Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Articles posted by arasadmin18
  • Page 6

Author: arasadmin18

  • 0
arasadmin18
Şənbə, 16 September 2023 / YAYIMLANIB MÖVQE

Bayramınız mübarək, əziz həmvətənlər!

15 sentyabr hamımız üçün, o cümlədən mənim üçün xüsusilə sevincli gündür! Çünki nəvələrimi məktəbə yola salıram və səmimi etiraf edim ki, elə bil özüm də yenidən dərsə gedirəm, müəllimlərimlə, sinif yoldaşlarımla görüşə tələsirəm… Həm sevinirəm, həm narahatam, amma bütün hallarda nəvələrim üçün hər şeyin əla olacağına da inanıram. Məncə, bütün nənələr və babalar, eynən ata-analar kimi, yeni dərs ili başlayanda belə sevinc dolu həyəcan yaşayırlar.

Hə, bir də 2023-cü dərs ili ölkəmiz üçün ona görə əlamətdardır ki, biz Füzulidə və Laçında yeni məktəblərin fəaliyyətə başlamasının şahidi olduq. Bu il Füzulidə istifadəyə verilən məktəbdə ilk dəfə 15 müəllim 160 uşağa dərs deyəcək. Laçında isə 32 ildən sonra bərpa olunmuş məktəbdə ilk zəng çalınıb.

Təbii ki, biz hamımız bundan qürur duyuruq, ölkəmizlə, onun nailiyyətləri ilə fəxr edirik. Bu onu göstərir ki, biz çətinliklərə baxmayaraq öz doğma torpağımızı bərpa edə bilirik, övladlarımızın, nəvələrimizin gələcəyi üçün təminat yaradırıq.

Xatırlayaq ki, erməni vandalları tərəfindən dağıdılmış Ağalı kəndi 2020-ci ildə qazanılan möhtəşəm Qələbədən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ən qısa zamanda necə tamamilə bərpa edildi…  Müharibə başa çatdıqdan cəmi bir il sonra kənddə yeni tiklimiş məktəbdə dərslər başladı və geri qayıdan sakinlərin normal yaşaması üçün hər cür şərait yaradıldı. Bundan əvvəl, hələ 2016-cı ildə isə Lələtəpə strateji yüksəkliyi və digər ərazilər işğaldan azad edilmiş, Cəbrayıl rayonunun Çoçuq Mərcanlı kəndində tədris prosesi bərpa olunmuşdu.

Sevindirici haldır ki, soydaşlarımızın işğaldan azad edilmiş öz tarixi torpaqlarına, doğma yurdlarına, yenidən tikilmiş evlərinə Böyük Qayıdışının birinci mərhələsi başlayıb. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı tikinti bumu onu deməyə əsas verir ki, biz tezliklə bu ərazilərdə yenidən salınan şəhər və kəndlərdə minlərlə məktəbdən, yüz minlərlə məktəblidən danışacağıq.

Məlum olduğu kimi, bu günə təkcə Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə inşa edilən məktəblərin sayı 500-ə çatır. Bu, çox böyük nailiyyətdir, ölkəmizdə gənc nəslin təhsilinə göstərilən qayğının təzahürüdür!

Hazırkı Bilik Günü təkcə yeni tədris ilinin başlanğıcı deyil, həm də Qarabağımızın, tariximizin, qürurumuzun Dirçəliş Günüdür.

Qoy bu il hamımıza, Azərbaycan vətəndaşlarına yeni imkanlar, biliklər, ümidlər bəxş etsin. Qoy məktəbə gedən hər bir uşaq, hər bir nəvə bilsin ki, o öz gələcəyinə doğru addımlayır və biz böyüklər də onlarla fəxr edib, qürur duyacağıq.

Bayramınız mübarək, əziz həmvətənlər!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 12 September 2023 / YAYIMLANIB MÖVQE

İş başına, dostlar!

Sentyabr ilin xüsusi ayıdır. Onun gəlişi ilə, bir müddət də olsa, ağır işlərdən “aralandığımız”, gündəlik qayğılardan uzaqlaşdığımız yayı yola salır, bir sözlə, sadəcə, istirahət edirik.

Payızın ilk ayının gəlişi ilə tətil mövsümü başa çatır, iqtisadiyyatın bütün sahələrində iş daha da canlanır və biz normal əmək fəaliyyətinə qayıdırıq. Bu o deməkdir ki, biz yenidən ölkənin işgüzar həyatına bağlanırıq, biznesdə yeni məqsədlərə çatmaq, öz planlarımızı yerinə yetirmək üçün zəruri tədbirlər görürük, iş cədvəlimizi bərpa edirik. Komandamızla birlikdə yeni ideyaları müzakirə edir, biznes əməkdaşlığının inkişafı üçün fəal və məhsuldar iş aparırıq.

Qeyd edək ki, cari ilin sentyabr ayında işgüzar fəallığın nəbzi nəzərəçarpacaq dərəcədə artıb ki, bu da işgüzar həyatın daha da canlanması ilə bağlıdır: biznes tədbirləri, konfranslar, sərgilər və görüşlər yenidən qızışır.

Bizim nəsil çox mühüm tarixi proseslərin – uzun müddət davam edən münaqişədən və möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasının şahididir. Mən bir azərbaycanlı, öz ölkəsinin vətənpərvəri kimi Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərində və xüsusən də, Zəngəzurda gedən geniş quruculuq işlərindən çox məmnunam. Bu tikintilər gələcəyə ümidin, tarixi torpaqlarımıza qayıdışın, minlərlə azərbaycanlının öz doğma yurduna qovuşmasının təzahürüdür.

İnfrastruktur layihələri, yeni yaşayış kompleksləri və sosial obyektlər bölgənin inkişafına, əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Zəngilanda, Laçında və Füzulidə yeni tikilmiş evlərə qayıdan keçmiş məcburi köçkün ailələrin sayı hər həftə daha da artır.  Çox yaxında soydaşlarımız Ağdamda, Cəbrayılda, Şuşada, Kəlbəcərdə yeni tikilən evlərdə məskunlaşacaqlar… Bölgədə aparılan quruculuq işlərinin sürəti dövlətimizin işğaldan azad edilmiş torpaqlarda inamlı fəaliyyətindən xəbər verir və böyük qürur hissi doğurur.

Yuxarıda deyilənlərin hamısı Azərbaycan rəhbərliyinin və bütövlükdə Azərbaycan xalqının daha yaxşı gələcək qurmaq, doğma torpaqlarına qayıdan vətəndaşlarımız üçün keyfiyyətli həyat şəraiti yaratmaq səylərindən xəbər verir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün layihələrin özəyini də məhz bərpa, inkişaf və ümid təşkil edir.

Mövzumuzla bağlı Aristotelin məşhur kəlamını xatırlatmaq istərdim: “Biz layiqli həyat sürmək üçün işləyirik, amma dinc yaşamaq üçün döyüşmüşük”.

İş başına, dostlar!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar, 03 September 2023 / YAYIMLANIB HAQQIMIZDA

LOS-ANGELES – UNLIMITED DREAMS/SPECIAL REPORTAGE

Amerika Televiziya Sənətləri və Elməri Akademiyasının üzvü, “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımovun 8-15 avqust tarixlərində Los-Angelesə baş tutmuş səfəri haqqında film reportaj.

Səfəri iş adamı Azər Əsgərov maliyyələşdirib.

  • 0
arasadmin18
Cümə axşamı, 31 August 2023 / YAYIMLANIB HAQQIMIZDA

Retro avtomobillərin növbəti sərgi-yürüşü keçirilib

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də Bakıda klassik avtomobillərin yürüş-sərgisi keçirilib. Yürüş-sərgidə AAF-da qeydiyyatdan keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərginin eksponatları olan bəzi nəqliyyat vasitələri nümayiş etdirilib.

APA-nın bu barədə yaydığı məlumta görə, əsasən, 1983-cü ilədək istehsal edilmiş klassik avtomobillərdən ibarət karvan Heydər Əliyev Mərkəzinin qarşısından “Sea Breeze” istirahət mərkəzinə yola düşüblər. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var.

Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji duyğular, keçmişə səyahət hissi bəxş edib. Maşın karvanında qeyri-adi avtomobillər də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 “Volqa” avtomobili üzərində işlənilib. Yürüşdə iştirak edən həmin Qaz-M21 “Volqa” görünüş etibari ilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub. Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilib. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi “Formula 1”in bolidi də yer alıb.

Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.

Klassik avtomobillərin yürüşü zamanı “Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunub: müxtəlif nominasiyalarda müsabiqələr keçirilib, hədiyyələr təqdim edilib. “Ən intizamlı sürücü” adını “Moskviç-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev alıb. “Ən unikal avtomobil” nominasiyasına “Jaguar E-Type” avtomobilinin sahibi Graeme Alexander Taylor layiq görülüb. “Ən qədim avtomobil” nominasiyasında “Ford Model A” markalı avtomobilin sahibi Azad Kərimov qalib seçilib. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobilin sahibi Murad İsmayılov olub. “Ən rəngarəng retro geyim” nominasiyasında birinci yerə Gülnar Hacızadə, ikinci yerə Könul Quliyeva layiq görülüblər. “Ən rəngarəng geyim və xüsusi qonaq” nominasiyası üzrə isə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Guo Min təltif olunub.

Həmçinin qeyd edək ki, sərgi-yürüşdə həmin kateqoriyaya aid olan və iş adamı Azər Əsgərova məxsus 19 retro avtomobil də nümayiş etdirilib.

retro avtomobil yürüşüretro cars
  • 0
arasadmin18
Çərşənbə axşamı, 15 August 2023 / YAYIMLANIB HAQQIMIZDA

Los-Ancelesdəki “Kiçik Ermənistan”dan ekzklüziv reportaj

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real TV-nin xüsusi müxbiri Kamran Qasımov Los-Anceles şəhərinin Hollivud rayonunun bir hissəsi sayılan “Kiçik Ermənistan”a baş çəkib, yüz ildən çoxdur ermənilərin yığcam şəkildə yaşadıqalrı bu qəsəbədən maraqlı reportaj hazırlayıb.

Erməni faşizminin rəmzlərinin gen-bol yer aldığı qəsəbədə indiyədək azərbaycanlı jurnalistlərin videoçəkiliş aparması mümkün olmayıb. Kamran Qasımov eksklüziv reportajında “cılız arzular”la yaşayan “Kiçik Ermənistan”ın iç üzünü göstəməyə çalışıb.

Xatırladaq ki, tanınmış telejurnalist Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi Yaz və yay təcrübə proqramlarında münsif kimi iştirak etmək məqsədilə ABŞ-da səfərdə olub. Səfəri iş adamı Azər Əsgərov maliyyələşdirib.

  • 0
arasadmin18
Cümə axşamı, 10 August 2023 / YAYIMLANIB HAQQIMIZDA

Azərbaycanlı jurnalist ABŞ Televiziya Akademiyasının ziyafətində

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi Yaz və yay təcrübə proqramlarına yekun vurulub. Bu münasibətlə avqustun 5-də 11 ştatdan olan təcrübəçilər-gənc mütəxəssislər, Akademiyanın rəhbərliyi və üzvlərin iştirakı ilə Hollivudda ziyafət təşkil edilib.
Ziyafətdə iştirak edən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının və təcrübə proqramlarına seçimlər üzrə münsiflər heyətinin üzvü Kamran Qasımov Akademiyanın nümayəndələri, Akademiya Fondunun prezidenti Codi Dilani, Akademiyanın sənədli filmlər üzrə qubernatoru Megan Çao, kinorejissor, prodüser Piter Dell ilə görüşüb, fikir mübadiləsi aparıb.

Codi Dilani K.Qasımovun Akademiya Fondu ilə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın inkişf etdirilməsinin vacibliyini vurğulayıb.

Televiziya Akademiyası Fondu gələcək nəsil televiziya mütəxəssislərini cəlb etməklə və onları öyrətməklə televiziya yaratmaq sənətini formalaşdırır. 1959-cu ildə Televiziya Akademiyasının xeyriyyə qolu kimi yaradılan Fond minlərlə istedadlı tələbəni yetişdirərək, onlara öz səslərini kəşf etməyə, bacarıqlarını təkmilləşdirməyə və televiziya sənayesinin hər bir sektorunda faydalı karyera qurmağa kömək edən əsas resursları təqdim edib. Fondun məzunlarının siyahısına görkəmli yazıçılar, prodüserlər, sənədli aktyorlar, yaradıcı rəhbərlər daxildir.

Qeyd edək ki, səfər iş adamı Azər Əsgərovun maliyyə dəstəyilə baş tutub.

Mənbə: https://azvision.az/news/335148
  • 0
arasadmin18
Cümə axşamı, 20 July 2023 / YAYIMLANIB MÖVQE

Sizin peşəkarlığınız ehtirama layiqdir!

Azərbaycanın bütün media mənsublarını, jurnlaistləri 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ürəkdən təbrik edirəm!

Siz ölkədə və dünyada baş verən hadisələri işıqlandırmaqla, bizi məlumatlandırmaqla həyatımızda mühüm rol oynayırsınız. Haqqın, həqiqətin, söz azadlığının keşiyində dayanır, çox böyük səy, əzm və peşəkarlıq tələb edən işinizi layiqincə yerinə yetirməyə çalışırsınız.

Dürüst, vicdanlı, obyektiv jurnalistika bizə müxtəlif rəy və baxışları təqdim etməklə cəmiyyətdə sağlam fikrin formalaşmasına, düzgün qərarların qəbul edilməsinə güclü təsir göstərir,

Müasir Azərbaycan mediasının məndə böyük rəğbət doğuran iki cəhətini xüsusi vurğulamaq istərdim.

Birincisi, idman hadisələrinin, yarışların və idmançılarımızın nailiyyətlərinin geniş işıqlandırılması olduqca təqdirəlayiqdir, bu bizə həm xoş təəssürat, sevinc və qürur hissi bəxş edir, həm də uşaqlarımız, gənclərimiz arasında idmanın populyarlaşmasına yardımçı olur.

İkincisi, torpaqlarımızın erməni işğalından qurtarılması ilə nəticələn Vətən müharibəsi dövründə jurnalistlərimizin səmərəli, fədakar fəaliyyətini qeyd etməyi vacib sayıram. Böyük Qələbəmiz, qəhrəman hərbçilərimiz, onların şücaəti, azad edilən kəndlərimiz, şəhərlərimiz haqqında reportajları həyacanla, qürurla izləyirdik. Bu gün isə şanlı ordumuzun daha da güclənməsi barədə məlumatları mediamız bizə ətraflış şəkildə çatdırır.

İnformasiya texnologiyaları sürətlə inkişaf edir və jurnalistlər yeni çağırışlarla, imkanlarla üzləşirlər. Masir Azərbaycan mediası da dəyişikliklərə uyğunlaşır, cəmiyyətimizin informasiya təminatı üçün yeni vasitələrdən və platformalardan istifadə edir.

Peşəkar fəaliyyətini, insani keyfiyyətlərini yüksək qiymətləndirdiyim və dostluğumuzla fəxr etdiyim çoxlu jurnalistlər var. Onlara və bu günü bayram edən hər kəsə cansağlığı, peşəkar fəaliyyətində əzmkarlıq, yaradıcılıq ilhamı və uğurlar arzulayıram.

Azər Əsgərov

  • 0
arasadmin18
Şənbə, 01 July 2023 / YAYIMLANIB MÖVQE

Cüdomuzun gələcəyinə böyük inam var

Bu günlərdə Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa birinciliyində yeniyetmə cüdoçilarımızın fərdi və komanda yarışlarında yüksək nəticələr əldə etməsi bizi çox sevindirdi.  Fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal qazanan idmançılarımız ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə 4-cü yeri tutublar.

Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa birinciliklərində həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.  Komandamız  40 ölkənin iştirak etdiyi yarışda Avropa nəhənglərini geridə qoyaraq qitə birinciliyini zirvədə başa çatdırıb.

Medalçılar arasında “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərovun (66 kq) olması bizi xüsusilə fərəhləndirir. O, bürünc medal qazanaraq komandamızın uğuruna öz töhfəsini verib.

Qarışıq komanda yarışlarında millimiz cüdo ənənələri ilə zəngin olan ölkələrin komandalarına qalib gələrək qızıl medala layiq görülməsi də tarixi nailyyətdir. Niderland, Almaniya və İtaliya kimi güclü komandaları mübarizdən kənarlaşdıran yığmamız həlledici görüşdə Fransa millisinə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıb.

16 ölkənin ən güclü idmançılarla təmsil olunduğu komanda yarışında belə bir nailiyyətin əldə olunması Azərbaycan cüdosunun uğurlu inkişafının əyani göstəricisidir. Bu qələbə həm də möhtərəm cənab Prezident İlham Əliyevin, Azərbaycan Cüdo Federasiyası rəhbərliyinin idmanın inkişafına və yetişməkdə olan gənc cüdoçular nəslinə göstərdiyi xüsusi diqqət və qayğının real və əyani təcəssümüdür.

Tarixi qələbələr münasibətilə bütün cüdo ailəsini, komandamızı və fədakar cüdoçularımızı təbrik edir, gələcək yarışlarda onlara uğurlar arzulayıram!

Azər Əsgərov

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü,veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı

  • 0
arasadmin18
Çərşənbə axşamı, 27 June 2023 / YAYIMLANIB MÖVQE

Qurban bayramınız mübarək!

Müqəddəs İslam dinimizin ən mühüm adətlərindən olan Qurban bayramını xalqımız birlik və həmrəylik içərisində, dini, mənəvi-əxlaqi dəyərlərimizə dərin ehtiram hissi ilə qeyd edir. Uca Yaradandan onun adına kəsilən qurbanların, xalqımızın, dövlətimizin, bizim hər birimizin səadəti və rifahı üçün edilən dualların qəbul olunmasını istəyir, azadlığımız, müstəqilliyimiz, torpaqlarımızın işğaldan qurtarılması uğrunda canını qurban verən şəhidlərimizə rəhmət diləyirik.

Xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təcəssümü olan bu gözəl bayramda hamıya cansağlığı, sülhh, əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək! 

Allah Sizdən də, bizdən də qəbul etsin!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 26 June 2023 / YAYIMLANIB MÖVQE

Qalib Ordumuzla fəxr edirik

Azərbaycanın Silahlı Qüvvələri xalqımızın başının tacıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi və qətiyyətli siyasəti ilə qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad edərək bunu bir daha sübuta yetirdi.

Bu gün – Onların Günüdür!

Ölkəmizin və bizim hər birimizin təhlükəsizliyinin təminatçısı olan Silahlı Qüvbələrimizin bütün mənsublarını ürəkdən təbrik edir, şəhid hərçilərimizin ruhu qarşısında baş əyirəm.

Siz Qalibsiniz! Rəşadətiniz bizə qürur verir.

Azər Əsgərov

  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

SON YAZILAR

  • Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

    Bahar təravətli may ayındayıq… Təbiət tək...
  • 2016-cı ilin aprel döyüşləri – Böyük Qələbəyə gedən yolun başlanğıcı

    Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək u...
  • Ramazan bayramınız mübarək!

    Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilət...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST