Azərbaycanın bütün media mənsublarını, jurnlaistləri 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ürəkdən təbrik edirəm!
Siz ölkədə və dünyada baş verən hadisələri işıqlandırmaqla, bizi məlumatlandırmaqla həyatımızda mühüm rol oynayırsınız. Haqqın, həqiqətin, söz azadlığının keşiyində dayanır, çox böyük səy, əzm və peşəkarlıq tələb edən işinizi layiqincə yerinə yetirməyə çalışırsınız.
Dürüst, vicdanlı, obyektiv jurnalistika bizə müxtəlif rəy və baxışları təqdim etməklə cəmiyyətdə sağlam fikrin formalaşmasına, düzgün qərarların qəbul edilməsinə güclü təsir göstərir,
Müasir Azərbaycan mediasının məndə böyük rəğbət doğuran iki cəhətini xüsusi vurğulamaq istərdim.
Birincisi, idman hadisələrinin, yarışların və idmançılarımızın nailiyyətlərinin geniş işıqlandırılması olduqca təqdirəlayiqdir, bu bizə həm xoş təəssürat, sevinc və qürur hissi bəxş edir, həm də uşaqlarımız, gənclərimiz arasında idmanın populyarlaşmasına yardımçı olur.
İkincisi, torpaqlarımızın erməni işğalından qurtarılması ilə nəticələn Vətən müharibəsi dövründə jurnalistlərimizin səmərəli, fədakar fəaliyyətini qeyd etməyi vacib sayıram. Böyük Qələbəmiz, qəhrəman hərbçilərimiz, onların şücaəti, azad edilən kəndlərimiz, şəhərlərimiz haqqında reportajları həyacanla, qürurla izləyirdik. Bu gün isə şanlı ordumuzun daha da güclənməsi barədə məlumatları mediamız bizə ətraflış şəkildə çatdırır.
İnformasiya texnologiyaları sürətlə inkişaf edir və jurnalistlər yeni çağırışlarla, imkanlarla üzləşirlər. Masir Azərbaycan mediası da dəyişikliklərə uyğunlaşır, cəmiyyətimizin informasiya təminatı üçün yeni vasitələrdən və platformalardan istifadə edir.
Peşəkar fəaliyyətini, insani keyfiyyətlərini yüksək qiymətləndirdiyim və dostluğumuzla fəxr etdiyim çoxlu jurnalistlər var. Onlara və bu günü bayram edən hər kəsə cansağlığı, peşəkar fəaliyyətində əzmkarlıq, yaradıcılıq ilhamı və uğurlar arzulayıram.
Azər Əsgərov
Bu günlərdə Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa birinciliyində yeniyetmə cüdoçilarımızın fərdi və komanda yarışlarında yüksək nəticələr əldə etməsi bizi çox sevindirdi. Fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal qazanan idmançılarımız ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə 4-cü yeri tutublar.
Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa birinciliklərində həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Komandamız 40 ölkənin iştirak etdiyi yarışda Avropa nəhənglərini geridə qoyaraq qitə birinciliyini zirvədə başa çatdırıb.
Medalçılar arasında “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərovun (66 kq) olması bizi xüsusilə fərəhləndirir. O, bürünc medal qazanaraq komandamızın uğuruna öz töhfəsini verib.
Qarışıq komanda yarışlarında millimiz cüdo ənənələri ilə zəngin olan ölkələrin komandalarına qalib gələrək qızıl medala layiq görülməsi də tarixi nailyyətdir. Niderland, Almaniya və İtaliya kimi güclü komandaları mübarizdən kənarlaşdıran yığmamız həlledici görüşdə Fransa millisinə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıb.
16 ölkənin ən güclü idmançılarla təmsil olunduğu komanda yarışında belə bir nailiyyətin əldə olunması Azərbaycan cüdosunun uğurlu inkişafının əyani göstəricisidir. Bu qələbə həm də möhtərəm cənab Prezident İlham Əliyevin, Azərbaycan Cüdo Federasiyası rəhbərliyinin idmanın inkişafına və yetişməkdə olan gənc cüdoçular nəslinə göstərdiyi xüsusi diqqət və qayğının real və əyani təcəssümüdür.
Tarixi qələbələr münasibətilə bütün cüdo ailəsini, komandamızı və fədakar cüdoçularımızı təbrik edir, gələcək yarışlarda onlara uğurlar arzulayıram!
Azər Əsgərov
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü,veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı
Müqəddəs İslam dinimizin ən mühüm adətlərindən olan Qurban bayramını xalqımız birlik və həmrəylik içərisində, dini, mənəvi-əxlaqi dəyərlərimizə dərin ehtiram hissi ilə qeyd edir. Uca Yaradandan onun adına kəsilən qurbanların, xalqımızın, dövlətimizin, bizim hər birimizin səadəti və rifahı üçün edilən dualların qəbul olunmasını istəyir, azadlığımız, müstəqilliyimiz, torpaqlarımızın işğaldan qurtarılması uğrunda canını qurban verən şəhidlərimizə rəhmət diləyirik.
Xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təcəssümü olan bu gözəl bayramda hamıya cansağlığı, sülhh, əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək!
Allah Sizdən də, bizdən də qəbul etsin!
Azər Əsgərov
Azərbaycanın Silahlı Qüvvələri xalqımızın başının tacıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi və qətiyyətli siyasəti ilə qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad edərək bunu bir daha sübuta yetirdi.
Bu gün – Onların Günüdür!
Ölkəmizin və bizim hər birimizin təhlükəsizliyinin təminatçısı olan Silahlı Qüvbələrimizin bütün mənsublarını ürəkdən təbrik edir, şəhid hərçilərimizin ruhu qarşısında baş əyirəm.
Siz Qalibsiniz! Rəşadətiniz bizə qürur verir.
Azər Əsgərov
Usta cüdoçularımızın beynəlxalq yarışlarda qələbələr, medallar qazanması yaxşı bir ənənəyə çevrilib. Sloveniyada keçirilən növbəti Avropa çempionatında həm fərdi yarışlarda 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə olunub, həm də yaşı 30-a qədər olan cüdoçuların komanda yarışında Azərbaycan komandası birinci pilləyə yüksəlib.
Usta cüdoçularımız müntəzəm olaraq “Judo Club 2012”də məşq edirlər və biz sanki bir ailənin üzvləriyik. Azərbaycan Cüdo Federasiyasının dəstəyi də bizim üçün çox dəyərlidir.
Yarışda mən də iştirak etməliydim. Son anda müəyyən səbəblərə görə komanda ilə çempionata gedə bilmədim. Amma dostlarımın qələbələri mənim də qələbəmdir!
Sloveniyada qazanılan nailiyyət sevinc və qürur hissi doğurur. Əziz ağsaqqalımız Fərhad Rəcəbli başda olmaqla Azərbaycanın usta cüdoçularını təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayıram!
Azər Əsgərov
İyunun 1-də paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House – Bayıl” restoranının “Bakı” zalında “Azman Holdinq”in təşkilatçılığı ilə Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib.
İdeyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub. Onu da qeyd edək ki, “Bir cüdo əfsanəsi” “Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabı nəşr olunub.
“Azman Holdinq”in Media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Xanlar Məmmədov açaraq kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda cüdo idman növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə yarandığı bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib. Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu “Şöhrət” ordeninə layiq görüb.
Qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.
Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev deyib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. Tərlan müəllimin kitabın təkcə qəhrəmanı deyil, həm də əsas müəllifi olduğunu vurğulayan müəllif onun fenomenal yaddaş sahibi kimi səciyyələndirib, bunun yaradıcılıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.
Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.
https://525.az/news/225394-bir-cudo-efsanesi-kitabinin-teqdimat-merasimi-kecirilib
https://azertag.az/xeber/Bir_cudo_efsanesi_kitabinin_teqdimat_merasimi_olub-2642696
https://teref.az/daxili-xeber/283968-bir-cudo-efsanesi-.html
https://manevr.az/sosium/119993-bir-cudo-fsansi-kitabnn-tqdimat-mrasimi-kecirilib.html
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının yaxşı tanıdığı, hər zaman özünün dadlı təamları və yüksək xidmət səviyyəsi ilə seçilən “Mangal Steak House” restoranın komandası Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin WIPO-da (World Intellectual Property Organization – Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı) keçirdiyi tədbirdə milli mtəbəx mədəniyyətimizi layiqincə təmsil edib.
Elşad Nuriyevin başçılıq etdiyi komandanın üzvləri – aşpazlar İsak Temel və Tural Kərimli tədbir iştirkçılarını restoranın menyüsündə xüsusi yer tutan Şah plova qonaq ediblər.
“Mangal Steak House” komandası Avropada təşkil olunacaq digər mötəbər tədbirlərə də dəvət alıblar.
“Azərbaycan” deyəndə səni düşünürük biz! Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məşhur mahnıdakı bu fikir xalqımızın öz dahi oğluna ülvi məhəbbətini, dərin və tükənməz ehtiramını ifadə edir.
Mən də Ulu Öndərlə eyni vaxtda yaşayan, onun möhtəşəm dövlətçilik fəaliyyətinin şahidi olan nəslin nümayəndəsi kimi özümü çox xoşbəxt hiss edirəm. Onun qurduğu və gələcəyi üçün möhkəm təməl yaratdığı müasir müstəqil Azərbaycan bu gün dünyada öz gücü, qüdrəti ilə tanınır. Biz qalib xalqın övladları, qalib dövlətin vətəndaşlarıyıq.
Bu gün, anadan olmasının 100-cü ildönümündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edib, ona rəhmət diləyərək deyirik: “Sən bizim bu dünyada ən böyük sərvətimizsən! Sənin qurduğun dövlət layiqli siyasi varisin, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daim zirvələrdə qərar tutacaqdır! Sənin bütün arzu və vəsiyyətlərini yerinə yetirmək müqəddəs borcumuzdur. Ruhun şad olsun, Ulu Öndər!”
Azər Əsgərov
Əziz bacı və qardaşlar!
Sizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Biz bu müqəddəs bayramı könül rahatlığı, xeyirxah niyyət və düşüncələrlə qarşılayırıq. Əsl müsəlman üçün oruc günləri mənəvi təmizlənmə və kamilləşmə zamanıdır. Həmişə güclü, imanlı və müdrik olaq, binəsiblərə yardımımızı əsirgəməyək.
Bu əziz gündə hamınıza firavanlıq, rifah, sülh və əmin-amanlıq arzulayıram. Evinizdə daim rahatlıq, süfrənizdə bolluq-bərəkət olsun. Qəlbiniz xoş duyğularla, mərhəmətlə dolsun!
Bu mübarək ayda mənən daha da kamilləşən bütün mömin müsəlmanlar orucu uğurla başa çatdırdıqları üçün Allah-təaladan layiqli mükafatlarını alacaqlar. Nəfsini qoruyub gücləndirmək Böyük Yaradanın müqəddəs iradəsini yerinə yetirməkdir! Allah oruc və dualarınızı dualarınızı qəbul etsin!
Azər Əsgərov
Novruz – Azərbaycanda hamılıqla qeyd etdiyimiz ən əziz, sevimli bayramdır. Baharın gəlişi ilə bağlı olan adət-ənənələri xalqımız əsrlər boyu yaşadaraq, nəsillərdən-nəsillərə ötürüb. Təbii ki, bunlardan keçmişdə qalanları da var, dəyişib yenilənəni də… Lakin ən mühümü odur ki, Novruzun əsas adət-ənənələrini biz qayğı ilə qoruyub saxlayırıq və buna görə indi də onu səbirsizliklə gözləyir, ümumxalq bayramı kimi geniş qeyd edirik.
Bayram süfrələrimizi, adətimizcə, bol nemətlərlə bəzəyək, ancaq unutmayaq ki, əsas sərvətimiz ¬– bu bayram günlərində bizimlə birlikdə olan doğmalarımız, əzizlərimizdir.
Hamını Novruz bayramı münasibətilə təbrik edirəm!
Azər Əsgərov