbədi olaraq qəlbimizdədir.

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 13 February 2024 / YAYIMLANIB MÖVQE

İnam və minnətdarlığın təntənəsi

Bizim, Azərbaycan vətəndaşlarının növbəti 7 il müddətinə ölkə Prezidenti seçdiyimiz gün – 2024-cü il fevralın 7-si təhlükəsizlik və sabitlik, inkişaf və tərəqqi naminə ümumxalq səsverməsi günü kimi tarixə düşəcək. Və biz İlham Əliyevə səsimizi verərkən əmin idik ki, ölkəmizin daha da güclənməsinə və çiçəklənməsinə, bəzi ölkələrin ikili standartlar siyasəti ilə üzləşdiyimiz bir şəraitdə cəsarətli liderlik nümunəsi göstərən rəhbərə səs veririk.

Seçki günü ictimai-siyasi həyatımızda əlamətdar hadisəyə çevrildi. Bu, dövlətimizin fəaliyyətdə olan başçısının əsl zəfər günü idi. Şəxsən mən əvvəllər seçki günündə səs verməyə bu qədər insanın – seçicinin gəldiyini görməmişdim. Etiraf edim ki, yüksək əhval-ruhiyyə ilə seçki məntəqəsinə gedərkən gördüyüm mənzərədən xalqımıza, onun rəhbərinə, ölkəmizə görə qürur hissi keçirdim.

Ən xoş və heyrətamiz hal isə səsvermənin ilkin nəticələrinin açıqlanmasından sonra xalqın, sözün əsl mənasında, küçələrə axışması oldu. Gecə Azərbaycanın hər yerində əsl ümumxalq şənliyi vardı: Bakının, Gəncənin, Şuşanın və digər şəhərlərimizin küçələrində bayraqlarla bəzədilmiş avtomobillərin siqnal səsləri ətrafa yayılır, hər tərəfdə musiqi sədaları ucalır, adamlar rəqs edirdilər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə hörmət və minnətdarlıq əlaməti olaraq xalq öz sevgisini belə ifadə edir, onun seçkilərdə qələbəsinə ürəkdən sevinirdi.

Bu cür ümumxalq sevincini gördüyüm üç hadisə yadımdadır: 2016-cı ilin aprelində 4 gün ərzində erməni işğalçı ordusunun məğlubedilməzliyi mifinin darmadağın edilərək ərazilərimizin bir hissəsinin azad olunmasından; 2020-ci ildə 44 günlük müharibədə möhtəşəm Zəfərin qazanılmasından və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin erməni təcavüzkarlarından tam azad edilməsindən, bir də bu il fevralın 7-də axşam seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra…

Fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyevə ümumxalq dəstəyinin verilməsi onun Azərbaycanın bütün sahələrdə müasir nailiyyətlərə yol açan müdrik siyasətinə, strateji proqram və layihələrinə böyük inamımızın, minnətdarlığımızın və sonsuz etibarımızın sübutudur.

Ölkəmizdə və bütün dünyada hər kəs bilir ki, son illərdə Azərbaycan necə dəyişib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunu davam etdirən İlham Əliyev dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə, iqtisadiyyatın çoxsaylı sahələrinin müasirləşməsinə imkan verən dəyişikliklər və islahatlar həyata keçirib. Bu illər ərzində onun fədakarlığı, qətiyyəti, yüksək siyasi mədəniyyəti və xalqın səsini eşitmək bacarığı sayəsində böyük siyasət və iqtisadiyyat aləmində nüfuz sahibi olan güclü dövlət qurulub. İlham Əliyevin Azərbaycan xalqının hərtərəfli dəstəyini qazanmış, Vətənin təhlükəsizliyinin və sabit inkişafının təmin edilməsinə yönəlmiş prinsipial və müstəqil siyasi qərarlarını, ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı güzəştsiz mövqeyini xüsusilə qeyd etmək istərdim. Hazırkı seçkilərdə verdiyimiz səslər bir daha bariz şəkildə sübut edir ki, biz hamımız Azərbaycan Prezidenti cənab İlham Əliyevlə çiyin-çiyinəyik və onunla hər cür sınaqdan çıxmağa hazırıq.

Növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə dünyanın müxtəlif ölkələrindən, dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən İlham Əliyevə ünvanlanan təbriklərdə onun yüksək siyasi nüfuzu Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf xəttinə xalq dəstəyi səmimi şəkildə etiraf olunur, Prezidentimizə xoş arzular bildirilir…

Mən 2024-cü il fevralın 7-ni xalqın öz liderinə – Prezident İlham Əliyevə inamının təntənəsi və minnətdarlığı günü hesab edirəm!

Azər Əsgərov

azer askerovseçki
  • 0
arasadmin18
Cümə axşamı, 25 January 2024 / YAYIMLANIB MÖVQE

Öz seçimimizə sadiq olaq!

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin həyatında çox mühüm tarixi hadisə olacaq. Biz bu seçkilərə qalib xalq, qalib dövlət kimi gedirik. Torpaqlarımız işğaldan azad edilib, Qarabağda dövlətimizin suverenliyi tam təmin olunub. Bizi qələbələrə çatdıran Ulu Öndər Heydər Əliyev yoludur. Son iyirmi ildə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu işıqlı yol ilə addımlayan Azərbaycan çox böyük uğurlar qazanıb.

Mən və mənim kimi milyonlarla vətəndaş ölkəmiz və xalqımız üçün xeyirli-uğurlu olan bu yolun davam etdirilməsinə səs vermişik. 2003-cü ildə belə olub, prezident seçkilərin keçirildiyi sonrakı illərdə də…

2023-cü il fevralın 7-də biz yenidən öz doğru seçimimizi bir daha təsdiq edəcəyik.

Əlbəttə, bu seçim üçün əlimizdə tutarlı əsasımız var: xalqın birliyini və həmrəyliyini təmin edən, dövlətimizi siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirən və 30 ilə yaxın müddətdə Azərbaycanın hər bir vcidanlı, vətənpərvər vətəndaşının qəlbində, həyatında ağır bir yükə çevrilən Qarabağ probleminin həllinə nail olaraq bizə qürur, mənəvi ucalıq hissi, qələbə sevinci qazandıran Liderə səs verəcəyik.

Bizim Liderimiz İlham Heydər oğlu Əliyevdir!

Azərbaycanımızı sevən, onun inkişafı üçün çalışan, xalqımızın daim qələbə ruhu ilə yaşamasını istəyən hər bir seçicini seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıam!

Azər Əsgərov

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

SON YAZILAR

  • 27 sentyabr – Azərbaycan tarixinə əbədi həkk olunmuş bir gündür

    Zaman necə də tez keçir… Azərbaycanın düş...
  • Bilik dünyasına yolunuz açıq olsun!

    Sentyabr ayı həmişə evlərə xüsusi bir canlanma ...
  • “At gücü” – klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib.

    Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Fede...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST